16.08.2015 / 00:33 xeber –
Ukrayna paytaxtının mərkəzində ABŞ səfirliyinə məxsus avtomobil yanıb.
APA-nın "Ukrainskaya pravda" qəzetinə istinadən verdiyi məlumata görə, insident avqustun 15-i, axşam saatlarında Kiyevin Kreşşatik küçəsində qeydə alınıb.
Əvvəl “Subaru” markalı avtomobilin kapotu alışıb, daha sonra yanğın maşının salonuna keçib. Hadisə yerinə gələn polis əməkdaşları qısa müddətdə alovun qarşısını alıblar. İnsident nəticəsində zərərçəkən olmayıb. Avtomobilin sürücüsü yanğının əmələ gəlməsi səbəbini izah edə bilməyib.
mənbə :
lent.az
Şərh yaz.