Türkiyede etirazlar

21:00 xeber – Türkiyənin Antalya vilayətinin Alanya rayonunda terror hücumlarını pisləmək üçün yüzlərlə insan Atatürk abidəsi qarşısında toplanaraq yürüş keçirib.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə PKK terrorçu qruplaşması əleyhinə şüarlar səsləndirən qrup Atatürk küçəsinin kəsişməsində polis kartonları ilə üzləşib. Polis etirazçıların Kürdyönümlü Xalqların Demokratik Partiyasının şöbəsinin yerləşdiyi küçəyə keçməsinə icazə verməyib. Buna baxmayaraq bir qrup etirazçı polis maneələrini aşaraq, HDP binasının qarşısına gəlib. Etirazçılar binadan Türk bayrağı asıb, HDP yazı lövhəsini sökmək istəyincə, polislə etirazçılar arasında gərginlik yaranıb.

Paralel olaraq İskele küçəsi ilə yürüşü davam etdirən etirazçılar şərq bölgəsindən olan bəzi işadamları və dükan sahibləri ilə toqquşub. İki qrup arasında yaranmış sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Bir-birinə daş atən tərəfləri ayırmaq üçün polis gözyaşardıcı qazla müdaxilə edib. Yaşanan iğtişaşlar zamanı ətrafdakı təsərrüfat obyektlərinə ziyan dəyib. Biri ağır olmaqla 10 nəfər yaralanıb.

Diyarbəkirin Bağlar rayonunda üzü maskalı bir qrup etirazçı yolları bağlayaraq, barikadalar qurub. Çevik Polis dəstəsi zirehli texnikaya daş və alışqan materiallarla hücum edən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqları tətbiq edib. Müdaxilədən sonra etirazçılar arxa küçələrə dağılışsa da, gərginliklə əlaqdar bir çox sahibkar dükanlarını bağlamalı olub.

Oxşar toqquşmalar Qaziantep şəhərində də yaşanıb. İcazəsiz aksiya keçirməyə çalıan PKK tərəfdarları asayış keşikçilərinə daş və molotov kokteylləri ilə hücum edib. Hadisə yerində gücləndirilmiş təhlükəsizlik tədbiləri həyata keçirilib.

mənbə :
anspress

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir