19:03 xeber – Qonşu ölkədə baş verən proseslər fonunda Azərbaycandan Türkiyəyə istirahətə üz tutan insanlar artıq bu ölkəyə səfərlərini təxirə salmağa başlayıblar.
Azadlıq.az xəbər verir ki, anspress-in turizm şirkətlərinə istinadən verdiyi məlumata əsasən Türkiyəyə istirahətə getmək istəyən insanların sayında geriləmə var. Turizm şirkətləri qonşu ölkəyə satılan tur paketlərə müraciətlərin əvvəlki günlərlə müqayisədə azaldığını deyirlər. Hətta bir sıra vətəndaşların öz səfərlərini başa vurmadan geri qayıtdığı deyilir. Hətta Türkiyənin bir sıra turizm şirkətləri otellər üçün rezervasiyaları ləğv edir.
Artıq Türkiyənin paytaxtı İstanbula, eyni zamanda Anytalya, Kuş adası kimi turistik bölgələrə səyahət edənlərin sayında eniş müşahidə olunur.
Tükiyyə turizm sahəsində ən çox gəlir əldə edən ölkələrdən biridir. Xüsusilə də yay mövsümündə bura Rusiyadan, həmçinin Azərbaycandan gələn turistlər çoxluq təşkil edir.
Ona görə də azalma tək Azərbaycandan gedən turistlərin deyil, digər qonşu ölkələrdən səfər edənlərin sayında da müşahidə olunur.Ümumiyyətlə isə buna tək hazırda Türkiyədə müşahidə olunan gərgin vəziyyət deyil, həmçinin həmin ölkələrdə baş verən iqtisadi proseslər də təsir edib.
Bu il isə istər Rusiyada rublun dəyərdən düşməsi, Azərbaycanda manatın dollara nisbətən insaanların maddi durumuna ciddi təsir edib , nəticədə turistlərin bu ölkəyə kütləvi axınının qarşısını alıb. Bunu Türkiyənin turizm sahəsindən əldə etdiyi gəlirin statistikasından da aydın görmək olar. 2015-ci ilin ikinci rübündə turizm sahəsindən əldə olunan gəlir 14 faiz aşağı düşüb. 2015-ci ilin ikinci yarısı 7,733 miyard dollar təşkil edir.
Türkiyəyə səfər edən turistlərin sayı
Turizm sahəsi üzrə mütəxəssislərin fikrincə əsas məsələ Türkiyəyə səfər edən turistlərin təhlükəsizliyini təmin etməkdir. Bu məqsədlə turizm bölgələrində təhlükəsizlik tədbirləri gücləndirilməlidir.
Türkiyənin başına gələn bu tipli hadisələr Tunis və Misirdə də baş verib. Bu ölkələrdə də Turizm inkşaf etdiyi bir dövrdə ölkə daxilində baş verən problemlər ölkədə qeyri stabillik yaradaraq ölkə turizminə mənfi təsir edib.
mənbə :
anspress
Şərh yaz.