11:49 xeber – Azərbaycan respublikası Mərkəzi Bankı (AMB) xarici valyutaların bu günə olan məzənnələrini açıqlayıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ABŞ dolları ötən günlə müqayisədə qalxıb, avro isə düşüb.
Avqustun 19-na olan rəsmi məzənnələr bülletenində ölkəmizdə dolların rəsmi məzənnəsi 0.02 faiz artaraq 1,049 manat olub.
Avropa İttifaqının valyutası avro isə 0,0033 manat düşərək 1,1586 manat olub.
Azərbaycan manatı ölkə əhalisinin hazırda daha çox səfər etdiyi Rusiya, Türkiyə və Gürcüstanda nəzərə çarpacaq dərəcədə yuxarıdır. Belə ki, bu günə olan məzənnəyə nisbətdə türk lirəsi 0, 362, gürcü larisi 0, 4501, rus rublu isə 0, 016 manat dəyərindədir.
Dünən – avqustun 18-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi 1,0488 manat, avro isə 1,1619 manat idi.
mənbə :
anspress
Şərh yaz.