Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Möhürü və sədrliyi Əli Kərimlidən alacağıq”

“Möhürü və sədrliyi Əli Kərimlidən alacağıq”

19/08/2015

13:20

raziaxcpKeçmiş Cəbhəçilər revanş hərəkatına başladılar; Azərbaycan siyasətində zəlzələ kimi gəlişmə!

Azadlıq.az-ın musavat.com’a istinadən verdiyi xəbərə görə, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və narazı cəbhəçilər avqustun 19-da mətbuat konfarnsı keçirərək, yeni hərəkata başladıqlarını elan ediblər.

R.Nurullayev çıxışında bildirib ki, ölkədə ciddi bir müxalifət problemi var: “Hazırki müxalifətin formatı heç də nəticəyə gətirib çıxara bilməz. Burada sanki hakimiyyət və müxalifət bir-birinə pas ötürərək iqtidarı indiki komandada saxlamağa meyllənirlər. Neçə illər bu format dəyişməyib. Ona görə qərara gəldik ki, yeni bir partiyaya ehtiyac yoxdur. Biz AXCP adına iddia edirik və hesab edirik ki, orada olan bütün cəbhəçiliəri də öz ətrafımıza gətirə biləcəyik. Artıq bununla bağlı danışıqlar olub. Əli Kərimli ya sədrlikdən gedəcək, sıravi üzv olaraq qalacaq, ya biz təmsilçilik uğrunda mübarizə aparacağıq. Təmsilçiliyi bizə verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ondan bir möhürü almaq lazım gələcək. Bu, bütün Cəbhəçilərin fikridir”.

Keçmiş cəbhəçi Ehtiram Mehdiyev isə narazı cəbhəçilərin bəyanatını səsləndirib. “Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir araya gəlir və uzun illər uğrunda mübarizə apardığımız əsl AXCP-ni bərqərar edirik. Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Çünki biz bu partiya və bu amal üçün bütün şüurlu həyatımızı həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuşuq. Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxslər haqsız və alçaqcasına ləkələnir. Onların təmannasız və fədakar mübarizə yollarına kölgə salınır. Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyildir. Buna imkan vermək də onların dəyirmanına su tökməkdir. Son çıxış yolumuz, hakimiyyətə sərf edən oyunlarla gündəmdə qalan və bir nəfərə qulluq edən AXCP-ni əsl və səmimi sahiblərinə qaytarmaqdır. Güclü müxalifət olmadan polis rejimi yaradan və repressiyalar yağdıran iqtidarı hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil”.

Bəyanat müəllifləri qeyd edirlər ki, məqsədləri qovulanları partiyaya qaytarmaqdır: “Bizim məqsədimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır. Biz heç də ikinci AXCP yaratmırıq. Əsl cəbhəçilərin bu AXCP-də toplanacağına əminik. Hər kəsi – hüququ pozulanları, qanunsuz və mənəviyatsızcasına ləkələnənləri, Elçibəy və Rəsulzadə ideyalarının daşıyıcılarını sıralarımıza dəvət edirik. Biz əsl AXCP-ni qaytaracağıq. Biz birbaşa olaraq Əli Kərimlinin diktəsi və istəyi ilə qanunsuz olaraq partiyadan uzaqlaşdırılmışıq. Hüquqlarımızı bərpa edib partiyaya dönəcəyik. O zaman artıq iki AXCP-yə ehtiyac qalmayacaq. Bu zaman Əbülfəz Elçibəyin də ruhu şad olacaq. Biz partiyanı parçalamaq istəmədik. Biz adımızı dəyişdirib onlarla partiyanın sıralarına qoşulmaq istəmədik. AXCP var, sadəcə o qəsb edilib, idarəetmədən narazı olanlar və etiraz edənlər zorakı şəkildə oradan uzaqlaşdırılır. Buna son qoyulmalıdır və biz buna sizlərlə birlikdə son qoyacağıq. Partiya könüllü şəkildə toplumun birləşdiyi bir qurumdur. Partiya kiminsə inhisarında olan, Məhdud Məsuliyyətli Cəmiyyət deyil. Bundan sonra daha heç kim partiyanı özünün şəxsi firması kimi idarə edə bilməz. İstədiyi adamı partiyadan qovmaqda sərbəst ola bilməz. Bu tip adamların partiyanı uçuruma da aparmağa nə hüquqi, nə də mənəvi haqqı çatır. AXCP-nin bütövlüyünü qorumaq üçün, xalqımızın rifahı üçün yaranmış vəziyyətdən iqtidarın istifadə etməsinə imkan verməyək. Bu gün hakimiyyət maraqlıdır ki, müxalifət parçalansın, dağılsın və idarə olunan hala düşsün. AXCP-nin rəhbərliyində Əli Kərimlinin və əlaltılarının olması bu anti-milli hakimiyyətin siyasətinə və marağına tam cavab verir. İllərimiz itir, gənclərimiz küçələrdə qocalır və həbsxanalarda həyatları məhv olur, lakin Əli Kərimlinin övladları xaricdə bahalı universitetlərdə təhsil alır və dəbdəbəli həyat yaşayırlar. Polis dəyənəyi altında mübarizəyə atılan gəncliyin isə maraqları şəxsi maraqlara görə qurban verilir və satılır. Əziyyətlərimiz heç, ümidlərimiz puç olur. Nəticədə xalqın etimadını itiririk. Əli Kərimli və onun bir qrup əlaltısı isə hakimiyyətlə min bir oyuna gedərək şəxsi maraqlarını təmin edir və yalançı müxalifət obrazı yaradır. Bu azmış kimi, Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını da vicdansızcasına satmaqla məşğuldur. Bu kimi şəxslər uzun müddət səmimi cəbhəçiləri aldatmış və bununla da xalqa və ümumi dəyərlərimizə xəyanət etmişlər. Biz hakimiyyətin bizdən istifadə etməməsi və sıralarımıza nifaq salmaması üçün elan etdiyimiz Azərbaycana Xalq Cəbhəsi Partiyası qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməyəcək. Çünki, biz düşünürük ki, bu ümummüxalifətin mənafeyinə zidd hərəkət olar. Biz çıxış yolunu da irəli sürürük. Birincisi, qoy bütün cəbhəçilər aparılan siyasətə etiraz olaraq burada elan etdiyimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasında birləşsinlər. Onun sıralarında 20 ildən çox xalqın qanını soran korrupsioner və polis rejimi quran hakimiyyətlə mübarizələrini prinsipial və ağıllı üsullarla davam etdirsinlər. Biz indiyə qədər əzilmiş və haqqı pozulmuş vətəndaşların haqlarının bərpa edilməsi üçün qanunun imkan verdiyi ən sərt və barışmaz yolla mübarizə aparacaq və AXCP-ni iqtidar partiyası edəcəyik. Ləyaqətli və xalqa xidmət edən hakimiyyətin qurulması cəbhəçilərin və Azərbaycan xalqının təbii haqqıdır. Hesab edirik ki, bütün cəbhəçilərin iştirakı ilə etimad qurultayı çağırılmalı, əsl AXCP-nin qayəsi və mahiyyəti özünə qaytarılmalı, partiya yenidən təşkil olunaraq özünə yeni rəhbərlik seçməlidir. Bununla bərabər, AXCP-nin nizamnaməsi dəyişdirlməlidir. Sədrin sərhədsiz səlahiyyətləri məhdudlaşdırılmalı və seçkili orqanların səlahiyyətləri artırılmalıdır. Əlavə olaraq, sədrlik müddəti iki dəfəyə məhdudlaşdırılmalıdır. Bu demokratiyanın tələbidir. Biz inanırıq ki, cəbhəçilərin birliyi və səyi ilə AXCP-ni əsl sahiblərinə qaytaracaq, müxalifətin birliyi üçün çalışacaq və sizlərin uzun müddət yorulmadan mübarizə apardığınız idealların və arzuların həyata keçməsinə nail olacağıq”.

Rafiq Daşdəmirli, Səbuhi Əliyev və digərləri də partiyadaxili intriqalardan danışıblar. Onlar indiki sədr Əli Kərimlinin legitimliyini əlindən almaqda israrlı olduqlarını vurğulayıblar. Razi Nurullayev isə qeyd edib ki, zorla partiyadan uzaqlaşdırılanlar və uzaqlaşanların mövqeyi loyal olmayacaq: “Mövqeyimiz radikallıqdan fərqlənməyəcək. Biz bilirik ki, Azərbaycanda hakimiyyət qəsb olunub”.

Tədbirdə keçmiş cəbhəçilərdən Rafiq Daşdəmirli, Səbuhi Əliyev, Ehtiram Mehdiyev, Rəfael Becanov, Vəli Xramçaylı, Cavid Musazadə, Ələddin Kəsəmənli, Teymur Kərim, Fəxri Abduləzimov və başqaları iştirak ediblər.




Xəbərə 2 şərh yazılıb.

  1. mina, 20/08/2015:

    men yalniz eli beyi baskan kimi gorurem.o,yekdir.

  2. Arif, 01/09/2015:

    Seçki qabağı aparıcı siyasi müxalifət partiyasında belə çekişmələrin baş verməsi yaxşı hal deyil.Belə anarmal vəziyyətin yaranmasında hakimiyyətin əli olması şübhə doğrutmur.Keçmiş tarixi araşdıranda AXCP daxilində bütün seçki qabağı ərəfədə belə əndazəsiz hadisələr baş verir ki. bu təçkilat seçkidə iştirak etməyə lazımı səviyyədə iştirak imkanında olmur.Onun namizədləri buraxılır başı başına və onlar tək başına seçim mibarizəsi aparmalkı olur.Mən bunu hər bir parlament seçkiləri ərəfəsində müşahidə etmişəm.Hətda. tanınmış insanlar AXCP namizədi kimi seçilə bilməyiblər.Bu onunla baqlı idi ki.seçki ərəfəsində ikitirəlik yaradılaraq mübarizə zəifləyirdi. Kimdir bu oyunları idarə edən və onu müəyyən etmək sadə AXCP ÜZVÜLƏRİDİR.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles