04:43 xeber – Rusiyada ötən ilin sentyabr ayında saxlanılan estoniyalı casus Eston Koxverə qarşı hökm oxunub. Koxver casusluqla yanaşı, qaçaqmalçılıqda, qanunsuz silahla saxlamaqda, 9 dəfə ölkə sərhədlərini qanunsuz yollarla keçməkdə ittiham olunur. Pskov məhkəməsi Koxverə 15 il azadlıqdan məhrumetmə cəzası verib. Koxver, eyni zamanda, 100 min rubl məbləğində pul cəzası ilə də cəzalandırılıb.
Məhkəmə hökmü ilə əaqədar ilk reaksiya Estoniyanın xarici işlər naziri Marina Kalyuranddan gəlib. Nazir Koxverin dərhal azadlığa buraxılmasının tələb edib. Onun sözlərinə görə, Koxverin həbsi tamamilə qanunsuz və əsassızdır.
Rusiya polisi casusun Rusiya ərazisində saxlanıldığını iddia etsə, rəsmi Tallin iddiaları təkzib edir. Estoniyanın iddialarına görə ruslar sərhəd bölgəsində onun başına silah dayaraq həbs ediblər. Tallin hesab edir ki, Koxverin həbsi hadisədən iki sonra Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın Estoniyaya səfərinə qarşı atılmış bir addım olub.
Eyni zamanda, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerini də Koxverin azadlığa buraxılmasını tələb edib.
mənbə :
anspress
Şərh yaz.