Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

İŞİD sıralarına qoşulmaq çetinleşir (FOTO, VİDEO)

İŞİD sıralarına qoşulmaq çətinləşir (FOTO, VİDEO)

21/08/2015

09:16

09:05 xeber – Suriyada vətəndaş müharibəsi başlanandan sora ölkə terrorçuların və qaçaqmalçıların rahat girib-çıxa bildiyi ölkəyə çevrildi. Ölkədəki qeyri-sabit vəziyyət onunla qonşu ölkələr arasında da gərginliklərin yaranmasına səbəb oldu.

Qonşu ölkələr Suriya ilə sərhədlərində böyük təhlükəsizlik tədbirləri görməyə başladı. Artıq Türkiyədə Suriya ilə sərhədində təhlükəsizliyi gücləndirmək qərarına gəlib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Türkiyə Müdafiə nazirliyi Suriya ilə sərhədin tamamilə beton hasarlarla əhatə olunması barədə qərar verib. Bu qərarın verilməsində məqsəd isə sərhədən qanunsuz keçidin qarşısını almaqdır.

Türkiyə Suriya ilə sərhədinə beton hasar çəkilməsinə bir müddət əvvəl qərar vermişdi. Artıq sərhədin 12 km-lik hissəsində beton hasarlar tikilib.


Türkiyə Suriya sərhədi

Yeni qərarla sərhəd boyu bütün ərazilər tamamilə beton hasarlarla örtüləcək. Tikinti işlər 3 fərqli yerdə aparılır.




Sərhəd beton hasarların tikintisi

Hazırda Türkiyə Suriya sərhədi dünyanın ən qaynar nöqtələrindən biridir. İŞİD və PKK kimi təhlükəli terror təşkilatları iki ölkə sərhədini özünə məskən seçib. Türkiyə hər iki terror təşkilatını sərhədlərindən uzarlaşdırmaq üçün addımlar atır. Qruplaşmaları havadan və qurudan keçiridiyi əmiyyatlar məhv etməyə çalışır.

Dünyanın bir çox ölkələrindən terror təşkilatlarına qatılmaq üçün gələn insanlar Türkiyə sərhədindən keçməklə silahlı birləşmələrə qoşulurlar. Bu isə Türkiyənin Suriya ilə sərhədlərinə divar hörməsi ilə nəticələnir. Çünki belə bir halın baş verməsi Türkiyənin daxili sabitliyinə təhlükə yaradır.

Beton hasaraların tikildiyi Türkiyə Suriya sərhədi

Bu beton hasarlarla bağlı regionda atılan ilk addım deyil. İsrail bu yaxınlarda İordaniya ilə olan cənub sərhədlərinə divar inşa edəcəyini bildirib. Təhlükəsizlik divarının 30 km uzunluğunda olacağı bildirilir. İsrail həmçinin Misir sərhədə və Holan təpələrindəki ərazilərə beton hasarlar çəkib.


İordaniya-İsrail sərhədi

Bundan başqa İsrail təhlükəsizlik məqsədi ilə 2002-ci ildən İsrail Fələstin sərhədinə beton hasarlar hörməyə başlayıb. İsraili fələstinlilərdən qorumaq adı altında tikilən divar Fələstin torpaqlarını yarıya bölür. 2005-ci ildə isə divarın tikintisi Qüdsə qədər uzadıldı. Hələ də bu divarlar uzanır və son nöqtənin harada qoyulacağı bəlli deyil. Divar tikintisinə Fələstin tərəfi etiraz edir.


Divar tikintisinə etiraz edən fələstinlilər



İsrail-Fələstin sərhədi

mənbə :
anspress


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website