Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Denizde İran – Azerbaycan müharibesi

Dənizdə İran - Azərbaycan müharibəsi

21/08/2015

15:48

15:41 xeber – Xəzərdə İran – Azərbğaycan münaqişəsi nəticəsində kəşfiyyatı 2001-ci ildən dondurulmuş “Araz – Alov – Şərq” strukturu məsələsi yenidən gündəmə gələ bilər.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Azərbaycan mətbuatına müsahibəsi zamanı iki ölkə arasında iri dəniz yatağının birgə kəşfiyyatı barədə danışıqlar aparıldığını bəyan edən iranlı nazir Mahmud Vaezi böyük ehtimalla “Araz, Alov və Şərq” strukturundan bəhs edib. Çünki iranlı nazir çox böyük yataqdan söhbət getdiyini vurğulayıb. “Statoil” standartlarına uyğun olaraq “Araz, Alov və Şərq” strukturu Azərbaycanda ən geniş offşor sahə kimi qiymətləndirilir.


Mahmud Vaezi – İranın rabitə naziri

Bakıdan təxminən 120 kilometr cənub-şərqdə yerləşən strukturda 7 milyard barelə yaxın neft və 400 milyard kubmetr yaxın təbii qaz ola biləcəyi güman edilir. Bu, yetərincə yüksək rəqəmdir. Misal üçün, Azərbaycanın indiyə kimi istismar etdiyi ən iri struktur olan “Azəri – Çıraq – Günəşli”də istismardan öncə cəmi 5 milyard barel neft olub. Strukturda dünyanın ən iri qaz-kondensat yatağı olan “Şahdəniz”dəkinin yarısı qədər qaz ola biləcəyi də güman edilir.

1998-ci ilin iyulunda transmilli neft şirkətləri ilə strukturun kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsünə dair saziş imzalanıb, Sazişə görə, ARDNŞ-ə 40%, BP-yə 15%, “Statoil”a 15%, “ExxonMobil”ə 15%, TPAO-ya 10% və “Albert energy”yə 5% pay düşmüşdü.

2001-ci ildə strukturda kəşfiyyat işlərinə başlamaq istəyən BP-nin işçiləri İran sərhəd gəmiləri tərəfindən hücuma məruz qaldı. İran tərəfi atəş açaraq neft işçilərinə işləri dayandırmağı tələb etdi.

Məsələ bunda idi ki, SSRİ dağıldıqdan sonra İran Xəzərdəki sektorunu Azərbaycanın və Türkmənistanın ərazilərinin hesabına genişləndirmək fikrinə düşdü. 1934-cü ildən SSRİ ilə İran arasında qəbul edilmiş sərhədlərə görə, iki ölkənin dəniz sularını Astaraçayla Türkmənistanın Həsənqulu məntəqəsini birləşdirən düz xətt ayırır. Bu sərhəd göllərin bölünməsini nəzərdə tutan beynəlxalq hüquqa əsasən müəyynə edilib. Həmin bölgüyə görə dənizin təxminən 13 faizi İranın payına düşürdü.


Xəzərin Azərbaycan sektorunda neft-qaz yataqları

Lakin SSRİ dağıldıqdan sonra İran Xəzərdə sərhədlərin dəyişdirilməsini və 5 ölkənin hər birinə bərabər 20 faizlik pay düşməsini tələb edirdi. İran həmin iddiaları əsasındak dəniz sərhədlərini Azərbaycanın Lənkəran şəhərindən 60-70 kilometr şimala – paytaxt Bakıya doğru uzadırdı. İranın öz yanından “Elburus” adlandırdığı “Araz, Alov və Şərq” strukturunun cüzi bir hissəsi Tehranın uydurduğu yeni “sərhədlərin” daxilinə düşürdü. Buna görə də İran BP-dən strukturda kəşfiyyat işlərini dayandırmağı tələb edirdi. Əks halda, şirkəti “Azəri – Çıraq -Günəşli” yataqlarına hücumla hədələyirdi. O vaxt Azərbaycanın Xəzərdə yetərincə hərbi qüvvəsi olmadığına görə BP işləri dayandırmalı oldu. Məsələ Xəzərin hüquqi statusunun müəyyən edilməsinə qədər donduruldu.

Xəzərin hüquqi statusunun isə 2016-cı ildə müəyyən ediləcəyi düşünülür. Buna görə də Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ANS PRESS-ə məsələnin İran tərəfindən qəfildən gündəmə gətirilməsini hiyləgər siyasi gediş adlandırıb: “Əgər Azərbaycan İranın “Araz, Alov və Şərq”i birgə işləmək təklifini qəbul edərsə, avtomatik olaraq yatağın mübahisəli ərazidə yerləşməsi iddiasını qəbul etmiş olacaq. Bu isə İrana gələn il Qazaxıstanda keçiriləcək Xəzər sammitində istəyinə nail olmaq üçün şans verəcək”.


İlham Şaban – Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Məsələni etiraf etməsə də, yataqla bağlı danışıqlar ARDNŞ tərəfindən aparılır. İlham Şaban ARDNŞ-in Xəzər danışıqlarını aparan Xarici İşlər Nazirliyinin işinə mane olmayacağını düşünür: “Tehran nə qədər şirnikləşdirici təklif etsə də, Dövlət Neft Şirkətinin razılaşmayacağını düşünürəm. İran layihəyə böyük sərmayə vəd etsə də razılaşmaya əməl etməyəcək. İndiyə kimi İran hansı sərmayə layihəsini gerçəkləşdirib? Arazın üzərində 10 milyon dollarlıq SES tikintisini gerçəkləşdirmək istəməyən bir ölkə 10 milyard dollarlıq sərmayəni yatırarmı? ARDNŞ heç zaman bu hiyləyə uymamalıdır”.

mənbə :
anspress


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website