08:45 xeber – İtaliyanın paytaxı Romada kriminal aləmdə nüfuzlu şəxs kimi tanınan Vittorio Kazaminokanın dəfn mərasimi ölkə gündəmində səs-küyə səbəb olub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, dəfn mərasimi təşkilatçıları mərhumu “Xaç Atası” filminin soundtreki ilə müşayiət ediblər. İtaliyalı solçu siyasi liderlər müxtəlif cinayət aktında adı hallanan şəxsin bu cür ekstravaqant şəkildə dəfn edilməsinə qarşı qəzəblərini ifadə ediblər. Bəziləri, hətta, daxili işlər naziri Ancelino Alfanonu buna görə təqsirləndirib.
Kilsə nümayəndələri dəfn mərasiminin kilsənin daxilində qaydalara uyğun şəkildə sakit tərzdə keçdiyini bildiriblər.
mənbə :
anspress
Şərh yaz.