23.08.2015 / 09:53 xeber –
Gecə saatlarında Bakıda liftdə qalmış 3 nəfər xilas edilib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Suraxanı rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açıblar və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 02:13-də başa çatmıb.
mənbə :
lent.az
Şərh yaz.