04:02 xeber – 1990-ci ilin 20 Yanvar hadisələrinin canlı şahidi, kinorejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi Monrealda nümayiş etdiriləcək. Avqustun 27-dən sentyabrın 7-dək davam edəcək a kateqoriyalı festivalın proqramı açıqlanıb.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, kinorejissor Vahid Mustafayevin şahidi olduğu faktlar əsasında çəkdiyi “Qanlı Yanvar” filmi 39-cu Monreal Beynəlxalq Film festivalında nümayiş etdiriləcək. 1990-cı ilin 20 Yanvar günü baş verən hadisələrdən bəhs edən film festival ərzində iki dəfə, sentyabrın 2-si və 3-ü Monrealın “Cinema Quarter Latin” kinoteatrında göstəriləcək.
Artıq film haqqında festivalın rəsmi internet səhifəsində məlumatlar yerləşdirilib.
38 ildir Kanadanın Monreal şəhərində keçirilən və Amerika qitəsinin ən iri festivallarından olan “Monreal Beynəlxalq Film festivalı” Ümümdünya prodüserlər assosiyası (FIAPF) tərəfindən akreditə olunub. Bu assosiyanın akreditə etdiyi kinofestivallar sırasında Berlin, Kann, Moskva, Venesiya, Tallin, Qahirə, Tokio kimi nüfuzlu film festivalları var.
Beynəlxalq film festivalı imkan yaradacaq ki, 20 Yanvar günü baş verənləri dünya məhz “Qanlı Yanvar” filmi vasitəsilə öyrənə bilsin.
Beynəlxalq aktyor və texniki kamandanın birgə çalışdığı “Qanlı Yanvar” filminin ilk premyerası 2015-ci il 19 yanvar tarixində paytaxt Bakıda baş tutmuşdu.
Filmin çəkilişlərində kinorejissor beynəlxalq kamanda ilə işləməyə üstünlük verib. Texniki personaldan əlavə aktyor truppasınada təkcə ölkəmizdən deyil, ABŞ , Rusiya, İran və Türkiyədəndə heyət dəvət edilib.
“Qanlı Yanvar” filmində bir çox obrazlar yadda qalan olub. Ən əsası isə filmdə Türkiyənin tanınmış aktrisası Nebahet Çehrənidə yer alıb. Tanınmış aktirasa, filmdə ana obrazını candlandırıb.
Yanvar hadisələri zamanı baş verənləri işıqlandıran xarici junalist obrazı isə filmdə Len Devisə həvalə edilib.
mənbə :
anspress