Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Bu daşların sirrini ancaq almanlar aça biler” – ƏYALƏTDƏ KİM VAR, KİM YOX

“Bu daşların sirrini ancaq almanlar aça bilər” - ƏYALƏTDƏ KİM VAR, KİM YOX

24/08/2015

16:08


24.08.2015 / 16:05 xeber –

 

Gədəbəydə, meşə içindəki kilsənin tarixi haqda bizə məlumat verən 93 yaşlı İkram müəllimin yaxın dostu, rayonda hamının yaxşı tanıdığı, qeyri-adi insan Katibli Ələkbərlə də tanış olduq. Nizami müəllim onun bizə belə təqdim elədi: şəxsi kitabxanasında minlərlə kitabı olan kişi bax, budur.  

Saçlarının dümağ olmasına baxmayaraq Ələkbər kişi çox gümrah görünürdü. Onun maraqlı söhbətləri, qeyri-adi dünyagörüşü, səlist nitqi adamı cəzb edirdi.

 

– Ələkbər müəllim, neçə kitabınız var?

 

– Hardan müəllim oldum? Mənim heç orta məktəb təhsilim də yoxdu.

 

– Heç oxumamısınız?

 

– Yox. Heç birinci sinifə də getməmişəm.

 

– Yığdığınız kitabları oxuya bilmirsiniz?

 

– Niyə oxumuram, lap yaxşı oxuyuram. Oxumağı sonralar özüm öyrənmişəm.
Mənim bir QAZ-51 yük maşınım vardı. Bir tanışım mübahisədə mənə dedi ki, sənə nə başa sala bilərəm, savadsız adamsan. Söz mənə güllə kimi dəydi. Həmin günün sabahısı bir jurnal alıb maşına qoydum, boş vaxtlarımda hərfləri tanımağa, oxumağa çalışdım. Ondan-bundan soruşa-soruşa hərfləri öyrəndim və oxumağa başladım. Sonra yavaş-yavaş kitaba keçdim. Baxdım ki, kitab başqa aləmdi. Elə o vaxtdan əlimə keçən kitabı yığmağa başladım.

 

– Neçə kitabınız var?

 

 

– Təxminən iki min altı yüz əlli kitabdı. Şəxsi kitabxanam üçün möhür də sifariş eləmişəm: “Katibli Ələkbərin şəxsi kitabxanası”. Mənə Azərbaycanın çox məşhur adamları kitablar göndərib. O sıradan Qəzənfər Paşayevin, Rəfael Hüseynovun, İqrar Əliyevin, Məhərrəm Qasımovun, Budaq Budaqovun, Seyidağa Onullahinin, Mövlud Süleymanlının adlarını çəkə bilərəm. Həmişə əlimdə kitab olub, içdiyim çayın soyumasını gözlədiyim vaxtı da itirməmişəm, o arada da oxumuşam.
 

– Ən çox hansı ədəbiyyatı oxuyursuz?
 

– Əvvəllər bədii ədəbiyyat çox oxuyurdum. Yaşlandıqca fəlsəfəyə marağım artdı. Klassik alman fəlsəfəsini çox sevirəm. Bu dövr alman filosofları çox elmidirlər, onların yazdıqlarını dərk etmək üçün müəyyən intellektual hazırlığın olmalıdı. Məsələn, Kant çox mürəkkəbdi. Ancaq həyatı rasional izah edən Şopenhaueri yaxşı anlayıram, o, mənim ustadımdı. Bütün bunlarla bərabər deməliyəm ki, hazırda kitabların vəziyyəti çox pisdi.

 

– Nə mənada pisdi?

 

– Kitabları yığmağa yerim yoxdu. Evdə kitabın dəyəri çox aşağıdı. Məcburam onları un kisələrində, evin damında, pəncərələrin qabağında saxlayam. Belə baxanda, özümün yaşamağa normal yerim yoxdursa, kitablar harda yaşayacaq?

 

– Başa düşdüm, evdə oxuyan yoxdu.
 

 

– Əşi, nə evdə, nə kənddə, nə rayonda söhbət eləməyə bir adam tapa bilmirəm. Bir dəfə yeddi yunan müdriklərindən birinin adı yadımdan çıxmışdı, nə qədər elədim, yadıma düşmədi. Bir nəfər tapılmadı ki, ondan soruşam. Arvad-uşaq hər dəfə kitabları başıma qaxır, bunları evdən rədd elə, deyirlər. Ona görə sizə bir söz deyim, sevgi ilə evlənməkdən böyük fəlakət yoxdu. İnsan gərək sevgi ilə yox, ağılla evlənə! Məsələn, sevgi ilə evlənən kişi gəlib görsə ki, arvadı ona xəyanət eləyir, hissi beyninə qalxıb onu öldürəcək. Ancaq ağılla evlənən bu vəziyyətdə fikirləşəcək ki, əşi, qoy rədd olsunlar, xətalarını məndən uzaq eləsinlər və üz döndərib gedəcək. Nə özünü zibilə salacaq, nə də başqalarını. Həm də döyməklə, vurub öldürməklə insanın xarakterini dəyişmək olmur. Mən yetmiş ildi evdəkinə başa sala bilmirəm ki, baltanı günün altına qoymaq olmaz, çünki sapı quruyub laxlayır. Sonra anladım ki, bu adamı düzəltmək mümkün deyil. Bizdə insanlar yalançı hisslərə çox aldanır, söyüşə görə biri-birini öldürürlər. Əşi, söyüşdü dəə, biri səni söydümü, çıx get, o zırramadan canını qurtar, vəssalam. Bir dəfə Binədə birindən soruşdum, nəyin üstündə tutulmusan? Dedi, söyüş üstə. Dedim, beş dəqiqəyə dözə bilmirsən, on beş ilə necə dözəcəksən?! Ona görə həmişə cavanlara səbir diləmişəm, səbirli olun demişəm. Bax, bu saat məni heç kimi özümdən çıxara bilməz, xoşum gəlməyən yerdən çıxıb gedirəm, tək olanda darıxmıram, adam olmayanda oxuduğum kitablardan birinin qəhrəmanını qarşıma qoyub söhbət eləyirəm.

 

– Aydındı, demək, həyat yoldaşınızla tamam başqa adamlarsınız.

 

– Həmişə deyirəm, tanrım, mənə məhəbbət yox, ağıl ver. Bir dəfə qarmonçalan Gövhər Rzayeva televizorda dedi, ailə qurdum, ərə getdiyim kişi yaxşı insan çıxmadı. Könül Kərimovadan ona bir ismarıc göndərdim, dedim, ona de ki, mən yetmiş ildi dostluq eləmək üçün bir kişi axtarıram, tapa bilmirəm, sən bircə dəfəyə hardan tapacaqsan?

Nə isə, bunları bir tərəfə qoyaq, sizə tamam başqa bir məsələdən danışmaq istəyirəm. Mən bir dərdə düşmüşəm, deməyə, söyləməyə adam tapa bilmirəm.

 

 

– Nə məsələdi?

 

– Bir gün gecəyarı tanrıya üz tutub dedim, ey dünyanı yaradan, mənə elə bir elm ver, təkcə mən bilim, o elmdən heç bir alim baş açmasın. (Özü də məndən sizə əmanət, dualarınızı gecə saat üç-beş arası eləyin, çünki bu arada bəd niyyətli ruhlar yatır.) Həmin gün yuxuda gördüm, bağda bir yeri qazıram, ordan su çıxır. Oyananda sevindim ki, yəqin bulaq çıxacaq, həyəti rahat sulayacam. Özüm möhkəm bağ həvəskarıyam. Beli əlimə alıb bağın həmin yerinə gəldim və oranı qazmağa başladım. Xeyli qazıb torpaq atmışdım ki, qəfil yağış başladı. Beli torpağa sancıb evə qayıtdım. Yağış kəsdikdən sonra yenidən qazdığım yerə qayıtdım, gördüm topa torpağın üstündə yağış yuyub üzünü təmizlədiyi daşlar məni cəzb eləyir. Daşlardan birini götürüb təmiz yuduqdan sonra diqqətlə üstünə baxdım. Daşa baxdıqca məni özünə çəkirdi. Və birdən daşın üstündə bir gözəl qadın şəkli peyda oldu. Mən bu işə heyran qaldım. Fikirləşdim, bəs qadındısa bunun saçları hanı? Dərhal saçları peyda oldu və üstündə xırdaca plyus yazıldı. Bəs, əli, barmaqları hanı deyə fikirləşən kimi qolunun üstündə, barmaqlarının üstündə biri-bir plyus yazıldı. Başa düşdüm ki, həmin plyuslar şübhəni dağıtmaq üçündü. Sonra başqa daşlardan götürərək yuyub təmizlədim. Hər birində başqa-başqa mənzərələr peyda oldu. Müxtəlif heyvan şəkilləri, təbiət mənzərələri. Barmaq boyda, əl boyda xırdaca bir daşın üstündə yüzlərlə şəkil peyda olur. Özü də o şəkillər daşın təbii formasını pozmur, yəni, daşın üstü cızılmayıb. Bu, tamam başqa, bizə məlum olmayan bir texnologiyanın məhsuludu. Ancaq rəsmlər o qədər usta, o qədər hiyləgərcəsinə həkk olunub, məni heyran eləyir.

 

– Daşları başqa adama göstərmisinizmi?

 

– Əlbəttə. Qabaqca kənddə bir neçə adama göstərdim, dedilər biz heç nə görmürük, az qaldılar məni dəli hesab edələr. Nəhayət, bir gün daşlardan götürüb Elmlər Akademiyasına gəldim. Orada köhnə dostlar vasitəsilə məşhur alimlərlə tanış oldum və daşları onlara göstərdim. Azad Mirzəcanzadə dedi, kimsə bunu sənin əlindən ala bilər, ona görə daşlar haqda dövlət qəzetlərin birində məlumat ver. Getdim “Xalq qəzeti”nə, orda dedilər, mütəxəssis rəyi gətir. Mütəxəssisi hardan tapaydım? Budaq Budaqov dedi, Ələkbər, sən dediyin o şəkillərin bircəciyini görsəydim, gözəl bir rəy yazardım, ancaq neynim, görə bilmirəm. Onda anladım ki, bunları görmək üçün altıncı hissə malik adam olmalısan.

 

– Özünüz necə düşünürsünüz, onlar nə daşlardı elə? Bəlkə hamısı bir sistemdi, sonradan qırılıb dağılıb? Ola bilsin hansısa sivilizasiyanın detallarıdı. Neçə belə daş var sizdə?

 

– Hardasa otuzdan çoxdu. Mən o daşları yüzlərlə daşın arasından yuyub seçmişəm. Özü də hər daşdakı mənzərə dərhal özünü büruzə vermir, bəzən olur bir-iki gündən sonra sirri açılır. Hansı sivilizasiyaya aiddi, deyə bilmərəm, ancaq o şəkillər insan zəkası ilə sıx bağlıdı, yəni düşüncən nə qədər işləsə qarşında o qədər mənzərə açılır.

 

– Bəs o daşlara baxıb nəyisə arzulamaq olarmı? Hardadı indi o daşlar, mən baxa bilərəmmi?

 

– Düşünürəm, o daşlar arzu yerinə yetirmək üçün yox, insana zövq vermək üçündü. Hər hansı incəsənət nümunəsindən necə zövq alırsansa, ondan da eləcə zövq alırsan. Mən o daşlara baxmaqdan doymuram. Siz də baxa bilərsiniz, evdədi, Kərimli kəndində, burdan hardasa, iyirmi kilometr uzaqda.

 

– İndi fikriniz nədi, daşları özgə kimə göstərmək istəyirsiniz?

 

– Baxıram, buralarda baş çıxaran olmayacaq, onları yalnız alman mütəxəssislərinə göstərmək istəyirəm. Bundan ötrü alman səfirliyinə müraciət etmək istəyirəm.  Ürəyimə damıb ki, daşlarımın sirrini yalnız almanlar aça bilər.

 

mənbə :
lent.az



..DİGƏR XƏBƏRLƏR


Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles