Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Cavid Hüseynovun ailesi danışdı – FOTO

Cavid Hüseynovun ailəsi danışdı - FOTO

25/08/2015

00:40

00:31 xeber – Futbolçunun anası: “Oğlumun günahı yoxdur…”; “Elşəni 23 il ərzində 2 dəfə görmüşəm”
Jurnalist Rasim Əliyevin ölümünə görə həbs olunan “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun ailə üzvləri ilk dəfə olaraq mətbuata danışıblar. Futbolçunun ailə üzvləri açıqlamalarında bu günədək baş verən hadisələrə, Cavid Hüseynovun həbsinə münasibət bildiriblər.

C.Hüseynovun ailə üzvləri ilə söhbətimiz futbolçunun yaşadığı Mehdiabad qəsəbəsindəki evlərində baş tutdu. Həmsöhbətlərimiz – Cavidin anası Xalidə Hacıyeva, qardaşı Şərafəddin Hüseynov, dayısı Rantiq Hacıyev, futbolçunun atasının silah yoldaşı, müharibə veteranı Vaqif Əlisoy və futbolçunun vəkili Adəm Məmmədov oldu.

C.Hüseynovun bir bacısı və bir qardaşı var. Almaniyanın Köln Universitetində təhsil alan Şərafəddin Hüseynov Cavidin böyük qardaşıdır. Ş.Hüseynov qardaşının həbs xəbərini aldıqdan sonra Azərbaycana gəlib.

Ş.Hüseynov ailələri və Cavid haqda mətbuatda və cəmiyyətdə formalaşdırılan mənfi rəydən narahat olduqlarını dilə gətirdi: “Mən hadisədən mətbuatdan xəbər tutdum. Sonra anamla əlaqə saxladım. Cavid haqda ilk olaraq yanlış fikir sosial şəbəkələrdə formalaşdırıldı. Jurnalistin ölümünə Cavidin səbəb olduğu, hətta o davada qardaşımın iştirak etdiyi də yazılmışdı. Amma sonradan məlum oldu ki, Cavid orada olmayıb. Sonra Cavidi sifarişçi kimi təqdim etdilər. Biz yüz faiz bilirik ki, Cavid günahsızdır. Əgər mümkündürsə, telefon danışıqları da ictimailəşdirilsin və hər şey aydın olsun. Biz razıyıq ki, Cavidin günahı varsa, layiqincə cəzalandırılsın. Elşənin (jurnalisti döyən bibisi oğlu-red.) bir hərəkətinə görə Cavidi ittiham edirlər, günahlandırırlar”.

Ş.Hüseynov baş verənlərin yeganə səbəbkarı kimi Elşən İsmayılovu görür. O deyir ki, bu dava Elşənlə Rasim arasında baş verib: “Rasimin facebookda yazdığı statusun şərh bölməsində Elşən onu təhqir edib. Bundan sonra ikisi arasında mübahisə yaranıb. Elşən Rasimi təhqir edib. Sonra telefonda danışıblar. Nə olubsa, ikisi arasında olub. Cavid davadan sonradan xəbər tutub. Cavid Rasimin yazdığı statusa reaksiya verəcək insan deyil. Sadəcə, Elşən mübahisə etdikdən sonra bunu Cavidə deyib. Cavid məsələni sakit yolla həll etmək məqsədilə Rasimə zəng edib”.

Rasimin dayısı: “Hamımız ali təhsilliyik. Bizim övladlarımız da ali təhsillidir. Cavidin atası şəhid olduqdan sonra onların ailəsi biz qardaşların və xalalarının himayəsində olub. Onları öz ailəmizdən, övladlarımızdan ayırmamışıq. Bu ailədən bir insan öldürəcək övlad çıxa bilməz. Çox xahiş edirik ki, mətbuatda araşdırılmamış məlumatlar yer almasın. Cavid atası kimi vətənpərvərdir, ürəyi torpaq, bayraq sevgisi ilə doludur. Meydanda 9 milyonla bayraq sevgisini bölüşən bir insan necə cinayətkar ola bilər? Bu məsələdə Cavidin günahı yoxdur”.
Cavidin atası Şakir Hüseynovun keçdiyi döyüş yolu haqda onun silahdaşı Vaqif Əlisoy məlumat verdi: “Şakir 1955-ci ildə Cəbrayılın Qaracalı kəndində anadan olub. Milli azadlıq hərəkatı başlayanda Şakir ön sıralarda idi. Milli Ordu yaradılanda Şakir də daxil olmaqla, 35 nəfərdən ibarət özünümüdafiə batalyonu yaradıldı. Həmin batalyonun komandirinin müavini Şakir təyin olundu. Batalyon sonradan hərbi hissəyə çevriləndə komandir Şakir oldu. O zaman Şakir Cəbrayılda yaradılan sülh batalyonunun komandiri oldu. Ən ağır döyüşlərdə Şakir öndə olub. Vətənini, millətini sevən Şakir bu sevgini ailəsinə də göstərirdi. Şakir Ağdamın Güllücə kəndində iki dəfə yaralandıqdan sonra şəhid oldu. O, ”İgidliyə görə” medalı ilə təltif olundu. Silahdaşım yaralansa belə meydanı tərk etmədi. Bu ailənin nəslindən 32 nəfər şəhid var. Belə ailədən nə cinayətkar çıxar, nə də cinayəti sifariş edən adam. Cavid günahkardısa, cəzasını alsın. İstintaq cənab prezidentin nəzarətində davam edir. Hər kəs qərarı gözləməlidir”.

Cavidin məhkəməsində ailə üzvlərindən heç kim iştirak etməyib. Məhkəmə çıxışında isə Cavidi yalnız V.Əlisoy görüb: “Cavidi gördüm. Mənə dedi ki, Vaqif dayı, bir Allah şahiddir ki, mənim iynənin ucu qədər də olsa, günahım yoxdur. Mən də buna inanıram”.

Söhbətimizə Cavidin anası ilə davam edirik. X.Hacıyeva jurnalistin döyüldüyü günü- avqustun 8-ni belə xatırlayır: “Cavidin 3 qurbanı var idi. Həmin gün dedi ki, birini kəsək. Həmin gün qurban kəsdik. Saat 5-də məşqi var idi. Məşqdən sonra da ailə üzvlərimizlə şəhərdə olmuşuq. Evə qayıdanda isə gec idi. Həmin gün baş verənlərdən xəbərimiz olmayıb. Cavidin zərrə qədər də olsun günahı yoxdur”.

X.Hacıyeva Cavid Hüseynovla Elşən İsmayılov (Jurnalisti döyən şəxs, Cavid Hüseynovun bibisi oğlu red.) arasında yaxın münasibətlərin olmadığını dedi: “Elşəni 23 il ərzində 2 dəfə görmüşəm. Onlarla qohumuq, amma ailələr arasında çox gediş-gəliş olmayıb. Bibi-dayı oğludular, buna baxmayaraq, aralarında yaş fərqi çoxdur”.

X.Hacıyeva oğlunun E.İsmayılovun səhvinə görə cəzalandırılmasını istəmədiyini söyləyib: “Bunu oğlum olduğu üçün, onu müdafiə etməyə görə demirəm. Cavid bir qarışqanı incidəcək insan deyil. Onu tanıyan tanıyır”.

Cavidin anası hadisədən Rasim Əliyevin ölümündən sonra xəbər tutduğunu bildirdi: “Xəbərimiz yox idi. Mənə böyük oğlum dedi. Günəşli qəsəbəsində olan evimizə polis əməkdaşları gedib. Biz orda qalmırdıq. Qonşular bizə zəng etdi ki, sizi polis axtarır. Polislər Cavidi Qəbələyə gedəndə Şamaxı postunda saxlayıblar. Oradan da Səbayel Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə aparıblar. İzahat alıb buraxıblar. Cavid evə gələndə dedi ki, izahat verib. Jurnalisti döyənlərlə üzləşdirilib. Elşəndən başqa heç birini tanımadığı, onların da onu tanımadığını dedi. Elə bir halda idi ki, əlavə nəsə danışmaq istəmirdi. Cavidə səhər 8-də yenidən bölməyə gəlməsini demişdilər”.

C.Hüseynovun Rasim Əliyevlə danışığından ailə üzvlərinin hamısı xəbərsiz olub. Cavid yalnız Elşən İsmayılovla danışanda dayısı Rantiq Hacıyev yanında olub.

Dayısı həmin danışığı belə xatırlayır: “Cavid Elşənə dedi ki, sən niyə mənim işimə qarışırsan, mən Rasimlə danışdım, məsələni həll etdik. Elşən Cavidə dedi ki, Rasim onu söyüb, bu da onu söyüb. Bir-birilərini təhqir ediblər. Elşən dedi ki, bu söhbətə görə gedib Rasimlə görüşəcək. Cavid dedi ki, getmə. Əgər hansısa artıq hərəkət etsən, polisə cavab verəcəksən. Bundan sonra danışıq bitdi. Bu söhbətlərin hamısı istintaqda var. Bundan sonra olanlardan biz də, Cavid də xəbərsizik”.

Vəkili Adəm Məmmədov jurnalistin ölümünün siyasiləşdirildiyini və bunun da istintaqa təzyiq olduğunu dedi. Vəkil həmçinin jurnalistin döyülməsi ilə bağlı yeni məlumatlar verdi.
Vəkilin sözlərinə görə, jurnalistlə görüş zamanı 5 nəfərdən 2-si onu döyüb. Bunlardan biri Elşən İsmayılovdur. Digər 3 nəfər müdaxilə etməyib. Görüntüləri izlədiyini deyən vəkil hadisədə Cavidin heç bir günahının olmadığını bildirdi: “Bu hadisə isə onun jurnalist kimi fəaliyyəti ilə əlaqəli deyil. Avropa Şurasının baş katibi Turbyörn Yaqland Rasim Əliyevi RATİ-nin rəhbəri kimi təqdim edib. Bu da məsələni siyasiləşdirib. Bununla da istintaqın gedişinə təzyiq göstərirlər. Nəticədə müvəkkilimin vəziyyəti çətinləşir”.

A.Məmmədov təzyiqlərin dayandırılmasını və istintaqın ədalətli şəkildə başa çatmasını tələb etdiklərini qeyd etdi: “Hüquqlarını müdafiə etdiyim şəxsin qohumunun və ya həbs edilən digər şəxslərin əvvəlcədən hansı cinayəti törədəcəklərindən xəbərinin olması mümkün deyil. Əgər hesab etsək ki, Cavid həmin şəxslərin Rasimin yanına getməsindən, arasında mübahisənin olmasından xəbəri olub, bu zaman da Cavidin hərəkətində cinayət tərkibi yoxdur. Çünki Cavid bilməzdi ki, onlar gedib nə edəcəklər. Buna görə də Cavidə qarşı 307-ci maddə ilə ittiham irəli sürülməsi qanunsuzdur. Bunu tək mən yox, digər hüquqşünaslar da deyir. Cavid haqda həbs-qətimkan tədbirinin seçilməsi üçün əsas yoxdur”.

mənbə :
anspress




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles