10:40 xeber – Əməkdar artist Elza Seyidcahan dünən qızını gəlin köçürdü. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Gülşən və Elxanın toy məclisi paytaxtın ən bahalı restoranlarının birində baş tutub.
Məclis əvvəlcədən anons edildiyi kimi qeyri-adi olmasa da, çox gözəl təşkil olunub. Gecədə şou-biznesin bir çox tanınmış simaları iştirak edib. Toyun aparıcı müğənnisi isə Zamiq Hüseynov olub.
Elza Seyidcahan toydan əvvəl məclisin qeyri-adi təşkil edildiyini demişdi. “Bu toyun analoqu yoxdur. Hamı bu məclisdən danışacaq. Bu, mənim növbəti layihəmdir” – deməklə, hər kəsi maraqlandıra bilmişdi. Lakin toyda olanlar qeyri-adi bir şeyin baş vermədiyini, hər hansı qəribəliyin şahidi olmadığını deyir.
Gülşənin həyat qurduğu Elxan Əlisatov fotoqrafdır. Gülşənin xına mərasimi avqustun 19-da olub.
mənbə :
anspress
Şərh yaz.