20:56 xeber – “Norman formatında” yeni sammit tezliklə Parisdə həyata keçirilə bilər.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Fransa prezidenti Fransua Olland bu barədə açıqlama verib.
Olland bildirib ki, “Norman dördlüyünin” (Fransa, Almaniya, Rusiya, Ukrayna) yeni görüşü tezliklə Parisdə ola bilər: “Minsk razılaşmalarının reallaşdırılması sürətləndirilməlidir”.
Ölkə başçısı həmçinin qeyd edib ki, həm Almaniya kansleri Angela Merkel, həm Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə daimi əlaqə saxlayır.
Fransa Prezidenti Fransua Olland
İlk dəfə “Normand dördlüyü” çərçivəsində danışıqlar 2014-cü ilin 6 iyununda Normandiya keçirilib. Olland xatırladıb ki, bu ilin fevral ayında Normand formatında Minsk sazişi bağlanıb.
mənbə :
anspress
Şərh yaz.