22:25 xeber – Çində hava limanında maraqlı hadisə baş verib.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Pekin hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları Cao adlı qadın sərnişini təyyarəyə buraxmaq istəməyib. Buna səbəb kimi isə qadının çantasında olan kanyak şüşəsi göstərilib.
Məlumata görə, sərnişinlərə təyyarənin daxilinə spirtli içki keçirmək qadağandır. Təhlükəsizlik xidməti qadına səyahətdən imtina etməyi və ya şüşəni aeraportda qoyub getməyi təklif edib.
Konyak şüşəsindən ayrıla bilməyən qadın 190 dollar verdiyi içkini bir andaca başına çəkib. Bundan sonra qadını təyyarəyə buraxmayıblar.
Şahidlərin sözlərinə görə, qadın sərxoş olub.
mənbə :
anspress
Şərh yaz.