Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Mehribanla tanış olanda özlüyümde qerara aldım ki…" – ÖZƏL GÜN

"Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki..." - ÖZƏL GÜN

26/08/2015

13:18


26.08.2015 / 13:12 xeber –

Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür. Bu münasibətlə Lent.az Buro 24/7 -ə istinadən Fondun icraçı direktoru Anar Ələkbərovun müəllifi olduğu “Mehriban” adlı kitabdan bəzi hissələri oxuculara təqdim edir.

Kitabda Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti diqqətə çatdırılmaqla yanaşı, Mehriban Əliyevaya məxsus keyfiyyətlər ayrı-ayrı hadisələrin fonunda təqdim edilir, onun xarakteri, zəngin daxili aləmi, insanı keyfiyyətləri barədə söz açılır. Nəşrdə Mehriban Əliyeva ilə bağlı maraqlı məqamlarla yanaşı, ölkənin birinci xanımının ailə üzvləri, eləcə də tanınmış ictimai-siyasi xadimlərin fikirləri yer alıb.

Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır
 

Ölkə prezidentini müxtəlif səfərlərdə müşayiət edən birinci xanımın davranışı və görünüşü xarici kütləvi informasiya vasitələri üçün ayrıca müzakirə mövzusu olur. Mehriban xanımın xarici ölkələrdə yaşından asılı olmayaraq, hər kəs tərəfindən, hətta uşaqlar tərəfindən tanınmasının dəfələrlə şahidi olmuşam. 2007-ci ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin açılış mərasimi idi. Tədbirdə hər iki ölkə prezidentlərinin və onların xanımlarının iştirakı nəzərdə tutulmuşdu.

Hər ehtimala qarşı birinci xanımlara gül dəstələri təqdim edəcək gənc rumın qızlarına yaxınlaşaraq protokolda nəzərdə tutulduğu kimi onlardan hansının Azərbaycanın, hansının isə Rumıniyanın birinci xanımına gül dəstəsini verməsini izah etdim və qonaq qismində olan Mehriban xanımı tanıyıb-tanımamaları barədə soruşdum. Hər ikisinin gülümsəyərək, səmimiyyətlə bir ağızdan "Biz öz ölkəmizin birinci xanımını üzdən tanımırıq, Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox gözəldir" söyləməsi çox xoş və unudulmaz təəssürat bağışladı.
 

Mehriban xanımın fəaliyyətində hər şeyin öz vaxtı var
 

O, iti müşahidəçilik qabiliyyətinə malikdir. Görüşlər, tədbirlər zamanı heç nə diqqətindən kənarda qalmır, illər öncə müşahidə etdiyi hadisəni bütün təfərrüatı ilə xatırlaya bilir. Hər şeyə praqmatik yanaşır, dərindən təhlil edir və düzgün qərar verməyi bacarır. Artıq bir faktı danılmaz həqiqət kimi qəbul etmişəm ki, Mehriban xanımın fəaliyyətində hər şeyin öz vaxtı var. Ən xırda təfərrüatları belə təhlil etmədən qərar vermir. Onun bu keyfiyyəti olmasaydı, qarşıya çıxan maneələri aradan qaldırmaq, layihələri uğurlar həyata keçirmək, təbii ki, mümkün olmazdı.

 

"Analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm"
 

İctimai fəallığı ilə insanlara örnək olan Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib: "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm. Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır, dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər.

"Mehribanla tanış olanda…"

Müsahibələrinin birində ölkə prezidenti İlham Əliyev ailəsi ilə bağlı bu fikirləri bölüşmüşdü: "Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir… Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi.

… Axşam evimin kandarından içəri keçəndə, əgər heç bir fövqəladə hadisə, zəng yoxdursa, bütünlüklə, tamam başqa mühitə – onilliklər boyu olduğum ailə həyatı mühitinə düşürəm. Biz axşamlar, yaxud bazar günü vaxtımızı evdə keçirməyi hər şeydən çox xoşlayırıq. Bizim üçün bu, vaxt keçirməyin ən yaxşı yoludur… Onun ictimai yükü çox böyükdür. Hətta birinci xanımın funksiyaları da – protokol tədbirləri və s. çox böyük yük tələb edir. Bütün bunlar onu sevimli məşğuliyyətlərindən, evdə, uşaqların və nəvələrin əhatəsində olmaq, sadəcə divanda əyləşmək və söhbət etmək, adi ömür sürmək imkanından ayırır. Lakin, belə deyək, bizim bir yerdə olmadığımız hallar il ərzində çox olmur. Biz həmişə bir-birimizə can atırıq, yanaşı olmaq istəyirik".

"O, ümumiyyətlə heç nəyi səhv edə bilməz"

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva: "Mən çox istəyirəm ona oxşayım, lap çox. Çünki o, çox xeyirxah insandır. O, mənim anamdır, eyni zamanda mənim üçün prinsipcə hər cəhətdən idealdır. Mənə elə gəlir ki, o, hər nə edirsə, düz edir. Mənə elə gəlir bu adam ümumiyyətlə heç nəyi səhv edə bilməz".

"Ölkəmizin bu cəhətdən bəxti çox gətirib"

Arzu Əliyeva: "Hesab edirəm ki, mənim anam dünyanın ən yaxşı, ən gözəl birinci xanımıdır. Düşünürəm ki, ölkəmizin bu cəhətdən bəxti çox gətirib".

"Mənim anam dünyanın ən mehriban insanıdır"

Heydər Əliyev: "Mənim üçün mənim anam dünyanın ən mehriban, ən qayğıkeş və ən gözəl insanıdır. Mən onu dünyalar qədər sevirəm".

"Mən həmişə ona görə narahatam"

Onun uşaqlıqdan bəri qeyri-adi fəallığı ilə seçilməsini, xeyirxahlığı ilə insanların diqqətini cəlb etməsini atası, akademik Arif Paşayev çox maraqlı izah edir: "Mehriban doğulandan çox fəal olub. Bəzən mənə elə gəlirdi ki, o, Nərgizdən böyükdür. Onların uşaqlığını hər anına kimi xatırlayıram. Yadımdadır, onu hər dəfə məktəbə gətirəndə müəllimlər mənə nəsə bir xoş söz deməyə çalışırdılar. O, elə gözəl idi!… Biz küçədə gedəndə adamlar ayaq saxlayıb bu balaca qızcığazla görüşər, onu danışdırardılar.

Olduqca xeyirxah insandır. Düşünürəm ki, bu, xüsusi bir xeyirxahlıqdır – mərhəmətlə dolu bu dünyanın sərhədi yoxdur. Bu dünyanın özülü səmimi hislərlə, insani duyğularla qoyulub. Başqasının kədəri onu elə sarsıdır ki, dərhal əlindən gələn köməyi göstərmək üçün tələsir… 
Mən həmişə ona görə narahatam, çünki o, meydana çıxıb, hədəfə çevrilib. İnsanlar, sadə insanlar daim ondan danışırlar. Ümumiyyətlə, əhalinin bütün təbəqələri ona öz rəğbətini bildirirlər və o da belə atmosferdə səhv etməməlidir. O, heç bir, hətta xırda qüsurlara da yol verməməlidir.

 

Azərbaycanın tarixində ilk xoşməramlı səfir

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva Mehriban Əliyevanın öz ölkəsi üçün gördüyü işlərin tarixi dəyərə malik olduğunu vurğulayır: "Onun vətənimiz üçün gördüyü işlərin mahiyyəti, bəlkə də, hələ tam dərk edilmir. Lakin tarixdə elə hadisələr olur ki, onların tarixi dəyəri təkcə gələcək nəsillərə ünvanlanmır, əksinə elə ilk gündən müəyyənləşir. Azərbaycanın tarixində ilk xoşməramlı səfir Mehriban Əliyevanın Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi çoxşaxəli və çoxillik fəaliyyəti məhz bu tarixi dəyərə malikdir".

"Mühafizə xidmətinin təkidlə onun növbədənkənar keçməsini tövsiyə etməsinə baxmayaraq…"

O, hər il 20 Yanvar faciəsinin ildönümündə doğma xalqımızla birgə, bir sırada addımlayaraq şəhidlərin əziz xatirəsinə öz ehtiramını ifadə edir. Faciənin növbəti ildönümlərindən biri yenə də şaxtalı günə təsadüf etmişdi. Heydər Əliyev Fondunun əməkdaşları Şəhidlər xiyabanına keçmək üçün insan axınında təmkinlə öz növbəsini gözləyirdi. Mehriban xanımın da xiyabana gəlməsi həmin vaxta təsadüf etdi. Fondun əməkdaşlarını gördüyü zaman bizə yaxınlaşdı və mühafizə xidmətinin təkidlə onun növbədənkənar keçməsini tövsiyə etməsinə baxmayaraq, kollektivin önünə keçib öz növbəsini gözləməyə başladı. Onun ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin məzarlarını çovğunlu qış günündə xiyabana gələn sadə insanlarla birlikdə ziyarət etməsi hər kəsə böyük qürur hissi yaşatdı.

Kiməsə yardım edə bilməyəndə çox təəssüflənir

O, özündən asılı olmayan səbəblər üzündən kiməsə yardım edə bilməyəndə çox təəssüflənir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun (ind. Azərbaycan Mədəniyyət Fondu) direktoru İbrahim Quliyevin vaxtsız vəfatı onu çox sarsıtmışdı. Neçə-neçə insanı sağlam həyata qaytarmış Mehriban xanımın rəhbərliyi altında işləyən bir insanın öz problemləri ilə onu qayğılandırmamaqdan ötrü heç kimə xəbər vermədən müalicə olunması səylərinin boşa çıxması onu çox üzmüşdü. Onun vəfatı ilə bağlı sarsıdıcı xəbəri eşidəndə söylədiyi də məhz bu kəlmələr oldu: "Biz neçə-neçə insanlara kömək edirik, nə qədər insanı sağlamlığına qovuşdururuq, amma İbrahimi xilas edə bilmədik…".

Bir neçə il bundan əvvəl sosial şəbəkələr vasitəsilə balaca Əlinin (Əli Saqi) müalicəsi üçün vəsait yığıldığını öyrənən Mehriban xanım dərhal uşağın müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılanacağını tapşırdı. 2010-cu ilin dekabr ayında, Yeni il bayramı ərəfəsində verdiyi geniş müsahibədə jurnalistin sonuncu, hansı arzularının olduğu barədə sualına cavab verərkən Şuşada muğam müsabiqəsinin keçirilməsi, ölkəmizin inkişaf etməsilə bağlı arzularla yanaşı, saf və təmiz istəyin – "bizim Əlişkanın" sağalması arzusunu dilə gətirməsi onun uşaq sağlamlığına çox həssas münasibətinin daha bir göstəricisi oldu.

 

Binaların görünüşünə xüsusi önəm verir

Yeri gəlmişkən, bir faktı xüsusi vurğulamaq istərdim. Mehriban xanım onun təşəbbüsü ilə həyata keçirilən layihələr çərçivəsində ucaldılan binaların görünüşünə xüsusi önəm verir. "Öz sevimli şəhərinin ona layiq olan gözəlliyə qovuşmasını görmək xoşbəxtlikdir" söyləyən Mehriban xanımın rəhbərliyi ilə inşa olunmuş hər bir binada onun incə zövqünü duymaq mümkündür. O, Bakının tarixi simasının saxlanılması şərtilə şəhərin memarlığına müasir cizgilərin əlavə edilməsinə həssaslıqla yanaşaraq Şərq və Qərb memarlığının incə vəhdətini yaratmağa nail olur.

Tədbirlərin görünən və görünməyən tərəflərini yaxşı-yaxşı öyrənir
 

Ümumiyyətlə, Mehriban xanım hər bir tədbiri düşünülmüş şəkildə həyata keçirir, onların tətbiqinə əvvəlcədən tərtib olunmuş xüsusi proqram əsasında başlayır. Keçirilməsi nəzərdə tutulan tədbirlərin bütün görünən və görünməyən tərəflərini yaxşı-yaxşı öyrənir, ortaya çıxacaq problemləri dərindən təhlil edir. Musiqi proqramının tərtib edilməsinə, ifaların ardıcıllığının düzgün qurulmasına, nümayiş etdiriləcək eksponatların seçiminə özü şəxsən nəzarət edir, bir çox hallarda əvvəlcədən məşqləri seyr edərək irad və təkliflərini bildirir.

 

 

Roma katakombaları ilə tanışlığa protokolla 15 dəqiqə vaxt ayrılmışdı, lakin…

O, dünya mədəniyyəti və tarixi ilə çox maraqlanır. Ayrı-ayrı ölkələrə səfərləri çərçivəsində tarixi yerlərlə, muzeylərlə tanışlıq zamanı həmin xalqın tarixinə və mədəniyyətinə yaxından bələd olması insanlarda təəccüb doğurur. Vatikan Dövlətinə sonuncu səfəri zamanı müqəddəs Roma katakombaları ilə tanışlığa protokolla 15 dəqiqə vaxt ayrılmışdı. Roma bədii irsinin ən gözəl nümunələri olan katakombalarla tanışlıq üçün 15 dəqiqənin yetərli olmadığını söyləyən Mehriban xanım xristian abidələri sırasında tarix və memarlıq baxımından xüsusi yer tutan bu abidələrlə tanışlığa iki saat vaxt ayırdı.

Kann şəhərindəki möcüzə

2014-cü ilin iyulunda Fransanın Kann şəhərində Birinci Avropa Oyunlarının təqdimatını keçirdik. 250 nəfərin iştirak edəcəyi möhtəşəm tədbirin başlanmasına bir neçə saat qalırdı. Hər bir tədbirdən öncə olduğu kimi, bütün incəliklər düşünülmüş, mərasim açıq havada keçirildiyinə görə əvvəlcədən hava proqnozu ilə mütləq şəkildə tanış olmuşduq. Birinci Avropa Oyunlarının ölkədən kənarda ilk təqdimatını yüksək səviyyədə keçirmək üçün xüsusi proqram tərtib olunmuş və tədbirin atəşfəşanlıqla yekunlaşması nəzərdə tutulmuşdu. Gözlənilmədən hava şəraiti kəskin dəyişdi və yağış yağmağa başladı. Belə şəraitdə təqdimat mərasiminin planlaşdırıldığı kimi açıq havada keçirilməsi, çətin ki, baş tutardı.

Təbiət qarşısında gücsüzlüyümüzü qəbul edib istehza ilə nə edəcəyimizi soruşan insanlara nə cavab verəcəyimizi bilmirdik… Hər kəsin gözü saata və dayanmadan yağan yağışa, göyə dikilmişdi. Möcüzə baş verdi. Qəflətən yağmağa başlayan yağış elə qəflətən də kəsdi, qızmar yay günəşi çıxdı… Düşünürəm, görəsən, bu hadisənin öz nəcib əməlləri ilə minlərlə insanın sevincinə səbəb olmuş Mehriban xanımla həqiqətən bir bağlılığı vardırmı?…

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles