Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Azerbaycan internet mediasında oxşar domen problemi – ARAŞDIRMA

Azərbaycan internet mediasında oxşar domen problemi – ARAŞDIRMA

26/08/2015

18:42


26.08.2015 / 18:40 xeber –

Azərbaycanda son günlər media ilə bağlı əsas müzakirə mövzularından biri də internet media resurslarının oxşar domen problemidir. Əsas problem milli brendə çevrilmiş media resurslarının domenlərinə oxşar və ya əlavələr etməklə yeni yaradılmış saytların özlərini eyni ad altında təqdim etmələri, bəzən isə reket fəaliyyəti ilə məşğul olmalarıdır.

 

 

İnternet mediasının populyarlığından doğan problem

 

 

Bu problemlə üzləşməsi barədə bir neçə dəfə bəyanat yayan "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı deyir ki, əslində məsələ Azərbaycanda internet medianın populyarlaşmasından yaranır. Artıq Azərbaycanın internet media bazarında milli brendlər var: " Bu, bütün sahələr üçün xarakterik haldır. Brendin adında hərf dəyişməklə və ya əlavə etməklə yeni əmtəə nişanı ortaya çıxarılır. Əslində bu, bizim uğurlarımızdan biridir ki, bizə bənzəmək, adımızla manipulyasiya etmək istəyirlər. Amma çox təəssüf ki, bir çox hallarda bu adlardan istifadə edənlər tək o adın məşhurluğu altına sığınmırlar, həm də bundan reket məqsədi üçün istifadə edirlər. “APA Holding” də fəaliyyəti dövründə bununla rastlaşıb. Ona görə də dəfələrlə APA adı ilə açılmış, alınmış domenlərlə bağlı müxtəlif orqanlara müraciətlər edib, bununla bağlı öz etirazımızı bildirib, açıqlamalar yaymışıq. Ən azı ictimaiyyəti məlumatlandırmışıq ki, bu, biz deyilik”.

 

“APA Holding” vəziyyətdən çıxış yolu tapıb və milli brend kimi Standartlaşdırma, Metrologiya və Patent Komitəsində  APA və “Lent.az” adlarını patentləşdirib: "Bu patentlə media, nəşriyyat və poliqrafiya sahəsində APA sözünün işlədilməsi və bununla yeni brend yaradılması yalnız bizim şirkətə məxsusdur. “APA Holding”-in icazəsi olmadan bu addan istifadə etmək olmaz" (http://az.apa.az/news/361791).  

 

 

 

V. Mahirqızı onu da deyib ki, patent hüququ əldə edilməsinə baxmayaraq, “APAHolding” yenə də domenlə bağlı problemlə üzləşib: " Çox təəssüf ki, bizim patentimiz olmasına baxmayaraq, “*.az” domen zonasında inzibatçı fəaliyyəti ilə məşğul olan “Network Technologies" (NT) şirkəti yenə də bizə aid domeni başqasına satıb. Çox təəssüf ki, bizi bununla bağlı məktubumuza həmin şirkət əsaslandırma üçün başqa arqumentlər istəməklə cavab verdi. Biz isə yenidən Standartlaşdırma, Metrologiya və Patent Komitəsinə müraciət etdik və APA adının yalnız bizim şirkətə məxsus olduğunu təsdiqləyən arayış aldıq. Təəssüf ki, bundan sonra da bu şirkət www.apatv.az domeninin vaxtını tamamilə qanuna zidd olaraq bizim şirkətə aidiyyatı olmayan şəxsin adına uzatdı. Həmin şəxs isə domeni almaq üçün bizdən olduqca böyük məbləğ tələb edir. Biz indi məsələni hüquqi müstəvidə həll etmək üçün hazırlıqlar görürük".

 

 V. Mahirqızı onu da qeyd edib ki, beynəlxalq domenlərlə də oxşar adlı saytlar yaratmaq mümkündür: "Amma həm "NT", həm də aidiyyatı dövlət qurumları internet media brendlərinin də bizim sərvətimiz olduğunu, onun qorunmasının vacibliyini nəzərə almalıdırlar. Heç olmasa milli arealda “*.az” domenində biz öz milli informasiya brendlərimizi qorumalıyıq".

 

 

Domenləri patentləşdirmək çağırışı

 

 

“APA Holding” prezidenti hesab edir ki, bu mübahisələrin həlli dünya praktikasını öyrənməkdədir: “Bəlkə gələcəkdə qanunvericilikdə dəyişiklik ola bilər. Eyni zamanda mən tanınmış media qurumlarını öz brendlərini patentləşdirməyə çağırıram”.    

 

V. Mahirqızı internet media məkanında oxşar domenlərlə bağlı yaranmış problemin həm də informasiya təhlükəsizliyi üçün təhdid rolu oynadığını da vurğulayır: "Bir çox hallarda domenlə yanaşı dizayn da, şriftlər də  oğurlanır. Bu isə məşhur, inanılmış media resursunun adından sui-istifadəyə, eyni zamanda dezinformasiyaların yayılmasına və çaşqınlıq yaradılmasına səbəb ola bilir".

 

Şantajı, təhqiri seçənlərin yolu

 

 

“Qafqazinfo.az” xəbər saytının baş redaktoru Elbrus Ərud da hesab edir ki, oxşar, təkrar domenlərin, bir hərfi dəyişməklə yaradılan domenlərin istifadəsi və oxşar adlarda yaradılan saytların bir-birinin fəaliyyətindən sui-istifadə etməsi , hətta birinin o birinin adı altında reket fəaliyyət göstərməsi Azərbaycan mediasının ciddi problemlərindən biridir.  Onun sözlərinə görə, bu gün demək olar ki, Azərbaycanın bütün nüfuzlu media qurumlarının adına oxşar domenlər qeydiyyata alınıb, domenlər yaradılıb: "Həmin domenlərlə yaranan media qurumları qanundankənar fəaliyyət göstərir, insanları şantaj, təhqir edir, reket fəaliyyəti göstərirlər.  Azərbaycanda “APA Holding”, “qafqazinfo.az”  başda olmaqla, onlarla media qurumunun "kloun"u yaradılıb. Bu mənfi tendensiya davam edir və bunun qarşısı alınmalıdır”.

 

E. Ərud xatırladır ki, Azərbaycan prezidenti İlham Əliyevin 16 dekabr 2014-cü il tarixli sərəncamı ilə qüvvəyə minən “Kütləvi İnformasiya Vasitələri" haqqında qanuna dəyişikliklər haqqında” qanunda dəqiq şəkildə göstərilib ki, əvvəllər qeydiyyata alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi, yaxud adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqlənən, həmçinin simvolun və ya simvolu ifadə edən sözün əlavə edilməsinə baxmayaraq, mətbu nəşrin adları ilə eynilik təşkil edən adlar qadağandır: “Yəni oxşar adların istifadəsi qadağan edilib. Bu bizə əsas verir ki, bu qanundan çıxış edərək və eyni zamanda Azərbaycan mediasında yaranan bu aktual problemi qabardaraq bu məsələnin həm müvafiq qurumlar, həm  dövlət, həm də Mətbuat Şurası qarşısında qaldıraq və problemi kökündən həll edək. Bu problem həll olunmasa, Azərbaycan mətbuatının hörməti bir az da aşağı düşəcək. Təsəvvür edək ki, bu gün “qafqazinfo.az” kimi xəbər portalının redaksiyasına hər gün, günaşırı, ən azı həftədə bir dəfə zəng edilir, kimlərsə redaksiyamıza gəlir və haqlarında “yaydığımız” hansısa məlumatın çıxarılmasını, yaxud təkzib verilməsini tələb edir, əvəzində pul təklif edirlər. Beləliklə də fəaliyyətimizə mane olurlar. Bu oxşar adı yaradıb, “*.az”, “*.orq” versiyasını açıb, insanları təhqir, şantaj etməklə fəaliyyət göstərirlər. Hətta onların redaksiyalarına zəng edəndə özlərini “qafqazinfo.az” kimi təqdim edirlər. Bununla bağlı əlimizdə sənədlər var, məhkəməyə müraciət etmişik. Eyni zamanda Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə, Baş Prokurorluğa müraciət etmişik. Həmin şəxslərin ciddi şəkildə cəzalandırılmasını tələb etmişik. Bu cəzalandırma ənənəsinin ölkədə yaranmasının təşəbbüskarıyıq və buna nail olana qədər çalışacağıq. Bu insanların əleyhinə bir-iki dəfə bəyanat vermişik, Mətbuat Şurası əleyhlərinə qərar çıxarıb. Mətbuat Şurası sentyabrın əvvəlində oxşar domenlərin istifadəsi və bunun nəticələrinə həsr edilmiş böyük bir müşavirə keçirməyi planlaşdırır".

 

Mətbuat Şurasından gözlənti

 

E. Ərud qeyd edir ki, Mətbuat Şurası bu məsələni yalnız media rəhbərləri ilə deyil, NT şirkəti və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə birgə müzakirə etməlidir.

 

 

E. Ərud onu da nəzərə çatdırıb ki, rəhbərlik etdiyi xəbər saytının adından sui-istifadəyə görə verdiyi bəyanatdan və Mətbuat Şurasının reaksiyasından sonra həm o, həm də Mətbuat Şurası təhqir olunur: "Biz artıq bu gün Mətbuat Şurasına ikinci dəfə müraciət etdik. Mətbuat Şurası da müraciətimizi sənədləşdirib müvafiq qurumlara göndərəcək. Yəqin ki, onların aqibəti gözlədiyimizdən də ağır nəticələnəcək. Belələrinə havadarlıq edənlər də ifşa olunacaq”.

 

“Aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlu da deyir ki, nüfuzlu internet media orqanlarının oxşar domenləri ilə fəaliyyət göstərən saytlara baxanda aydın görünür ki, reketçiliklə məşğuldurlar və bu, çox ciddi problemdir: “Bu yaxınlarda bizim sayta zəng vurublar ki, bir nəfərdən onunla bağlı məlumata görə 5 min manat alıblar. Mənə dedilər ki, müxbirinizə  deyin ki, bu, ayıb deyilmi? Mən buna görə bir əməkdaşımızı da işdən çıxardım, düşündüm ki, yəqin o müxbir nə isə edib. Sonra məlum oldu ki, bizim saytın adına oxşar sayt olub, həmin şəxs də elə bilib ki, məlumat bizim saytda gedəcək. Bizim adımızdan istifadə edilməsi ilə bağlı belə hallar onlarladır. Mən həmin saytların reklam olunmaması üçün bunu hər dəfə ictimailəşdirmək istəmirdim. Ancaq “aznews.az” varsa, niyə “aznewsinfo.az” olmalıdır? Əgər başqa ad tapılmırsa, deməli, burada bir məkrli niyyət var. Ona görə də Mətbuat Şurası bu məsələ ilə bağlı təkliflər paketi hazırlayaraq, qanunverici orqana təqdim etməlidir. Əks halda, bu prosesin qarşısını almaq olmayacaq”.        

 

Mətbuat Şurasının problemlə bağlı yaxın günlərdə müşavirə keçirməyə hazırlaşdığını nəzərə alsaq, internet media orqanlarının rəhbərlərinin əsas gözləntiləri “*.az” domen zonasında inzibatçı fəaliyyəti ilə məşğul olan “NT” şirkəti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə bağlıdır. Bəs şirkət və nazirliyin problemin həllinə yanaşması necədir?

 

 

Milli İnzibatçıdan problemləri “az”aldan yanaşma və nazirliyin hazırladığı Qaydalar  

 

 

“NT” şirkəti milli “*.az” domen zonasında inzibatçı fəaliyyətinə 1993-cü il avqustun 25-dən etibarən başlayıb.  Şirkətin təsisçilərindən olan Faiq Fərmanov həm də şirkətin direktoru olub. 2013-cü il martın 6-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin direktoru təyin edilməsiylə əlaqədar olaraq şirkətdə direktor fəaliyyətini dayandıb. Bununla belə, F. Fərmanov hazırda milli “*.az” domeninin milli inzibatçısıdır, yəni “*.az” domeni ilə bağlı əsas məsul şəxsdir. F. Fərmanov hesab edir ki, qanunvericiliklə oxşar domenlərin satılması cinayət deyil, sadəcə, o domendən sonra necə istifadə edilməsi cinayət ola bilər: “Problem bu domenlərdən sonra necə istifadə edilməsi ilə bağlıdır.  Oxşar adlardan sui-istifadə halları varsa, bununla bağlı məhkəmə iddiası qaldırılmalıdır.  Patent varsa, maraqları qorumaq üçün məhkəmə yolu ilə bunu rahat etmək olar”.

 

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev  də bildirir ki, domen adı almaq üçün xüsusi qadağa yoxdur, domen adı boşdursa, hər kəs onu ala bilir: “Oxşar adlar, brendlər, tanınmış şəxsiyyətlər və şəhər adları ilə bağlı problemlər var. Brend adların verilməsi qanunvericiliklə qadağandır, bu, “İxtiralar və modellər haqqında” qanunla tənzimlənir. Ona görə də hər hansı şirkətin brend adı varsa, əmtəə nişanı kimi bu adla bağlı Standartlaşdırma, Metrologiya və Patent Komitəsindən patent alıbsa, məhkəmə yolu ilə oxşar adları geri ala bilərlər. Onu da nəzərə çatdırım ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Domen adların verilməsi ilə bağlı" yeni Qaydalar hazırlanır. Qaydalarda tənzimləmə prosesləri daha geniş əksini tapıb. Azərbaycanda domen adlarının verilməsi ilə bağlı bir çox məsələlər açıq qalır, suallar doğurur. Məsələn, elə yeni sözlər var ki, “stop-list”ə daxil ediləcək və o adda domen adlarının verilməsi qadağan ediləcək. Bundan başqa, tanınmış şəxslərlə bağlı domen adlarının verilməsinə müəyyən tənzimləmə mexanizmi tətbiq olunacaq. Tutaq ki, QHT bir qrant alır, tanınmış adamın adına sayt açır, 1 ildən sonra da saytı istifadə etmir. Belə məsələlərlə bağlı müəyyən tənzimləyici tədbirlər görüləcək”.

 

İ. Əliyev hazırda problemin həllində adlarla, ixtira və modellərlə bağlı qanunlardan yararlanmağı da zəruri sayır: ‘Standartlaşdırma, Metrologiya və Patent Komitəsində patent alınıbsa, oxşar adlardan başqalarının istifadə etməsi mümkün deyil. Əgər hər hansı şirkət öz adını, loqosunu əmtəə nişanı kimi qeydiyyatdan keçirirsə, patent alırsa, məhkəmə yolu ilə həll etmək olur. Patent alınmayıbsa, məsələ danışıq yolu ilə həll edilə bilər.  Məsələn, KATV və KATV1 var. Yəni kimsə KATV1 yaradıb. Belə adamlar var ki, izləyir, yeni şirkət açılanda oxşar domeni alır, sonra da bu adı satmağa çalışır. Bu, tək bizdə deyil, bütün dünyada domen adları alınıb-satılır, bazarı da var. Hazırladığımız qaydalarda patenti alınmış adlarla bağlı domenlərin verilməsinə qadağa əksini tapacaq. Qaydalar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanıb, qurumlar arasında razılaşma mərhələsindədir. Bu Qaydaların payızda Nazirlər Kabineti tərəfindən qəbul edilməsi gözlənilir”.

 

Bir patent yetər…

 

 

Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə deyir ki, Azərbaycanda domen adları əmtəə nişanı kimi qeydiyyata götürülür. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanun da bunu təmin edir. Əmtəə nişanı sahibkarın əmtəələrini, yaxud xidmətlərini başqa sahibkarın əmtəələrindən, yaxud xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı kombinasiyası, uzlaşmasıdır: “ Əgər mətbuat, yaxud hər hansı sahədə mal və xidmət təklif sahibkar öz domen adını əmtəə nişanı kimi qeydiyyatdan keçirərək hüquqları əldə edə bilirsə, deməli, qanun ikinci bir şəxsə o domen adı altında mal və məhsul xidmətləri təklif etməyi qadağan edəcək. Təbii ki, hüquq birincinin xeyrinə məsələləri tənzimləyəcək. Bu, təcrübəmizdə də var. “APA Holding”-in timsalında mən bunu nümunə kimi qeyd etmək istəyirəm. Artıq nəinki Azərbaycanda, Cənubi Qafqazda öz nüfuzunu inkişaf etdirən, reytinqini qoruyub saxlayan “APA Holding” öz adını hüquqi cəhətdən qoruyub müdafiə etməyə qadir təşkilatdır. Biz bunu informasiya xidməti göstərən digər informasiya agentliklərinə, portallara, saytlara da nümunə kimi göstərə bilərik. Sahibkar bu halda məhkəmə yolu ilə öz hüquqlarını müdafiə edə bilər. Maariflənməyə də ehtiyac var, patenti alınan adı mənimsəyən başqa şirkət bəlkə də qanunvericiliyin tələblərindən məlumatsızdır. Ancaq son nəticədə məhkəmə qarşısında belə sahibkarın qarşısında hüququ pozulan tərəfindən böyük miqdarda təzminat tələbləri də qoyula bilinir.  Ona görə də hüquq sahibi olan şirkətlər hətta piar şəklində öz hüquqlarını məhkəmə müstəvisində qorumalıdır ki, bu, başqalarına da görk olsun”.       

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles