26.08.2015 / 20:26 xeber –
Rusiyanın Kostroma vilayətində əsgər hərbi qulluqçulara atəş açıb. Hadisə nəticəsində bir zabit və iki əsgər ölüb.
Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, insident bu gün Kostroma vilayətindəki hərbi düşərgənin qarovul məntəqəsində baş verib.
Məlumatda bildirilir ki, əsgər hərbçilərə avtomatdan atəş açıb. Hadisənin baş verməsi nəticəsində iki hərbçi yaralanıb. Atəş acan əsgər isə sonra özünü öldürüb.
İlkin ehtimallara görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Müdafiə Nazirliyinin xüsusi komissiyasının hərbi hissədə araşdırma apardığı bildirilir. Yaralı hərbçilər hospitala yerləşdirilib.
mənbə :
lent.az
Şərh yaz.