Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Sumqayıtda döyüş sursatı aşkarlandı

Sumqayıtda döyüş sursatı aşkarlandı

28/08/2015

22:20


28.08.2015 / 22:18 xeber –

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərinin ərazisində döyüş sursatları aşkarlanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçirərkən məlum olub ki, 1 ədəd tank əleyhinə kumulyativ mərmi, 1 ədəd qumbara atan və 1 ədəd reaktiv mərmi istifadəyə yararsız, lakin insan həyatı üçün təhlükəlidir. Ərazidə aşkar olunmuş digər mərmilər və gilizlər tam yararsız oldugu hesab edilib.

 

Insan həyatı üçün təhlükəli hesab edilən mərmilər mütəxəssislər tərəfindən təhlükəsiz ərazidə zərərsizləşdirilib. Əməliyyat saat 20:30-da başa çatıb.

mənbə :
lent.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website