Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

İsteyirik, beynelxalq alem seçkiye qiymet versin

İstəyirik, beynəlxalq aləm seçkiyə qiymət versin

30/08/2015

23:08

22:54 xeber – Bu həftə Mir Şahinin qonağı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Əli müəllim Mingəçevirdə baş verən hadisələrdən və prosesin hazırkı gedişatından başlayaraq, cəmiyyəti narahat edən bir çox mühüm məqamlara aydınlıq gətirib.

– Əli müəllim, seçki ərəfəsi ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, bütün dövrlərdə olduğu kimi Azərbaycanda bu dəfəki seçki qabağı vəziyyət sabitdir, cəmiyyətin vətəndaş təşəbbüsləri kifayət qədər aktivdir. İctimai-siyasi institutlar arasında dialoq və anlaşma mühiti mövcutdur. Bu mühitlə də Allah qoysa, bu ilki seçkiləri başa vuracayıq. İnşallah!

– Azərbaycanda vəziyyət, hətta təəccüb doğuracaq dərəcədə sakitdir. Adama elə gəlir ki, seçki 6-7 aydan sonra olacaq?

– Əlbəttə ki, bu sakitliyin də əsasları var. Əsas odur ki, cəmiyyətdə bir barış mühiti mövcutdur. Həm siyasi partiyalarla, həm qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də bütövlükdə daxili və xarici qurumlarla Azərbaycan hökumətinin yürütdüyü siyasət kifayət qədər konstruktivdir. Və bu konstruktivlik platformasında da münasibətlər sabit və barış əhval-ruhiyyəlidir.

– İndi bu beynəlxalq dostlarımız, müşahidəçilər nə deyirlər? Gələcəklər seçkiyə baxmağa, yoxsa…?

– Bizim seçkinin əsas qiymət meyarı Azərbaycan seçicisidir, Azərbaycan xalqıdır. Biz seçkini də ona görə keçiririk ki, bu xalqın istək və arzusu ilə həyata keçirilir. Xalq öz vəkilini, prezidentini, eləcə də özünü idarəetmə qurumu olan bələdiyyə sədrini seçir. Və hər dəfə seçki keçirəndə biz ilk növbədə Azərbaycan xalqının rəyinə, iradəsinə və onun bu sahədə nümayiş etdirdiyi mövqeyə sökənirik. Amma Azərbaycan beynəlxalq aləmin bir ayrılmaz tərkib hissəsidir. Biz beynəlxalq aləmdə – BMT-dən başlayaraq, Türk Dövlətləri Birliyinə qədər müxtəlif regional və beynəlxalq qurumlarda təmsil olunuruq, tərəfdaşlarımız var.

Bizimlə beynəlxalq aləmdə dünya siyasətin formalaşdıran strukturlar var. Ona gərə də biz yürütdüyümüz siyasəti, keçirdiyimiz seçkiləri, xüsusən də ümummilli mahiyyət kəsb edən məsələləri istəyirik ki, beynəlxalq aləm də görsün, müşahidə eləsin və öz qiymətini versin. Biz hansı səviyəyə gəlib çatmışıq, nəyimiz yaxşıdır, nəyimiz çatmır, nələrə hələ də üzərində işləməliyik. Odur ki, biz dəvət etmişik və eləcəyik. Azərbaycanın qanunvericiliyinə müvafiq olaraq MSK, Milli Məclis və digər qurumlar öz tərəfdaşlarını bu seçkiyə dəvət edəcəklər. Hesab edirəm ki, onlar da bu dəvəti qəbul eləcəklər və Azərbaycanda keçirilən seçkilərə öz qiymətini verəcəklər. Bir daha qeyd edirəm ki, bizə ilk növbədə Azərbaycan xalqının rəyi maraqlıdır, amma eyni zamanda beynəlxalq rəydən də biz imtina etmək fikrindən deyilik.

– Mətbuata sızan bəzi məlumatlara görə, guya ki, ölkənin əsas siyasi, əslində hərəkətverici qüvvəsi olan Yeni Azərbaycan Partiyasının seçkilərə getmək üçün lazım olan siyahısı hazır deyil.

– Düşünmürəm ki, bunun əsası var. Yeni Azərbaycan Partiyası (YAP) əvvəla öz sıralarında kifayət qədər sabit münasibətlər formalaşdıra bilib. Bu münasibətlərdən çıxış edərək, onun həyat keçirdiyi hər bir aksiya, bir qayda olaraq, ciddi təlatümlər törətmir, əksinə sosial anlayışla qarşılanır, cəmiyyət tərəfindən müvafiq olaraq dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının bu dəfəki seçki siyahısı da müvafiq olaraq partiya sturukturları tərəfindən artıq hazırlanıb. Partiyada idarəçilik demokratik normalara sökənir. Aşağı təşkilatlardan namizədlərin irəli sürülməsi ali quruma qədər, partiyanın idarə heyətinə qədər mərhələlər üzrə müzakirə olunur. Bundan sonra partiyanın idarə heyəti bu qərarı verir. Qərar veriləndən sonra elan olunur. Və elan olunandan sonra artıq bütün cəmiyyət üçün bu namizədlərin üzərində işləmə prosesi başlayır. Həmin siyahı partiyanın idarə heyətində səsə qoyularaq cəmiyyətə təqdim olunacaq. Hesab etmirəm ki, bunu əsasında narahatlıq və yaxud da hansısa, panika yarada biləcək bir məqam var.

– Seçki ilində adətən müxtəlif təbəddülatlar baş verir, kataklizmlər olur, daxildə nələrisə tərpətmələrə cəhdlər, meyllər olur. Etiraf edək ki, Mingəçevridə kütləvi etiraz aksiyası baş verdi və cənab prezident də bu hadisəni törədən səbəbləri öz nəzarəti altına götürdü. Əslində, orda nə baş vermişdi və indi bu saat orda gedən prosesləri siz necə qiymətləndirirsiz?

– Əlbəttə, könül açan hadisə deyildi. Bir vətəndaşın onun hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa-olsun, yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olsun, istər ehtiyatsızlıqdan olsun, istər məsuliyyətsizlikdən olsun, istərsə də ortada cinayət faktı olsun və yaxud olmasın. Əlbəttə, mövcud qanunvericiliyə müvafiq şəkildə araşdırma gedir və bu iş cənab prezidntin nəzarəti altındadır. Buna müvafiq qiymət veriləcək. Günahkarlar cəzasını alacaq. Əlbəttə, dünyasını dəyişmiş insanın həyatını geri qaytarmaq hələ heç kimə nəsib olmayıb. Ona görə də, düşünürəm ki, bu hadisə yaxşı hal deyildi. Bu olmamalı idi. Amma baş verib. Heç bir cəmiyyət, heç bir dövlət, heç bir insan bu tipli hallardan sığortalanamayıb. Odur ki, belə halların təkrar baş verməməsini müəyyən eləmək bu dövlətin bir nömrəli vəzifəsidir. Dövlət çalışmalıdır ki, belə hallar olmasın. Olanda da dərhal araşdırılsın və bunun səbəbləri dərhal aradan qaldırılsın. Ona görə də mən bunun hüquqi təfsilatına varmaq istəmirəm. Amma təəssüflər olsun ki, bu, hadisə baş verdi. Bu hadisədən narahatlıq da oldu. O cümlədən Mingəçevrin şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insann narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdır. Digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə zəmin yaratmamlıdır. Bu anlamda, əlbəttə, dəyərləndirilir, qiymətləndirilir. Cənab prezidenti nəzarəti altında Daxili İşlər Nazirliyi və prokurorluq orqanları bu araşdırmanı aparır, günahkarlar layiqli cəzalarını alacaqlar, mərhumun qohumları da bunu bilsin. Azərbaycan və Mingəçevir şəhərinin ictimaiyyəti də bilsin ki, Azərbaycanda heç bir cinayət və ya məsuliyyətsizlik, yaxud da ki, digər hadisələr izsiz və cəzasız qalmayıb. Eyni zamanda bu da qalmayacaq.

– Təbii ki, Azərbaycan dünyanın tərkib hissəsidir. Dünyada gedən bütün bu proseslər bu və ya digər dərəcədə bizim ölkəmizə, dövlətimizə, bizim vətəndaşımıza toxunmadan mükün deyil. Neftin qiyməti düşürsə və ya qalxırsa, biz bunu hiss edirik. Rusiya və Çin valyutası ətrafında gedən dinamik proseslər bizim bu həyatımızda bu və digər dərəcədə öz əksini tapır. Hətta cəmiyyətdəki narahatlıqları siz bilirsiniz. Dərhal valyuta ətrafında nəsə, baş verən kimi insanlar manatın aşağı yuvarlanacağını, dolların qalxacağını düşünür – biri manat, digəri isə dollar dalınca qaçır. Məsələ əslində kifayət qədər başa düşüləndir. Cəmiyyət öz gələcəyinə həsas yanaşmağa borcludur. Hətta belə bir söhbətlər də gəzir ki, indi manatla dollar arasında gedən prosesləri müəyyən mənada seçkilərdən sonraya təxirə salıblar – seçkilərdən sonra nələrsə olacaq. Amma bütün hallarda nə dərəcədə əsaslıdır belə narahatlıqlar?

– İqtisadi siyasət, valyuta mübadiləsi, enerji daşıyıcılarının qiyməti, ondan irəli gələrək qlobal dünya iqtisadiyyatının vəziyyəti, Çin kimi dünya iqtisadiyyatının böyük bir qismini təşkil edən nəhəng bir ölkədə baş verən iqtisadi, eləcə də maliyyə prosesləri, devalvasiya, Amerika Birləşmiş Ştatlarında qalxma və enmələr, Avropa Birliyindəki proseslər, Yunanıstanda baş verən böhranlar, bir vaxtlar sabitlik adası kimi dəyərləndirilən Şimali Afrikadakı çaxnaşmalar, əhalinin öz yurd-yuvasını tərk edib Avropaya miqrasiya etməsi, bunun qarşısını almaq cəhdləri, bundan irəli gələn proseslər – bütün bunlar bəşəriyyətdə yaşayan hər bir insana təsir edir, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyə bilmir. Biz nə qədər çalışsaq ki, Azərbaycanın iqtisadiyyatını, siyasətini, sosial həyatını, maliyyə sabitliyini və digər məsələləri beynəlxalq aləmdən tam azad şəkildə inkişaf etdirək və onlardan asılılığı azaldaq, istər-istəməz qlobal dünyanın bir tərkib hissəsi kimi Azərbaycan da bu proseslərdən yan keçə bilmir. Ona görə də, əlbəttə, valyuta ətrafında son zamanlar yaranmış ajiotajı da biz anlayırıq. Vətəndaşın öz maliyyə vəsaitlərini, öz pul yatırımlarını və yaxud da pul vəsaitlərini qorumaq cəhdlərini də düzgün anlayırıq və dəyərləndiririk. Dövlətin vəzifəsi ondan ibarətdir ki, bir tərəfdən hər bir vətəndaşının mövcud vəsaitlərinin qorunmasına yardımçı olsun. Onların düzgün yerləşdirilməsi, düzgün idarəsi, devalvasiya və digər proseslərdən asılılığın aşağı salınması ilə məşğul olsun. O biri tərəfdən özünün davamlı inkişafını təmin eləsin. Özünün maliyyə, iqtisadi, sosial həyatını davamlı və ayrı-ayrı proseslərdən asılı vəziyyətdən xilas eləsin. Odur ki, dövlət olaraq biz hər bir vətəndaşdan az düşünmürük. Prezident Administrasiyası hər bir vətədaşın narahatlığını paylaşır, bölüşür. Cənab prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır, onun maraqları dayanır və prezidentin bütün çıxışlarında qırmızı xətlə bir cümlə keçir ki, mən istəyirəm, Azərbaycanda heç bir problem olmasın, hər bir vətəndaş layiqli həyat tərzi ilə təmin olunsun. Odur ki, bu tipli proseslər elə-belə, kortəbii baş vermir.

Bilirsiniz ki, fevral ayında baş verən devalvasiyadan vətəndaşlarımız nə qədər dövlətdən, Milli Bankdan narazı oldu ki, dövlət bunu qarşısını ala bilərdi. Amma digər bir tərəfdən də dövlət həm də özünü qorumalıdır. Dövlət strateji bir obyekdi. Sadəcə olaraq bizi əhatə edən ölkələrə nəzər yetirsək görərik ki, Azərbaycandan qat-qat zəngin olan Rusiya, Qazaxıstan və Belarusda devalvasiya hansı dərəcədə getdi? Mən hələ Ermənistan kimi cırtdan kimi dövlətləri demirəm. Nələr baş verdi, biz bunu şahidi olduq. Bizdə cəmi 30-35 faiz arasında devalvasiya getdi. Hazırda Azərbaycan dövləti maksimum dərəcədə çalışır ki, vətəndaşların, eləcə də Milli Bankın və onun strukturunun da maraqları təmin olunsun. Bütövlükdə, Azərbaycan dövləti hər bir kəsin dövlətidir və bu dövlətin maraqları qorunsun. Hesab edərəm ki, ajiotaja əsas yoxdur. Nəinki, bunu seçki ilə bağlamaq lazımdır, ümumiyyətlə Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın. Manat bizim milli simvollardan, dövlətin vacib atributlarından birdir. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki, sabit qalsın və inşallah sabit də qalacaq!

– Amma bu sabitlik dövlətin maraqlarının itkisi hesabına başa gəlməməlidir. Çünki Azərbaycanda istehsal olunan malların qiyməti əsaslandırılmamış şəkildə artmamalıdı. Çünki, Avropa məhsulları ilə müqayisədə biz bilirik ki, nə qədər rəqabətə qabilik və bütün bunlar da öz ziyanını dövlətimizə vurmamalıdır.

– Bunula tam bir şəkildə razıyam. İqtisadiyyatımız bazar iqtisadiyyatıdır. Amma dövlət öz vətəndaşının maraqlarını bütün vasitələrlə qorumalıdır. Azərbaycan dövləti də çalışır ki, bazarı tənzimləsin. Nəyə görə tənzimləsin? Bazar iqtisadiyyatı şəraitində əsasən sosial-siyasət cətin qorunma dileması qarşısında qalır. Dövlət o immunitet artırmaq üçün özünün bazar iqtisadiyyatında cətin uyğunlaşan sahələrinin maraqlarını təmin eləmək üçün bu işə müdaxilə etməlidir.

– İndi ənənəvi suala qayıdaq: Azərbaycanla Qərb münasibətlərin. Azərbaycanla Qərb arasında çox qəribə münasibətlər var. Elə bir ki, qısaqapanmalar olur. Gah yanır-sönür, gah da qaranlıq-aydınlıq olur. İndi qaranlıqdır yoxsa aydınlıqdır? Bəzən onların nümayəndələri bura gəlib-gedəndən sonra adamda elə təəssürat yaranır ki, deyəsən hər şey düzəldi. Amma bir müddət keçəndən sonra bizim ali orqanlarımızın birində kəskin məqalə gedir və məlum olur ki, bu məqalə artıq hansısa bizim haqqımızda yazılan kəskin məqaləyə cavabdır.

– Bir jurnalist kimi siz dəfələrlə bu mövzuya toxunmusunuz. Özüvə rəva görmədiyini başqasına görməməlisən. Məsələn, Azərbaycanda bu yaxınlarda bir jurnalist döyülərək qətlə yetirildi. Qətilin iştirakçıları isə həbs olundular. Cənab prezident bu işə xüsusi olaraq müdaxilə elədi. Bir nəfər jurnalisti döydüklərinə görə, hazırda altı nəfər həbs edilib. Hələ məhkəmə presesi zamanı nələr ortaya çıxacaq, hər şey aydındır. Amma açıq ekranda ictimaiyyəti gözü önündə dünyanın ən güclü, ən təhlükəsiz, fövqal dövləti, dünya nizamını müəyyən edən bir ölkədə canlı efir gedə-gedə bir nəfər içəri daxil olur və iki nəfər jurnalisti qətlə yetirir. Biz dəfələrlə bəyan etmişi ki, Azərbaycan daxil dünyanın heç bir ölkəsi cinayətdən sığortalanmayıb. Cinayətkarı dünyanın heç bir ölkəsi indiyə qədər tam şəkildə cəmiyyətdən təcrid eliyib cinayətkarlığın qarşısını yüzdə-yüz ala bilməyib. Bu hər yerdə baş verən prosesdir. Əsas məsələ ondan ibarətdir ki, dövlət bu işə lazımi adekvat qiymət verməlidir, adekvat yanaşma nümayiş olunmalıdı, çinayətkarın axtarışı istiqaətində düzgün tədbirlər müəyyən olunmalıdır və cinayətkar tapılıb cəzalandırılmalıdır ki, növbəti belə cinayət törətməyə insanlar cəsarət etməsin. Amma təəssüflər olsun ki, bizdəki çox görünür, bütün beynəlxalq aləm dərhal bunu görür reaksiya və bəyanatlar verirlər, Azərbaycan dövlətinin, prezidentini günahlandırırlar və ilaxır. Özlərində isə eyni proseslərə göz yumurlar. Hətta, günlərin birində Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözcüsü dedi ki, bu proseslərin dünyad heç kimə dəxli yoxdur bunlar Amerikanın daxili işidir, yəni polis tərəfindən jurnalistin, vətəndaşın qətlə yetirməsi bu Amerikanın daxili işidir və müzakirə üçün açıq deyil. Necə olur ki, bir dövlətdə açıq olmur, amma digər dövlətdə açıq olur. Bir dövlətdə jurnalistin hansısa başına gələn oyun dərhal beynəlxalq aləmə çıxarılır digər dövlətdə olmur. Ona gərə də, biz hər zaman tərəfdaşlarımızdan tələb edirik ki, özünüzə rəva görmədiyinizi bizə də görmüyün. Bizə rəva gördüklərinizi özünüzə də rəva görün. Sadəcə olaraq biz dünya dövlətlərini onun böyüklüyu-kiçikliyilə deyil, gücünün azlığı-çoxluğu ilə deyil, ərazisinin genişliyi-kiçikliyilə deyil, hər biri beynəlxalq hüququn sübyekti kimi bərabər hüququlu dəyərləndiriki və istiyirik ki, hər kəsin hüququ BMT yanında bərabər olsun və hamıya da eyni standartla yanaşsınlar. İkili standart müasir dünya siyasətinin çox təssüf ki, təhdid edir, etməkdə davam edir. Əgər bunun qarşısı alınmasa bundan sonra dünyada nələr baş verəcəkdir. İnsanlıq çox dəhşətli facilərlə üz-üzə gələ bilər.

– Ermənistan və Azərbaycan prezidentlərinin görüşü nə vaxta planlaşdırılıb? Qarabağ mövzusunda danışıqların bərpa olunması, Azərbaycan prezidentinin, Ermənistan prezidentilə, hətta deyilənə görə, BMT 70 illiyi münasibətilə Nyu-York-da görüş nəzərdə tutulur. Ünumiyyətlə belə bir söhbətlər nə dərəcədə əsaslıdır?

– Danışıqlar əsasən Minsk qrupu formatı cərcivəsində davam edir. Formata uyğun olaraq hər iki ölkənin dövlət başçılarının və xarici işlər nazirliklərinin görüşü keçirilir. Eləcə də digər nümayəndələrin apardıqları danışıqlar. Bu formata biz daxil hələ də ümid bəslənilir. Amma təssüflər olsun ki, Minsk qrupunun necə deyərlər dişsiz fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının bu məsələyə ikili yanaşması, BMT-nin qətnamələrinə laqeyidliyi Azərbaycanı və Ermənistanı müharibəyə sürüklüyür. Və indiki halda, yəni bu danışıqlar belə davam eləsə, danışıqlar imitatsiyası adı altında bu Ermənistanın qeyri-konstruktiv mövqeyi davama eləsə və BMT Təhlükəsizlik Şurasının üzvüləri və bütövlükdə BMT Ermənistana təziq göstərməsə, müharibə qaçılmazdır. Azərbaycanı, Ermənistanı, Cənubi Qafqazı yenidən müharibə dalğası bürüyə bilər. Çünki, Azərbaycan heç bir zaman torpaqlarının itirilməsi ilə barışmayacaqdı. Cənab prezident dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdı. Bu bizim beynəlxalq hüquq normalarına sökənən milli haqqımızdı. Və biz də bu milli haqqımızı bir kimsəyə güzəştə getməmişik və getmək fikrində də deyilik.

mənbə :
anspress




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles