23:47 xeber – Ermənistanın Qazaxla sərhəddə yerləşən Lələkənd (Tsaxkavan) kəndində bir erməni o birini azərbaycanlı sayaraq öldürüb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Ermənistanın Məhkəmə Deapartamentinin mətbuat xidməti yanvarın 4-də baş vermiş hadisə barədə bu gün məlumat verib.
İstintaqın ilkin rəyinə görə, Alik adlı Tsaxkavan kənd sakini axşam saat 10 radələrində yol kənarında naməlum adam görüb. Əslində o, kəndin sakini – 49 yaşlı Viktor olub. Alik onunla danışmaq istəyib, amma Viktor ona cavab verməyib.
Alikin dediyinə görə, naməlum adam ona anlamadığı dildə cavab verib. Alik qərara gəlib ki, qarşısındakı adam Azərbaycan vətəndaşıdır. Ona görə də, əlindəki ov tüfəngi ilə Viktoru vuraraq öldürüb.
Ermənistan Məhkəmə Deapartamenti Tsaxkavan kənd sakini Alikin bu hərəkətini barbarlıq adlandırıb və iş məhkəməyə verilib.
Keçmişdə İcevan rayonuna daxil olan Tsaxkavanın sovet vaxtındakı rəsmi adı Melikguğ idi. Kəndin əslən Qarabağdan olan melik Atabekyanlar tərəfindən salındığı güman edilir.
mənbə :
anspress
Şərh yaz.