06:07 xeber – Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatında türk və erməni güləşçilər üz-üzə gəliblər.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qarşılaşma Yakup Yerlikaya və Hovhannes Maqhakyan arasında keçirilib.
Yerlikaya erməni güləşçini 6-0 hesabı ilə məğlub edərək finala yüksəlib. Güləşçi 6 gün ərzində gərgin mübarizə aparan özbək Kasanboy Rahimovla yarışda 7-0 məğlub olaraq qızıl medalı əldən verib.
Türk güləşçi ermənini belə məğlub etdi
Hidistanlı Hussain Nasirlə mübarizədə qalib gələn Yakup Yerlikaya 100 kq çəkidə dünya üçüncüsü olub. Türkiyə yarşıda ümumilikdə 1 gümüş və 4 bürünc medala sahib çıxıblar.
Yakup Yerlikaya qalibiyyətdən sonra
Beynəlxalq turnirdə Azərbaycan güləşçiləri də təmsil olunub. Sərbəst güləşçilərin ilk yarış günündə güləşçilərimiz 1 gümüş (İsmayıl Abdullayev (69 kq)) və 2 bürünc (Şahin Muxtarov (42 kq) və Fazil Həsənov (58 kq)) medal qazanıb.
Çempionatın son günündə 46, 54, 63, 76 və 100 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.
Azərbaycanlı güləşçilərin təltif edilmə mərasimi
Son iki gündə mübarizə aparan sərbəst güləşçilərimiz ümumilikdə 1 gümüş və 4 bürünc medal qazanmaqla, komanda hesabında çempionatı dördüncü sırada tamamlayıb.
mənbə :
anspress
Şərh yaz.