16:00 xeber – “İndiyə qədər kimi Bakı Meropoliteninə 10 minə qədər kart qaytarılıb”.
Bu sözləri ANS PRESS -ə açıqlamasında Bakı Meropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə artıq sərnişinlərin kartlarla bağlı müraciətləri azalıb.
“Sadəcə hər hansı bir sərnişin kartının girov dəyəri yeni karta yüklənməsini, eləcə də yeni gediş haqqı yüklənməsini istədədikdə biz onun istəyini yerinə yetirə bilmirik. Çünki bizim qoyduğumuz müddət Avqustun 31-də bitib”.-deyə metropoliten rəsmisi əlavə edib.
Nəsimi Paşayev-Bakı Meropolitenin mətbuat xidmətinin rəhbəri
Ümumilikdə isə Bakı metrosunda yeni kartların tətbiqinə avqustun 8-dən start verilib. Artıq metroua giriş üçün vahid ödəniş kartı kimi “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartlarından istifadə ediləcək.
İlk mərhələdə bu kartlardan “BakuBUS” və Bakı metro stansiyalarında ödəniş üçün istifadəsi nəzərdə tutulub.
Kartları bütün stansiyaların vestibüllərində və “BakuBUS” MMC-yə məxsus marşrutların dayanacaqlarında quraşdırılmış terminallardan almaq mümkün olacaq.
mənbə :
anspress
Şərh yaz.