18:30 xeber – Tanınmış prodüser Roland Bayramovun evi qarət edilib. Azadlıq.az xəbər verir ki, anspress-in Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, Masazırda yaşayan prodüserin evindən 8500 manat pul və 2000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Abşeron RPİ əməkdaşlarının 17 avqustda həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Masazır qəsəbə sakini Aysel Abdullayeva artıq tutulub.
Azadlıq.az xəbər verir ki, anspress-in prodüserin yaxınlarından əldə etdiyi məlumata görə, Roland Bayramovun evini qarət edən xanım onun qonşusudur. Bu səbəbdən də prodüser məsələni uzatmaq fikrində deyil. Qonşusunun həbs olunmasının tərəfdarı olmayan R.Bayramov, oğurlanan pullar və qızıllar qaytarılarsa, onu bağışlamağı düşünür.
Roland Bayramov şou-biznesin bir çox tanınmış nümayəndələri ilə işləyib. Onun adı daha çox Rəqsanə İsmayılova və Natavan Həbibinin prodüseri kimi hallanıb.
Roland Bayramov evlidir, bir uşağı var.
mənbə :
anspress
Şərh yaz.