18:42 xeber – Müasir dövrdə dünyada tikilən binalar arasında öz quruluşuna görə digərlərindən fərqlənənlər də az deyil.
ANS PRESS formasına görə, dünyanın ən qeyri-adi 5 tikililisini sizə təqdim edir.
1.“Əyri ev” bu fantastik görünüşlü ev 2004-cü ildə Polşanın Sopot şəhərində tikilib. Əyri evin proyektini rəssam isveç Per Dalberq, yazıçı Yan Marçinin nağıllarında ilhamlanaraq ərsəyə gətirib. Rəssamın əsas məqsədi binanı nağıllardakı evə bənzətmək olub. Bu da onda tamamilə alınıb. İnternet səhifələrində bu ev çox populyardı. Polşaya gələn turistlərin bir çoxu bu evi yaxından görüb orada şəkil çəkdirmək arzusunda olur. Hazırda bu binada çox sayda mağaza və kafeləri olan ticarət mərkəzi fəaliyyət göstərir.
2. “Səbət ev”
ABŞ-ın Ohayo ştatında toxunma səbəti xatırladan bir tikili var. Əslində bu “Longaberger” şirkətinin ofisidir. Bu kompaniya elə zənbillər və digər toxunmuş məhsulların istehsalında ixtisaslaşan bir şirkətdir. Binanın da məhz zənbil formasında inşa olunmasını şirkət tərəfindən sifariş edilib. Bu cür orijinal görünüşü sayəsində şirkətin əlavə reklama da ehtiyacı qalmır. Çünki bu bina dünyanın demək olar ki, bütün ölkələrində görünüşünə görə tanınır. Bu binanın inşasına 30 milyon dollara yaxın vəsait xərclənib.
3.”Kaktus ev”
Bu bina Hollandiyanın Roterdam şəhərində inşa olunub. Bu evin açıq yaşıl tersaları olduğuna görə görünüşcə onu kaktus bitkisinə bənzdirlər. Bu qeyri adi yaşayiş binası 19 mərtəbədən və 98 mənzildən ibarətdir. Hər mərtəbənin eyvanları isə yarım dairə formasındadır. Eyvanların çöl hissələri isə uzaqdan baxanda yuxarıya doğru uzanan spiralvari pilləkənləri xatırladır. Əlbəttə ki, bu bina da yerləşdiyi şəhərə xüsusi bir gözəllik qatır.
4. “Flintstounların evi”
Bu ev ABŞ-ın məşhur teleaparıcısı Dik Klarka məxsusudur. “Flintstounların evi” Sakit okean sahili Malibu şəhərində inşa olunub. Bu ev haqqında “Flintstounların evi” cizgi filminin hər bir pərəstişkarı xəbərdardır. Məlum olduğu kimi bu cizgi filminin qəhrəmanları hələ eradan əvvəl yaşayıb. Bu səbəbdən də elə ev mağaranı xatırladır. Mənzilin daxilində olarkən adamda neolit dövründə yaşadığı təsəvvürü yaranır. Buna baxmayaraq memarların əməyi sayəsində mənzil daxildən çox komfortlu alınıb.
5. “Daş ev”
Bu qeyri adi tikili, Portuqaliyanın Fafi şəhərindədir. Ev demək olar ki, elə daşın üstündə tikilib. Bu evi 1973-cü ildə Viktor Rodriges tərəfindən iki dağın arasında inşa olunub. Nağıllara bənzər ev sivilizasiyadan kənar bir yerdə ailə üzvləri ilə birlikdə istirahət etmək məqsədi ilə inşa edilib.
mənbə :
anspress
Şərh yaz.