Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Firengiz Mütellimova: “İsrafil İsrafilovun direktor qalmağı meni çox narahat edir” -MÜSAHİBƏ

Firəngiz Mütəllimova: “İsrafil İsrafilovun direktor qalmağı məni çox narahat edir” -MÜSAHİBƏ

07/09/2015

12:22


07.09.2015 / 12:18 xeber –

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın APA-ya müsahibəsi

 

– Firəngiz xanım, sənət adamının qalmaqalla gündəmə gəlməyi necə hissdir?

 

– Çox pis. Mən belə şeyləri heç vaxt sevməmişəm. Beş il susdum, danışmadım, amma iş o yerə gəlib çatdı ki, ölkə başçısına müraciət etdik. Nə özümə, nə də heç kimə bu şəkildə gündəmə gəlməyi arzulamazdım.

 

– Yəni belə şeylər sizi mənən incidir…

 

– Əlbəttə. Vicdan əzabı çəkirəm. Xalq artistiyəm, 35 il səhnədə olmuşam. Mən sənətimlə gündəmə gəlmək istərdim, nəinki qalmaqalla bağlı saytlara danışmaq, açıqlama verməklə.

 

– Sizin adınız belə məsələlərdə hallanmayıb. Səbəb nə oldu ki, müraciətə qol çəkdiniz?

 

– Teatra gedəndə eşitdim ki, iki aktyorumuz dava edib, onları polis bölməsinə aparıblar. Bunu eşidəndə özümə gələ bilmədim. Üstəlik, gördüm ki, başqa teatrların aktyorları bizim teatrın foyesində özlərindən razı gəzirlər, biz qalmışıq qıraqda. Getdim bizim uşaqlar yığışan yerə, dedim, birləşmək vaxtıdır.

 

– Başqa teatr deyəndə “Yuğ”u nəzərdə tutursunuz?

 

– Vallah, mən onların çoxunu tanımıram. Vidadi Həsənovu, Məmməd Səfanı tanıyıram, zəngləşib danışırıq. Heç bir aktyorla problemim yoxdur. Sadəcə, iki teatrı bir-biri ilə üz-üzə qoyurlar. Aktyorun adı direktordan da şərəflidir. Teatra aktyora görə gəlirlər. Aktyoru sevmək, ona qayğı göstərmək lazımdır. Biz elə bir məvaciblə məzuniyyətə çıxmışıq ki, onunla Azərbaycanın bir rayonuna gedə bilmərəm. Halbuki, həkimə getməliyəm, hələ qalmışam belə…

 

– Firəngiz xanım, az məvaciblə məzuniyyətə çıxmağın günahkarı İsrafil İsrafilovdur?

 

– Bəli, odur.

 

– Məvacibi direktor təyin etmir…

 

– Onda direktor təyin ediləndə deməzdi ki, sizin maaşınızı artırıb 2000 manat edəcəyəm. İndi deyir, işıq pulu verməyə imkan yoxdur. Onda soruşuram: pul yoxdursa, bir belə adamı teatra niyə gətirmisən? Qoy öz kollektivimiz işləsin, ən çox əziyyət çəkən adamlara üç adamın maaşını ver. Başqa teatrlar aktyorları necə yaşadırlarsa, sən də bizi elə yaşat. Heç olmasa, o biri direktorların vaxtında Ramazan bayramında, 8 Martda əlavə əlli manat alırdıq. Mən İsrafil müəllimlə düşmən deyiləm. Ondan deyə-gülə ayrılmışam. Amma belə məsələlərdə kollektivin yanında olacağam. Çünki İsrafil müəllim mənim beşinci direktorumdur. Nurəddinlə, İlhamla, Rafaellə, Ramiz Məliklə isə bir yerdə böyümüşəm. Onları qoyub teatrın direktorunu necə müdafiə edə bilərəm?

 

– Deyirlər, təşkilatçı Nurəddin Mehdixanlı olub…

 

– Yalandır. O müraciəti hər kəs oxuyub, qol çəkib. Mən necə xalq artistiyəm ki, beş il ərzində bir dənə dövlət sifarişi ilə olan tamaşada oynamamışam. Teatrda razı olanlar var. Çünki onlara hər cür şərait yaradılıb. Prezident mənə ev verib, onu da satıb küçədə yaşayım? Bu qədər tamaşalara pul xərclənir, iki dəfə oynayıb qoyurlar qırağa. Kimə lazımdır bu qədər tamaşa? O qədər pullar xərclənir, bizə çatanda pul olmur. Cənab prezident sağ olsun ki, bizə mükafat verir. Başqa direktor olsaydı, mənim kimi xəstə adamı çoxdan təqaüdə keçirtdirərdi. Amma o istəyir, özü təqaüd alsın. Bizə heç nə etmir. Aldığım aylıq, 500 manat mükafat ancaq dərman pullarıma çatır. Deyirlər, niyə seriala çəkilirsən? Yaxşı, seriala çəkilməyib necə yaşayım? Serialdakı uşaqların mənə etdiyi hörməti İsrafil İsrafilov etmir.

 

– Müraciətə qol çəkib peşman olan yoxdur ki?

 

– Bilmirəm. Amma qulağıma çatır ki, cavanlardan bəzilərinə deyirlər, nahaq qol çəkmisən, sənin adını qara siyahıya salıblar. Teatra gedəndə bu məsələni də araşdıracam. Yeddi xalq artisti siyahıya qol çəkib. Rəsmi olaraq kim çağırıb bizdən nə soruşdu? Soruşulmayana qədər bu davam edəcək. Öz adıma deyirəm: mən susmayacağam. Nə haqsızlıq gördümsə, danışacağam. Allah şükür, prezidentimiz özü deyib ki, saytlar var, yazın, deyin, mənim siqnallara ehtiyacım var.

 

– Mədəniyyət və Turizm Nazirliyi açıqlama verib ki, nazirliyin qərarına hörmətlə yanaşmağı tövsiyə edirik…

 

– Mən hörmətlə yanaşıram. Amma İsrafil İsrafilovun direktor qalmağı məni çox narahat edir. Sabah teatrda pis şeylər olacaq. Görün, vəziyyət nə yerdədirsə, biz bir dəfə iclas edə bilmirik. Bağçaya direktor təyin olunanda da kollektivi yığırlar, tədbir edirlər. Bizdə isə əksinə oldu. Heç kimin xəbəri olmayıb ki, belə bir təqdimat olub. İsrafil müəllimin elmi işlərinə mənim heç bir sözüm yoxdur. Amma son vaxtlarda teatr bazara çevrildi. Kim istəyirsə, gəlib tamaşa hazırlayır. Tanımadığım rejissorlar, uşaq-muşaq tamaşa qoyur.

 

– Direktordan 25 yaşlı qız rolunda oynamağı siz xahiş etmisiniz?

 

– Yox, mən heç vaxt elə söz demərəm. Mən elə şeyi dilə gətirsəm, bəs cavan uşaqlar hansı rolda oynayar? Əksinə, elə aktrisalara gülmüşəm ki, bunların başı çatmır.

 

– Eşitdiyimə görə, narazılıqlara səbəb həm də Fəxrəddin Manafov və Mehriban Zəkinin teatra cəlb olunmağıdır…

 

– Belə şey olmayıb. Çünki Fəxrəddin hələ gəlməyib. Fəxrəddinlə ilk dəfə mən oynamışam. “Səhra yuxuları” və “Gülüstanda qətl” tamaşalarında tərəf müqabili olmuşuq. Əksinə, Fəxrəddin mənim fəxrimdir. Aeroportda onu görəndə qucaqlayıb ağladım. Deyirəm, İsrafil müəllim, demisiniz ki, çoxdandır teatrda olmayan Fəxrəddin Manafov və Mehriban Zəki teatra qayıdıblar. Soruşdum, nə olardı, mənim də adımı çəkərdiniz ki, Firəngiz Mütəllimova da qayıdıb. Yaxşı, yalandan deyərdin, könlüm xoş olardı. Mən də uzun müddətdir yox idim, özü də teatrda zəng edib soruşurlar. İctimai Televiziya zəng edib deyib ki, Firəngiz və Sənubərlə efirə çıxmıram. Bir intervüsündə mənim adımı çəkməyib. Məsələn, ona Zemfira Nərimanbəyova haqqında sual verirlər, sual qalır havada, deyir, mən Şükufə xanımı çox istəyirəm, onun əlindən tutub, səhnəyə çıxaram. Çox istəyirdinsə, Şükufə xanım “Şöhrət” ordeni alanda təbrik edərdin də. Şükufə xanıma zəng vurmuşdum, dedi, səndən başqa mənə heç kim zəng vurmayıb.

 

– İsrafil İsrafilovdan “Avropa Oyunlarında biz niyə məşəl daşımadıq?” narazılığını kim edib?

 

– Mən demişdim ki, Avropa Oyunlarına qürur hissi ilə baxmışıq, sevinmişik, amma bizim teatrdan bir nəfər məşəl aparmadı. Deməli, teatrın direktoruna hörmət yoxdur ki, bu belə olub. Başqa teatrlardan məşəl daşıyan adamlar var idi. Məsələn, Rafael və Coşqun olub, Şəfiqə Məmmədova, Amaliya Pənahova iştirak edib, bizdən heç kim olmayıb. Yenə onlara görə sevindim ki, biz olmasaq da, başqa aktrisalar iştirak edib. Bundan başqa, gənclər var, heç bir fəxri adları yoxdur. Görən deyir, bəyəm teatr işləyir? Biz heç yerdə yoxuq. Allah qəni-qəni rəhmət eləsin, Heydər Əliyev bizə mükafat verdi, indi də o pulu alıram. İndiki prezidentimizə müraciət etdim, mənə ev verdi. Nazirlik və direktorumuz bir dəfə prezidentimizi dəvət etməyib ki, tamaşaya gəlib baxsın. Çünki sanballı tamaşamız yoxdur. Yaxşı tamaşa olsa, dəvət edərlər. Deməli, yoxdur ki, dəvət etmirlər.

 

– Son vaxtlar baxdığınız və təəssüfləndiyiniz hansı tamaşalar olub?

 

– Üç ildir heç bir tamaşaya getməmişəm. Son baxdığım “Napoleon” tamaşasıdır ki, orda da Napoleonun adı var, özü yoxdur. Sumqayıtdan bir oğlan çağırmışdılar, onun da səsi çatmadı, oynaya bilmədi.

 

– Firəngiz xanım, üç ildir tamaşalara baxmırsınızsa, yaxşı tamaşanın olmadığını necə bilirsiniz? Yaxud, aktrisanın öz teatrının tamaşalarına baxmamasını necə izah etmək olar?

 

– Ona görə getmirəm ki, əsəb keçirirəm, mənə olmaz. Həm də əməliyyata görə, xəstəliyim üzündən gedə bilmirdim. Bilirəm ki, eyni tipli tamaşalardır. O teatrın tamaşaları mənə maraqlı deyil. 

 

– Səhhətiniz səhnəyə çıxmağa tam imkan verir?

 

– Bəli. Həkim çoxdan deyir. Sadəcə, mən tanımadığım rejissorun tamaşasında oynamaq istəmirəm.

 

– Siz beyin əməliyyatı keçirmisiniz. Səhnədə qışqıranda, həyəcanlananda, ağlayanda, özünüzü yıxanda problem olmayacaq ki?

 

– Mən səhnədə özümü niyə yıxım? Otuz beş il yıxılmışam da, çığırmışam da! Mənim özümə aid xanım-xatın rollar var. Silvester Stallone filmin sonunda bir dəfə “kapşon”u atır, axırda yazırlar, çox sağ olun, Stallone. Biz artıq o səviyyəyə çatmışıq. Mənim indi səhnədə oturan vaxtımdır. Necə olur, mən gedib universitetdə dərs deyə bilirəm, seriallara çəkilirəm, amma teatrda oynaya bilmirəm? İsrafil müəllim hamıya deyir, xəstədir, havayı maaş verirəm. Hamı yaxşı bilir o teatrdahavayı maaşı yeyənlər kimlərdir. Çox dərinə getmək istəmirəm.

 

– Maaşınızın məbləğini demək istəyirsiniz?

 

– 480 manat maaşımızdır, 300 manatdan çox alırıq. Gedib Həmkarlar İttifaqından çıxacağam. Hər ay 9 manatım ora gedir, mənə heç nə etməyiblər. Həmkarlar ittifaqı 35 ildə mənə heç nə etməyib. O pulu il ərzində yığıb özümə fransız ətri alaram. Bütün mühasibatlıq yığışıb gedir Nabranda istirahət edir, kef çəkir, mən də pul ödəyirəm. Aktyorun haqqını yemək böyük günahdır. Azərbaycan teatrını bu günə qoyanları Allaha tapşırıram. 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles