08.09.2015 / 11:04 xeber –
Bir neçə gün əvvəl Bakıda gəlini ilə birgə evdən qaçan qayınata ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Suraxanı rayonu, Əmircan qəsəbə sakini olan 1953-cü il təvəllüdlü S.E avqustun 27-də gəlini və 10 yaşlı nəvəsi ilə birgə yoxa çıxsa da, 4 gün sonra onun meyiti Qala qəsəbəsi ərazisində ağacdan asılmış vəziyyətdə tapılmışdı.
Bildirilir ki, hadisədən bir neçə gün sonra itkin düşən gəlin ilə qızı da tapılıb. Lakin onlar evə qayıtmaq istəmədiklərini bildiriblər. 33 yaşlı İ.S və qızı ailədə daim zorakılıqla üzləşdiklərini deyiblər.
62 yaşlı E.S-nın intiharına gəlincə, bu barədə yekun rəy aparılan araşdırmaların yekununa əsasən veriləcək.
mənbə :
lent.az
Şərh yaz.