Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Xalq artistinin hemkarları üsyan etdi: “O, ürekden getmedi, beynine qan sızmışdı…”

Xalq artistinin həmkarları üsyan etdi: “O, ürəkdən getmədi, beyninə qan sızmışdı...”

09/09/2015

16:40


09.09.2015 / 16:36 xeber –

Bu gün xalq artisti, prezident mükafatçısı İlham Əsgərovun ölümündən üç gün ötür. Ailə üzvləri və sənət dostları onun qəbrini ziyarət etmək üçün Masallıya yollanıblar. Lakin hələ də sənətkarın itkisi ilə barışmırlar. Uzun illərdir İ. Əsgərovun tərəf müqabili olan, 30 ildən çoxdur dostluq edən xalq artisti Ramiz Məlik onun yerinin hər zaman görünəcəyini deyir. R. Məlik sentyabrın 18-də səhnəni İlham müəllimlə paylaşmayacağını ürək ağrısı ilə dilə gətirdi: “Ürəyimizdən qara qanlar axır. O cür oğlanı, o cür sənətkarı, o cür dostu, o cür mehriban bir insanı itirdik. Sentyabrın 18-də İlhamla “Qarabağnamə” tamaşasında tərəf müqabili olacaqdıq. O İbrahim xan, mən Cavad xan olacaqdım. Hər il İlhamla teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə açırdıq. Amma bu dəfə səhnəyə çıxmaq ona nəsib olmadı. İlhamın yoxluğu bizi çox yandırır. Heç bir şey deyə bilmədən sanki bir anda uçub getdi”.

 

Xalq artistini daha çox təsirləndirənsə sənət yoldaşının son mənzilə layiqincə yola salınmamasıdır: “Bizi ən çox yandıran onunla vidalaşmamağımız oldu. Heç olmasa, bizə 2 saat yer ayrılmadı. Nə Akademik Milli Dram Teatrı, nə Teatr Xadimləri İttifaqı, nə də Rəşid Behbudov adına Mahnı Teatrında onu son mənzilə yola salmaq üçün yer ayrılmadı. İlham xalq artisti, dövlət mükafatçısıdır. İlhamın çox sayda pərəstişkarı, sevənləri var. Ayıb deyil? Onunla vidalaşa bilməməyimiz bizə çox böyük utanc gətirir. Bu, bütün teatr kollektivinə çox bərk toxunub. Mədəniyyət və Turizm Nazirliyi bunu etməli idi. Amma nazirliyin mətbuat katibi deyir ki, nazirliyin qərarlarına hörmət etmək lazımdır. Biz nəyə hörmət edək? Bakıda yer tapılmadı ki, Masallıya apardılar? Heç olmasa, ürəyimiz istəyəndə qəbrini ziyarət edə bilərdik. İlhamın həyat yoldaşı da bunu deyir, bütün camaat, bütün teatr sevərlər də. Mən İlhama çox deyirdim ki, özünə bax, hirslənmə, vaxtlı vaxtında dərmanlarını at. Əsəbiləşirdi, şəkəri qalxırdı. Nəticədə də insult oldu. Deyirlər ki, ürəyindən getdi. Xeyr! O əsəbiləşib və beyninə qan sızıb”.

 

İ. Əsgərovun sənət dostu, əməkdar artist Füzuli Hüseynov da onu ürək ağrısı ilə xatırlayır. F. Hüseynov sənətkarın səhhətində yaranan problemlərin teatrda baş verənlərlə bağlı olduğunu deyir. Əməkdar artist onun ruhunun yalnız teatrda yaranacaq sabitlikdən sonra şad olacağını bildirdi: “İlham çox abırlı insan idi. Biz zarafatyana onun yanında ədəbsiz söz danışanda o qızarırdı, utanırdı. O içində əsəbiləşirdi, heç vaxt büruzə vermirdi. İlhamın səsini biz heç vaxt hündürdən eşitməmişdik. Teatrda bizim adını çəkmək istəmədiyim mərəzimiz var. O gələndən sonra İlhamın səsi çıxmağa başladı. Onu güclə saxlayırdıq. Şəxsən mən bir neçə dəfə onu qucaqlayıb kənara çəkmişəm, demişəm ki, sənin şəkərin var, əsəbiləşmək olmaz. Həmin şəxs İlhamı o həddə çatdırmışdı. Həmin fərd  teatra gələndən sonra konkret olaraq dedi ki, – “mən kollektivin içində yeni bir kollektiv yaradacam və köhnələr bir-bir ölüb gedəcək”. O elə bilməsin ki, arzusuna çatdı. O teatrdan getməyənədək İlhamın ruhu şad olmayacaq. Biz həmin mərəzi teatrdan təmizləyəndən sonra teatrın varlığı, milliliyini qoruyan gənclərlə bərabər hamımız İlhamın qəbrinin üstünə gedib ruhunun şad olması üçün dua oxuyacağıq. Çox az qalıb. O elə bilməsin ki, hamımız öləcəyik. Deyirlər cadu-piti edir. Qoy etsin. Mən də ölə bilərəm. O elə bilməsin ki, bizi qırıb qurtaracaq. Çünki bizdən sonra gələn cavanlar var. Hətta mən ölsəm, bu mübarizəni qəbrimin içindən davam etdirəcəm. Başqa yol yoxdur. Allah ona rəhmət etsin. Hələlik “ruhu şad olsun” demirəm. Çünki biz gedib onun ruhunu şad edəcəyik”.

 

İ. Əsgərovun həyatsevər olduğunu vurğulayan əməkdar artist onun səhhətində yaranan problemlərin birbaşa teatrdakı durum və teatrın direktoru ilə bağlı olduğunu iddia edir: “İlhamın ölümündə İsrafilin çox böyük günahı var. Çünki teatrda elə şərait, elə bir sistem yaratdı ki, insanlar bir-birinə düşmən oldu, dedi-qodu sistemi yaratdı. İlhamın da əsəbləri dözmədi. 2010-cu ilin qış ayında İlham infarkt keçirdi, ürək xəstəliyinə düçar oldu, şəkəri artdı. Yasamaldan işədək ayaqla gəlirdi, özünə baxan idi. Bu günlərdə  mən məzuniyyətdən qayıdanda təyyarənin təkərləri yerə enməmiş mənə zəng vurdu, zarafatlaşdıq. Səmimi, mehriban insan idi. Onun indi yaşamağa başlayacaq anları idi”.

 

Əməkdar artist Sənubər İsgəndərli isə İ. Əsgərovla uzun illərdir eyni teatrda çalışmaları, dostluq etmələrinə baxmayaraq, tərəf müqabili olmadıqlarına təəssüflənir. Aktrisa da sənətkarın səhhətində yaranan problemlərin teatrla bağlı olması fikrindədir: “Bu sənətə atdığım ilk addımdan İlhamı tanıyıram. 1988-ci ildən Akademik Milli Dram Teatrına gələndən İlhamla kolleqayıq. Qəribəsi odur ki, bu illər ərzində bir dəfə də olsun biz onunla tərəf müqabili olmamışıq. Eyni tamaşada oynamışıq, amma obrazların yolları kəsişməyib. Onun bir zarafatı vardı, bizim salamlaşmağımız həmin zarafatla olurdu. Deyirdi ki, – “boyu boyumdan, soyu soyumdan olan Sənubər, indiyədək niyə biz bir yerdə oynamamışıq?” Rəhmətə getməmişdən 3 gün əvvəl gördüm, yenə də o cür salamlaşdıq görüşdük. Bu illər ərzində onun əsəbiləşdiyini yalnız teatrda baş verən son hadisələrdə gördüm. Mən onu ömür boyu elə görməmişdim. Bu da onun haqsızlığa dözməməyindən irəli gəlirdi. Bu 5 il ərzində xəstələndi. Nə oldu, bu 5 ildə oldu. Keçən il iclasda ilk dəfə idi onun haqsızlığa dözməyərək səsinin yüksəldiyini eşitdim. Ömründə, həyatım boyu onun səsinin yüksəldiyini, kiminsə üstünə qışqırdığını eşitməmişdim”.

 

Akademik Milli Dram Teatrının gənc aktyorlarından olan Elnur Quliyev də həmkarlarının fikri ilə razılaşır. 2001-ci ildən –  teatra gəldiyi gündən İlham müəllimi hər zaman sakit, heç kimin işinə qarışmayan, təmkinli bir insan kimi tanıdığını deyən aktyor son illər onun xarakterinin dəyişdiyini deyir: “İsrafil İsrafilov teatrın direktoru olduğu vaxtdan İlham müəllim dəyişdi. 2010-cu ildə teatr təmirdə olduğu üçün biz “Mir” telekompaniyasında yerləşirdik. Orda İlham müəllim aktyorlarla bağlı nəsə oxudu, başladı qışqırmağa. İsrafil də otaqda idi, çıxmadı. Saat 11-dək gəlib qol çəkmək, gecikənə töhmət verməklə bağlı yersiz qərarlar verirdi. İlham müəllim çox əsəbiləşdi. İlk dəfə idi onu əsəbiləşən görürdüm. Üstündən 2-3 gün keçdi, infarkt oldu, xəstəxanaya yatırıldı. Hələ heç kim İsrafilə qarşı çıxmayanda, hamı onun dediklərini sakit qəbul edəndə İlham müəllim tək mübarizə aparırdı. İclaslarda ona qarşı iradlarını bildirirdi, səhv hərəkət etdiyini deyirdi. “Qarabağnamə”nin ictimai baxışı olmuşdu. İsrafil yenə hər zamankı kimi aktyorları aşağıladı. Premyeraya bir gün qalmış dedi ki, filan-filan şey səhvdir, başladı dramaturqun yazdığı sözləri dəyişməyə. 3 ay məşqdən sonra premyeraya bir gün qalmış tamaşanın sözlərini dəyişməyə onun ixtiyarı yox idi. İlyas Əfəndiyev kimi yazıçı, yəni dramaturqun əsərinə müdaxilə edib sözləri dəyişməyə direktorun ixtiyarı yoxdur. İlham müəllim də bunu iclasda dedi və mübahisə etdilər. Sonra bir neçə dəfə iclas oldu, yenə mübahisə etdilər. Növbəti dəfə 2014-cü ilin sonunda foyedə tədbir idi, İlham müəllimlə İsrafil möhkəm dava etdi. Hər dəfə bu insanın əsəbiləşməyinə İsrafil səbəb olurdu. Şəxsi problemləri qalmışdı bir kənarda, bütün gün teatrın problemlərini düşünürdü, İsrafillə mübarizə aparırdı. İsrafil aktyor oyunundan tutmuş hər şeyə müdaxilə edirdi. Deyir, “Azdramanın aktyorları turşdur”. O, heç vaxt  bizi bəyənməyib. Bəs, bəyənmədiyin yerdə necə oturmusan? İndi də biz səni bəyənmirik, çıx get, niyə qalmısan?”

 

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles