13.09.2015 / 06:32 xeber –
Lənkəranda ötən gecə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə əsasən, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 30 və digər vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə (ümumi 40 kv.m) yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
mənbə :
lent.az
Şərh yaz.