Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Ele bilirdim "Qurban" futbol terminidir, öyrendim ki, meşqçidir" – MƏŞHUR FANATLAR

"Elə bilirdim "Qurban" futbol terminidir, öyrəndim ki, məşqçidir" - MƏŞHUR FANATLAR

14/09/2015

15:16


14.09.2015 / 15:10 xeber –

Vüsalə Məmmədova: “Mənim üçün heç bir fərqi yoxdur, ya Messi, ya Ronaldo”

Lent.az-ın "Məşhur fanatlar" rubrikasının budəfəki qonağı jurnalist Vüsalə Məmmədovadır. Onun idman, futbolumuz barədə söhbətləşdik…

 

– Daha çox kişilərin sevimli idman növü olan futbol sizin üçün nə deməkdi? Və necə oldu ki, futbola marağınız yarandı?

 

– Stadiona getmək futbol sevgisi olanları anlamaqda mənə kömək etdi. Futbol da o biri idman növlərindən biridir mənim üçün, yəni özəl deyil.

 

– Sizi stadiona ilk dəfə kim dəvət edib?

 

– Mən stadiona ilk dəfə oynamağa getmişəm (gülür). Uşaq idik, evi dağıdırdıq, həyətə qovurdular, həyətdə ağaca çıxırdıq, yıxılırdıq. Nə isə, qonşu Musa əmi var idi, onun evi ilə stadionun arasında hasar var idi, pilləkənlər düzəltmişdi. Məhlənin kişiləri daha fırlanıb qapıdan getmirdilər stadiona, elə Musa əmigildən keçib gedirdilər. Biz də o pilləkənlə düşüb stadionda oynayırdıq. Futbol yox, kukla oynadırdıq (gülür). Ağdam stadionunu əslində biz təyinat üzrə istifadə edirdik (yenə gülür). Sonra orda konsert filan olurdu, ona gedirdik. Amma heç vaxt futbola getməmişdik. İlk dəfə stadiona illər sonra getdim. Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu gün futbola xanımların getməsində "Qarabağ"ın İmarət Azad Azarkeş Klubunun böyük xidməti olub. Bu uşaqlar xanım jurnalistlərlə tək-tək görüşüb söhbət ediblər. Məni də onlardan biri, Elnur Quliyev dəvət etdi. Yazıb xahiş etdi ki, "Qarabağ"ın oyununda jurnalist xanımların iştirakını arzulayırıq, istəyirik bizi dəstəkləyənlərin arasında onları da görək. Beləcə, stadiona ilk dəvəti "İmarət"çilərdən aldım. Bacımla getdik. Mən futbol azarkeşi yox, “Qarabağ” azarkeşiyəm. Bizdə futbolla maraqlanan qadınların əksəriyyəti isə necə deyərlər, Qurbançıdı. Mən isə əvvəl heç bilmirdim Qurban kimdir? Stadionda ətrafımdakı qadınlar oyun boyu "Qurban, Qurban" qışqırdılar, "Google"də axtarış verdim (gülür). Bu, ilk stadion təəssüratımdır. Bu, o vaxt idi ki, artıq xanımlar stadiona getmişdilər və bu xanımların sayəsində mətbuatda futbol haqqında daha çox yazılmağa başlanılmışdı.

Məsələn, mən Qurbançı deyiləm. Amma matç boyu gördüm ki, oyun zəif gedəndə, təhlükəli vəziyyət yaranan kimi, bütün qadınlar deyinirdi ki, Qurban hanı, Qurban hara baxır? Əvvəl elə bildim Qurban futbolda hansısa vəziyyətin, nəsə qayda pozuntusunun adıdır,  futbol terminidi, ofsayddı nədir, elə bir şeydir (gülürük). Sonra soruşdular ki, bəs Qurban hara baxır, onda artıq şübhələndim. Telefonda internet istifadə edən deyiləm. Amma stadiona gedəndə edirəm. Orda yazdım və gördüm ki, komandanın baş məşqçisi imiş (gülür).

 

– "Qarabağ" yenə Avroliqanın qrup mərhələsində çıxış edəcək. Sizcə, bu dəfə qrupdan çıxmağı bacaracaqmı?

 

– Mənim futbol məsləhətçim bacım oğludur. O deyir ki, ümidimiz böyükdür.

 

– Yəqin ki, "Qarabağ"ın qrupdakı oyunlarını stadiondan izləyəcəksiz…

 

– Yəqinsiz. Vaxt problem olur. Amma birtəhər edəcəm. Ailəlikcə stadiondan izləyəcəyik.

 

– Çoxu belə düşünür ki, stadiona qadınların getməsi düz deyil. Çünki orda söyüş söyülür. Sizin bu məsələyə münasibətiniz necədir?

 

– Onu deyən adamlar ömürlərində Bakı küçələrində, əhalinin sıx olduğu yerlərdə olmayıblar. Özünə söyüş söyməyə icazə verən insanlar hər yerdə söyür. Ciddi deyirəm, mən stadionda olanda söyüş eşitməmişəm. Ətrafımda "gədə" olmayıb. Bəlkə də, media sektorunda əyləşdiyim üçün söyüş eşitməmişəm. Bəlkə də ona görədi, bilmirəm. Amma hesab edirəm ki, qadının kişini bütün mövzularda tam anlaması üçün stadiona getməsi şərtdir.

 

– Fikrinizi açıqlayardız…

 

– Mən futbola gedəndə bircə termin bilmişəm – qol. Onu bilirdim ki, bizə vuranda qol olur, biz vuranda “o” hərfinin sayı artır, yəni qoooooool. Qadınla kişi çox vaxt ona görə anlaşa bilmirlər ki, qadının üstündə çox ciddi dayandığı, əhəmiyyət verdiyi bir olay kişi üçün sıradan bir hadisədir. Kişilərdə də həmçinin. Stadionda olanda, ordakı izdihamın ruhunu, enerjisini duyanda anlayırsan ki, həyatında heç bir şey dəyişməyəcək bir qol üçün bu qədər enerji, əsəb və s. sərf edən insandan niyə bu qədər ciddi olmasını gözləyirsən? Gör, nələrə diqqətli olmasını gözləyirsən. Ümumiyyətlə, çox şey gözləyirsən.

 

– Digər klublarımızın və ya milli komandanın oyununu izləmək üçün necə, stadiona getmisiz heç?

 

– Tək mən yox, heç kim getməyib deyəsən. Amma bunu yerlibazlıq kimi qəbul etməyin, lütfən. Bilirsiz, burda başqa məsələlər var. Sizə heç vaxt izah edə bilmərəm ki, stadion uğultusunda mən nə qədər doğma səs eşidirəm. Bu çox kədərli və oxucularınız üçün maraqsız tarixçədi…

 

– Əksinə çox maraqlıdı…

 

– "Qarabağ"ın Ağdamda ev oyunlarını keçirdiyi stadionun qonşuluğunda böyümüşəm. "İmarət"i deyirəm. O uğultu ki var, onu evin içində hiss eləmişəm. O uğultunun arasında nənəm səsləyib ki, gəl yemək ye, babam səsləyib ki, gəl dərsini oxu… Mən o vaxtlar özümü elə aparırdım ki, guya o səsin içində bizimkilərin səsini eşitmirəm. Amma indi o səs-küydə nənəmin, babamın qayğıma qalan səsini aydınca eşidə bilirəm. Demirəm ki, stadiona nənəmin, babamın səsini eşitmək üçün gedirəm. Amma bu da bir səbəbdir. Hamının uşaqlığı ilə bağlı nəsə zəif yeri var (gülür). Bunu ora bağlayaq.

 

– Futbolçularımızdan kimləri tanıyırsız?

 

– Rəşad var. Sadıqovdur soyadı. Onu dəqiq bilirəm. Sonra Qara Qarayev var və çoxlu “qara” oğlanlar. Bir də Almeydanı tanıyıram.

 

–  Xarici futbolla necə, maraqlanırsız?

 

– Kriştianu Ronaldo var. Xarici futbolla ailəmizdə hər kəs maraqlanır. Onlar futbola baxanda, mən qapını bərk-bərk örtüb otaqda sakitlik yaratmağa çalışıram ki, işləyə bilim.

 

– Əksəriyyət Messi – Ronaldo müqayisəsini aparır. Siz üstünlüyü hansına verirsiz?

 

– Bizimkilər "Messi" deyir.

 

– Bəs öz fikriniz?

 

– Məsləhətçim Ülvi, yəni bacımoğlu "Messi" deyir. Razılaşmasam, çox aqressiv olur (gülür). Mənim üçün isə heç bir fərqi yoxdur: ya Messi, ya Ronaldo (gülür). Həyati əhəmiyyət daşımır mənim üçün.

 

– Övladınızın və qohumlarınızdan kiminsə gələcəkdə futbolçu olmasını istərdinizmi?

 

– Ülvi çox maraqlanır. Hər il soruşur ki, nə vaxt uşaq futboluna gedə bilərəm? İndi ingilis dilinin üstündə xüsusi işləyir ki, "Barselona"da oynayanda rahat müsahibə verə bilsin (gülür).

 

– Amma "Barselona"da oynamaq istəyirsə, ilk növbədə, ingilis yox, ispan dilini öyrənməlidir…

 

– Səs salmayın, biz demişik ingiliscəni birinci bilməlidir (gülür). Zarafatsız, deyir ki, ingiliscə bilsəm, çoxunda oynaya bilərəm (yenə gülür).

 

– Amma futbolda ağzın ingiliscə danışmasından əvvəl ayağın “ingiliscə oynaması” lazımdır…

 

– (Gülür). Biz təbii ki, futbolçu olmasını arzulamırıq deyə, bu tərəflərini düşünmürük. Gimnastikaya gedir, müəllimi çox razıdır. Gələcəkdə də yəqin idmanın başqa növü ilə məşğul olacaq. Hələ balacadır. Amma uşağı komanda oyunlarına yönəltmək böyük riskdir. Komanda oyunları bizim insan üçün deyil. Baxın, mən teatrdan gəlmişəm, o da kollektiv sənətdir. İncəsənəti bitirmişəm. 8 il də teatrda çalışmışam. Komanda işi bizdə alınmır da, qardaş (gülür).

 

– Özünüz necə, idmanla məşğul olmusuz heç?

 

– Mən hesab edirəm ki, normal insan idmanla məşğul olmalıdır. Amma bu, peşə olmamalıdır. Peşəkar qaydada heç vaxt məşğul olmamışam. Amma işdən sonra fitnes-zalda rahat 2 saat keçirirəm. Özü də əməlli-başlı məşğul oluram, daha yuxulaya-yuxulaya velosiped sürmürəm (gülür). Həm formada qalmaq, ondan da öncə sağlamlığım üçün. Əvvəl hovuza gedirdim. Gördüm əsəbləşirəm, daha getmədim.

Bir dəstə toppuş xanım girib hovuzun kənarında toplaşıb, “nəyi nə ilə bişirsən daha dadlı olur?” tipli söhbət edirlər, hovuzda basabas salırlar boşuna (gülür). Hərəkət eləməyə yer tapmırdım (gülürük). Sonra hovuzu fiznes-zala dəyişdim. Burda heç kim nəyi nə ilə bişirdiyini danışmır (yenə gülür).

 

– Vüsalə xanım, teatrda futbol tamaşası oynanılsaydı, futbol aləmindən kimin obrazını canlandırmaq istərdiniz?

 

– “Teatrda yanğın olsaydı, əlində bir vedrə su aparıb tökərdinmi?” soruşun. Mən teatrla qurtarmışam. Heç bir obrazı da canlandırmaq kimi istəyim yoxdur. Allah yazıbsa, pozsun.

 

– İdmanın insanın xarakterinə nə kimi təsiri var?

 

– Özüm haqqında onu deyə bilərəm ki, idman zalında özümü çox sevirəm və özümə həmişəkindən çox hörmət edirəm.

 

– Hansı idmançıdan müsahibə almaq arzusundasız? Varmı elə adam?

 

– İlk və son müsahibə aldığım idman adamı Qurban Qurbanov olub. Açığı, elə bir arzum yoxdur.

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website