Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Vahid Mustafayev: “Bu filmleri erseye getirmeye mecbur eden qorxularım idi” – MÜSAHİBƏ

Vahid Mustafayev: “Bu filmləri ərsəyə gətirməyə məcbur edən qorxularım idi” - MÜSAHİBƏ

15/09/2015

13:58


15.09.2015 / 13:55 xeber –

ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid MustafayevinAPA-ya müsahibəsi

 

– Azərbaycan kinosunun hazırkı vəziyyətini necə xarakterizə etmək olar?

 

– Sözsüz ki, kinematoqrafiya sahəsində müəyyən problemlər var. Bu problemlər hər şeydən əvvəl peşəkarların olmamasından irəli gəlir. Bizim çox gözəl təhsil ocağımız var – Mədəniyyət və İncəsənət Universiteti. Təəssüf ki, bu universitet bir neçə sahə üzrə mütəxəssis yetişdirmir. Məsələn, səs rejissorları. Bir neçə sahə üzrə yetişdirdikləri tələbələr müasir kino səviyyəsinə cavab vermir. Tutalım, rejissorlar, operatorlar, qrim ustaları, prodüserlər və s. Belə olanda, sözsüz ki, kinematoqrafiyanın inkişafı sual altında qalır. Məsələn, mən filmlərimi çəkəndə, İran, Türkiyə, Rusiya və Avropa ölkələrindən mütəxəssislər dəvət edib, onlarla bir yerdə film çəkirəm. Belə olmasa, bu cür nailiyyətlər qazanmaq mümkün deyil. Amma bu gün Azərbaycan çiçəklənir, ikinci dərəcəli, hətta bəzi sahələrdə üçüncü dərəcəli keçmiş sovet respublikalarından biri beynəlxalq arenada A kateqoriyalı oyunçulardan birinə çevrilir. İqtisadi sahədə baş verən hadisələr mədəni nöqteyi-nəzərdən təchiz olunmalıdır. Biz dünyaya təkcə siyasətçi və iqtisadçı kimi çıxmamalıyıq. Eyni zamanda öz mədəniyyətimizi təqdim etməliyik. Sözsüz ki, bu sahədə Mədəniyyət və Turizm Nazirliyi çox böyük işlər görür. Onlar bacardıqları qədər çalışırlar ki, filmlər ərsəyə gəlsin, teatrlar fəaliyyət göstərsin və s. Amma bunlar çox azdır. Bu gün insanların mədəni münasibətləri daha çox sadə, asan qavranılan sahələrdə özünə yer qazanır. Bunlardan biri də kinodur. Ümumiyyətlə, kinematoqrafiya böyük möcüzədir.

 

– Bu yaxınlarda ANS-in efirində “Şəhər 44” adlı polyak filminə baxdım. Həmin filmdə də sizin “Qanlı yanvar” filmi kimi şəhərin müdafiəsi uğrunda mübarizə aparan gənclərin qəhrəmanlığı göstərilir…

 

– Bu hadisələr çox yerdə cərəyan edib. Məsələn, irlandlar müstəqillik uğrunda mübarizə aparıblar və bu, filmlərdə əks olunub. Bu gün Böyük Britaniya Avropada demokratiya mənbəyi kimi tanınır, amma eyni zamanda İrlandiya bu günə qədər müstəqilliyini bəyan edə bilmir. İrlandiyada dinc mitinq məhz Britaniya ordusu tərəfindən dağıdılmışdı və eynən Azərbaycanda olan hadisə kimi bir hadisə baş vermişdi. Çexoslovakiyaya, Gürcüstana Sovet ordusunun basqısı olub. Hər bir ölkədə müstəqillik uğrunda mübarizə aparılıb. Biz Azərbaycan olaraq bunu hələ ötən əsrin əvvəlində yaşamışıq və şərqdə ilk demokratik dövləti yaratmışıq. Azərbaycan xalqı dərin mədəniyyətə arxalanan, müstəqilliyi sevən xalqdır. Bizim kinematoqrafiyamızın tarixi 1892-ci ildən başlayır. Ondan sonra bir-birindən gözəl filmlərimiz çəkildi. Rza Təhmasib, Həsən Seyidbəyli, Tofiq Tağızadə, Rasim Ocaqov, Eldar Quliyev, Oqtay Mirqasımov, Vaqif Mustafayev, Ayaz Salayev, Şamil Nəcəfzadə, Şamil Əliyev və başqaları Azərbaycanda güclü kino məktəbi yaratdılar. Təsəvvür edin ki, Akira Kurosavanın “Yeddi samuray”ından 10 il sonra Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmini çəkdi. Görün, vaxtilə bizdə necə yüksək kino mədəniyyəti olub. “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Şərikli çörək” dünya şedevrləridir. Bəzi mətbuat orqanları yazdı ki, Vahid Mustafayevin filmi Monreal festivalına ilk Azərbaycan filmi kimi çıxıb. Əslində, belə deyildi. Bu festivalın zirvəsinə Ayaz Salayev “Yarasa” filmi ilə çıxıb. Daha sonra Şamil Nəcəfzadənin “Qala” filmi bu səviyyəyə yüksəldi. İndi də mənim filmim festivalda nümayiş olundu. Fəxr edirəm ki, adını çəkdiyim rejissor qardaşlarımın yolunu davam etdirirəm və qoymuram ki, dünya kinematoqrafiyası Azərbaycan filmlərini yaddan çıxarsın. Bu festival dünyanın ən böyük festivallarından biridir. Biz orada prezident tərəfindən ödül aldıq və rejissor Məcid Məcidi ilə bir yerdə ziyafətə dəvət aldıq. Bizim filmimiz festivalda üç dəfə, Məcid Məcidinin Məhəmməd peyğəmbərdən çəkdiyi film beş dəfə nümayiş olundu. Sözsüz ki, o filmə böyük maraq var idi. “Qanlı Yanvar”ın üç dəfə nümayişi mənim üçün qələbə idi. Bunu Azərbaycan kinematoqrafiyasının qələbəsi kimi qəbul edirəm və demək istəyirəm ki, bu film bütün Azərbaycanın filmidir. Əsas odur, biz 20 Yanvar haqqında olan həqiqətləri dünya ictimaiyyətinə asan qavranılan formada çatdırdıq.

 

– Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından əlavə sırf kino peşəsi baxımından “Qanlı Yanvar” filmi ilə bağlı rejissor eqonuz nədən ibarət idi?  Yəni sizi daha çox tanısınlar, ciddi kino cameəsində qəbul etsinlər və s. İstəyirəm, bu haqda danışaq.

 

– İş orasındadır ki, məni bu filmləri ərsəyə gətirməyə məcbur edən eqodan daha çox qorxularım idi. “Qanlı Yanvar”da çəkdiyim bütün qəhrəmanlar həyatda mənimlə dostluq edən, canlarını vətənə qurban edən insanlar idi. Onların şücaətini ekrana gətirməyənə qədər dostlarım yuxuma gəlir, kölgə kimi yanımda gəzirdilər. Onlar mənə deyirdilər ki, axı sən niyə bizim şücaətimizdən danışmırsan? Axı Allah bununla bağlı sənin bütün ruzini verib. Gəlin, sadə bir şeyi düşünək: cavan oğlan vətən uğrunda vuruşur və şirin həyatını hədiyyə edir. Nəyə görə, bunun qiyməti nədir? Biz bilirik ki, hər şeyin qiyməti var. Kant bir nəzəriyyədə yazır ki, insanın hər bir hərəkətinin əsasında kobud iqtisadi maraq dayanır. Hətta ana uşağına süd verəndə fikirləşir ki, qocalanda uşaq ona kömək edəcək. Kant Avropanın materialist fəlsəfəsinin bir növ banisidir və bütün Avropa bu sütunun üzərindədir. Sözsüz ki, bir gənc özünü fəda edirsə, onun da öz marağı var. Nədir o maraq? O maraq gələcəkdə dastanlarda, şeirlərdə, mahnılarda onların dəliqanlılığı, vətənpərvərliyi haqqında gözəl xanımların mahnı oxuması, şeir söyləməsidir ki, qəhrəmanlıqları yadda qalsın. Əlbəttə, onlar vətən yolundan canlarından keçirlər, amma bunun müqabilində nə alırlar? Bu, mənəvi maraqdır. “Xoca” filmindən əvvəl Xocalı haqqında müxtəlif fikirlər səslənirdi. Amma filmə baxandan sonra xocalılar gəlib mənə dedilər ki, çox sağ olun, siz bizim şücaətimizi göstərdiniz, yoxsa bizə deyirdilər, siz oranı qoyub qaçmısınız. Ümumiyyətlə, Xocalı uğrunda əməliyyat gecə saat 22.30-da başlayıb, 00.00-da başa çatıb. Ona rəhbərliyi Tadevosyan adlı erməni generalı edib. Şuşaəməliyyatını da o aparıb. Beşmərtəbəli binanın zirzəmisinə yığışan insanları beş nəfər əsgərimiz qoruyub və səhərə qədər atışıblar. Onlara hətta Tadevosyan tərəfindən böyük hörmət olub ki, axıra qədər döyüşüb, ölüblər. Gənc nəsil bunu bilməlidir. Uduzmağın növləri var. Bir var qaçırsan, bir də var sənə qarşı gələn gücün öhdəsindən gələ bilmirsən. Bunlar başqa-başqa şeylərdir. Ola bilər ki, biz uduzmuşuq, amma axıra qədər vuruşub uduzmuşuq axı. Bunları göstərmək lazımdır. Çingiz Mustafayevin təsvirlərində bizim vuruşmağımız yoxdur. Ona görə atam dedi, sən o filmi çəkməlisən. O ki qaldı eqoya, ola bilər, mən indiyə qədər çox uğurlar qazanmışam deyə, eqo mənim üçün vacib deyil. Əsas odur ki, məni izləyən kölgələr indi qara yox, ağdır. Onlar rahatlaşıblar ki, qəhrəmanlıqları insanlara göstərilib.

 

 

– Filmə Azərbaycanın ciddi kino müstəvisində münasibət necə oldu? Sizin qiymətləndirdiyiniz ciddi imzalar nə dedi?

 

– Çox yüksək münasibət oldu. Sağ olsun, Eldar Quliyev, Ayaz Salayev mənə təbriklərini göndərdi. Sevinirəm ki, ciddi rejissor düşərgəsində sənət adamları bir-birinə kömək olurlar, dəstək göstərirlər. Ümumiyyətlə, istedadlı rejissor həmkarını qısqanmaz. Başqa mənada mən də qısqanıram. Məsələn, Eldar Quliyevin “Babək”, “Bir cənub şəhəri”nə baxanda qısqanıram ki, nə gözəl çəkib. Yaxud Vaqif Mustafayevin “Yaramaz” filminə, Ayaz Salayevin “Yarasa” filminə qibtə edirəm. Təəssüf ki, hazırda kino sahəsindəki imkanlar sovet dövründə olan imkanlar kimi deyil. Son 20-25 ildə “Babək”, “Nəsimi” kimi ciddi filmlər çəkilmir. Bu gün biz gərək 1918-ci ildə erməni ordusunun Bakını ələ keçirməsi haqqında film çəkək. Bir neçə ay bütün Naxçıvan Ermənistan respublikası olub. Demək olar, bütün Azərbaycanı əllərinə almışdılar. Bu gün deyirlər, türklər gəlib azərbaycanlıları xilas etdilər. Əslində azərbaycanlılar özləri vuruşdular, sadəcə komandanlar Türkiyədən təlim keçmək üçün dəvət edilmişdilər. Onlar da vuruşdular, şəhid oldular, Allah onlara rəhmət eləsin. Amma vuruşan İslam Ordusunun tərkibi böyük əksəriyyətlə azərbaycanlılardan ibarət idi. Bundan başqa, Qobu, Güzdək, Hökməli qoçuları vuruşurdular. Sonra isə Leninin Atatürklə razılaşması nəticəsində ordu Azərbaycanı tərk etdi və icazə verdilər ki, sovetlərin ordusu Azərbaycana girsin. Qızıl Ordunun qarşısında gələnlər türk generalları idi. Ona görə azərbaycanlılar onları ölkəyə buraxdılar. Elə bilirdilər, onlar sülh gətirirlər. Bunları çəkmək lazımdır. Çünki bunları heç kim bilmir.

 

– Son illərdə çəkilən filmlərə baxmısınızmı və fikriniz nədir?

 

– Cavad xan haqqında film çəkilib, “Dolu” filmi nümayiş olunub. Problem ondan ibarətdir ki, müasir filmlərin çəkilməsinə lazım olan vəsait ayrılmır. Yaxud vəsait lazım olmayan filmlərə ayrılır.

 

– Son illərdə “Nabat”, “Axınla aşağı”, “Yarımçıq xatirələr”, “Qisas almadan ölmə” filmləri çəkilib…

 

– “Yarımçıq xatirələr”, “Dolu” filmlərinin müəllifi Elxan Cəfərov çox yaxşı gənc rejissordur. Onun filmlərində maraqlı məqamlar görürəm, tapıram və düşünürəm ki, o, öz üzərində çalışan insandır. İnanıram ki, Elxan Cəfərov gələcəkdə də çox gözəl filmlərə imza atacaq.

 

– “Azərbaycanfilm” kinostudiyası ilə münasibətləriniz necədir?

 

– Kinostudiyanın direktoru Müşfiq Hətəmovla çox gözəl münasibətlərimiz var. Bu yaxınlarda biz nailiyyətlər protokolları imzaladıq. Birgə layihələr həyata keçirmək istəyirik. Bizə Türkiyədən, İrandan, Gürcüstandan, Rusiyadan təkliflər gəlir ki, birgə filmlər çəkək, layihələr həyata keçirək. Amma hər şey maliyyədən asılıdır və məsələlər bu amilə gəlib, dirənir.

 

– Filmlərinizə olan tənqidi fikirləri necə qarşılayırsınız?

– Məsələn, “Xoca” filmində olan səhvləri “Qanlı Yanvar”da buraxmamışam. Tənqid mənim üçün inkişaf mexanizmdir. Söhbət mənim ustad kolleqalarımın tənqidindən gedə bilər. Küçə adamlarının yazdıqları sözlərə qulaq asmıram. Məsələn, Eldar Quliyev film çəkəndə, mən anadan olmamışdım. Onun bir sözü mənim üçün qızıla bərabərdir. “Xoca” filmində bizə irad tuturdular ki, hansısa başqa filmə oxşayan səhnələr var. Onlar kinodan uzaq adamlardır. Kinematoqrafiyada klişelər var: məsələn, öpüşmək səhnələri bütün filmlərdə eynidir. Sadəcə, pozalar, personajlar dəyişir. Bağışlasınlar də, mən başqa cür öpüşməyi bacarmıram, belə çəkmişəm. Bütün müharibə filmlərindən döyüş səhnələri eynidir.

 

– Bəs dramaturji qanunauyğunluq, bölgülərlə bağlı iradlar olurmu?

 

– Yox. Ona görə ki, mən peşəkaram axı. Ssenarinin dramaturgiyası var. Bunlar hamısı çox ciddi sxem əsasında aparılır.

 

– Palanda nə var? Yenə müharibə filmləri olacaq?

 

– Məni axır vaxtlar savaş rejissoru kimi tanıyırlar. İstəməzdim belə olsun. Fikrim var ki, yüngül büdcəli film çəkim. Bir növ istirahət etmək istəyirəm. “Yaddaş”, “Xoca” “Qanlı yanvar” filmləri çox ağır oldu. Neçə-neçə evlər dağıldı, maşınlar yandı, ən azı 100-150 min güllə istifadə etdim. Növbəti filmin ssenarisi yazılıb və bu, müharibə filmi deyil. Daha çox festival filmidir, insanın yaxşı həyatı haqqındadır.

 

– Saytların təbiri ilə desək, “ANS-ATV müharibəsi”ndən danışaq?

 

– Danışaq, heç bir problem yoxdur.

 

– Problemin kökü nədədir?

 

– Sizə deyim ki, mənim ATV ilə çox gözəl münasibətlərim var. Vüqar QaradağlıAzərbaycanda hörmətli olan ailənin nümayəndəsidir. Şəxsən mənim onunla çox yaxın dostluq münasibətim var. Sözün düzü, arada olan məsələləri problem gözündə görmürəm. Bu, müxbirlər səviyyəsində olan anlaşılmazlıqdır. ATV-də gedən çarxla bağlı Gürcüstanda məqalələr çıxanda, təəssüf ki, burada yox idim. Burada olsaydım, ona çox sərt reaksiya verərdim. Çox təəssüf ki, bəzi məmurlar, bəzi media strukturları bu məsələni düzgün qiymətləndirmədilər. ATV həmin çarxı efirdən çox nahaq yerə çıxardı. Mən bunu başa düşmədim. ABŞ-ın “Oskar” və “Qızıl Qlobus” alan bir ekran əsərində prezident kilsəyə gəlib keşişlə İsa peyğəmbər haqqında danışır və icazə istəyir ki, peyğəmbərlə tək-təkbətək qalsın, söhbət etsin. ABŞ prezidenti kilsədə İsa peyğəmbərin heykəli ilə təkbətək qalıb deyir ki, sən məhəbbət satırsan və sənin satdığın məhəbbət mənə lazım deyil. Bir lomba tüpürür İsa peyğəmbərin üzünə. Ondan sonra heykəl yerə düşüb darmadağın olur. Bu film nüfuzlu mükafat alır, xristian dünyası onu nümayiş etdirir. Bundan başqa, digər filmlər var ki, kilsədə seksual azlıqların hərəkətləri göstərilir, keşişlər tərəfindən əxlaqsızlıq olur. Belə olan təqdirdə Gürcüstan keşişinin ATV-yə qarşı danışması nə deməkdir? Bu, siyasət və onların Azərbaycana qarşı mənfi münasibətidir. Hansı ki, “Qəbələ” klubunun oyununda da onlar bunu nümayiş etdirdilər. ANS-in də materialında bu məqamlara toxunulmuşdu ki, Gürcüstan din xadimləri yerlərini bilsinlər. ATV-nin çarxında kinematoqrafik baxımdan heç bir qəbahət yoxdur. Bu, kinodur. Çarxda kilsənin divarına təpik vururlar. Mən kino çəkirəm və göstərirəm ki, insanın üzünə təpik dəyir. Məgər, insanın üzü kilsənin divarından aşağıdır? Yaxud adam götürüb İsa peyğəmbərin üzünə tüpürür. Bu, Amerikanın İsa peyğəmbərə hörmətsizliyi deyil. Bir daha deyirəm ki, ATV-nin o çarxı efirdən çıxarmağının tərəfdarı deyildim.

 

– Bəs qarşı tərəfin cavab materialını necə qarşıladınız?

 

– Təkrar edirəm ki, bu müxbirlər səviyyəsində olan məsələdir. Rəhbər vəzifəli şəxslər bu cür məsələlərə münasibət bildirməməlidir. Bir daha deyirəm ki, mənim Vüqarla çox gözəl münasibətim var, biz bütün tədbirlərdə bir yerdə oluruq. Materialda deyilən sözlər həqiqətdən uzaq sözlər və kin-küdurətə yaxın şeylərdir ki, onlara heç kim ciddi münasibət bəsləməyib.

 

– Vahid müəllim, sizin kanal rəhbəri kimi münasibətiniz sağlam münasibətdir və kino dəyərləri baxımından təqdir olunandır. Amma rəhbəri olduğunuz kanalın əməkdaşının materialı “Tanrıya təpik atmazlar” başlığı ilə efirə verilib.  Deyilir ki, bir kanalın efirində Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı ehtiyatsız rəftar edilib, kanalı gürcülər yox, azərbaycanlılar məzəmmət edə bilər.

 

– ANS-in materialında məhz mənim dediyim kimi Gürcüstana mesaj var idi ki, öz işinizlə məşğul olun. Hörmətsizlik çarx çəkmək deyil, hörmətsizlik məscidin qapısına donuz başı vurmaqdır. Hətta təmiz almanın da üstündə xal tapmaq olur. Hansısa qüvvələr Azərbaycanın mənafeyini qoruyan materialda başqa məqsədlər, tərəflər axtarırsa, tapacaq. Allah onun canını sağ eləsin. Günəşin altında hamıya yer var. ANS üçün nə ANS-in özünün, nə ATV-nin, nə hansısa başqa qurumun mənafeyi maraqlı deyil. ANS üçün maraqlı olan yalnız Azərbaycanın mənafeyidir. Azərbaycanın dövlətçiliyi, torpağı, xalqı… bu üç məfhum uğrunda biz özümüz də ölümə getməyə hazırıq. Və bunu nümayiş etdirmişik. O ki qaldı, süjetdə deyilən məsələlərə, onlar gülməli məsələlərdir. Hamı bilir ANS kimdir, haradan gəlib, hansı yolu keçib. 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website