Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Sefir: "Avropada müeyyen qüvveler Azerbaycanla münasibetlerin inkişafını istemirler" – MÜSAHİBƏ

Səfir: "Avropada müəyyən qüvvələr Azərbaycanla münasibətlərin inkişafını istəmirlər" - MÜSAHİBƏ

16/09/2015

10:18


16.09.2015 / 10:14 xeber –

Azərbaycanın Belçika Krallığındakı səfiri və eyni zamanda Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərovun APA-ya müsahibəsi

 

– Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan qətnamə ilə bağlı mövqeyiniz necədir?

 

– Öncə qeyd etmək istərdim ki, növbədənkənar iclasda Milli Məclis məsələ ilə bağlı öz mövqeyini çıxışlar və qərarın qəbulu ilə ortaya qoyub. Bu sənəddəAvropa Parlamentində baş verən və Aİ-Azərbaycan parlamentlərarası münasibətlərində yaranmış vəziyyətin hərtərəfli təhlili verilib, onun qərar hissəsində konkret tələb, çağırış və tövsiyələr öz əksini tapıb. Aİ yanında nümayəndəliyin başçısı kimi, mən yalnız bir neçə məsələyə aydınlıq gətirə bilərəm.

 

Birincisi, Avropa Parlamentinin məlum qətnaməsi yalnız Azərbaycan üçün deyil, həm də Avropa İttifaqının icraçı qurumları üçün hüquqi əhəmiyyət kəsb etmir. Sənəd tövsiyə xarakteri daşıyır. Ona görə də hüquqi nöqteyi-nəzərdən onunAvropa İttifaqının gündəlik fəaliyyətinə heç bir təsiri yoxdur. Avropa İttifaqının icraçı qurumları (Avropa Komissiyası, Aİ-nin Şurası, Xarici Fəaliyyət Xidməti) qətnamənin icrasını planlaşdırmır. Əksinə, AP-də dinləmələr zamanı Avropa komissarının çıxışına əsasən Aİ Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətində olduğunu bildirib.

 

İkincisi, bu qətnamə Avropa Parlamentinin bütün deputatlarının Azərbaycana olan münasibətini əks etdirmir. Gərgin müzakirələr zamanı AP-nin aparıcı Avropa Xalq Partiyası fraksiyası (Aİ ölkələrindəki xristian-demokratlar) qətnamənin əleyhinə çıxış edib. Səmimi desək, bu fraksiya əvvəllər qəbul edilmiş anti-Azərbaycan qətnamələrinin müzakirəsi zamanı heç vaxt Azərbaycanı dəstəkləməyib. Lakin bu dəfə ilkin qətnamə layihəsini irəli sürən üç kiçik siyasi qrupdan fərqli olaraq, böyük siyasi təcrübəyə malik Avropa Xalq Partiyasının dinləmələr və səsvermə zamanı nümayiş etdirdiyi yetkin mövqe bu qətnamənin qəbulu nəticəsində Aİ-nin Azərbaycan kimi etibarlı tərəfdaşını itirmək təhlükəsindən irəli gəlib.

 

Üçüncüsü, qətnamənin əsas təşəbbüskarı parlamentin kiçik qruplarından biri olan Yaşıllar / Avropa Azad Alyansı qrupudur. Avropa Azad Alyansının üzvləri Aİ ölkələri daxilində separatçı təşkilatların nümayəndələridir. Onlar dəfələrlə Azərbaycanın işğal altındakı ərazilərində olub, orada separatçı rejimin “rəsmiləri” ilə görüşlər keçiriblər. Avropa Azad Alyansı 17 aprel 2015 tarixində “Artsax Demokratik Partiyası” adlanan qondarma təşkilatı özünün üzvlüyünə qəbul edib.

 

– Çox az sayda olan ermənipərəst qrupların fəaliyyəti nəticəsində qətnamənin qəbulu onu deməyə əsas verirmi ki, Avropa Parlamentiermənipərəst təşkilatdır?

 

– Belə deyək: Avropa Parlamentində belə qüvvələrin fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Söhbət yalnız anti-Azərbaycan mahiyyətli qətnamələrdən getmir. Azərbaycan tərəfinin kəskin etirazlarına baxmayaraq, müvafiq deputatların dəvətinə əsasən 2013-14-cü illərdə Bako Saakyan, Ələkrəm Hümmətov (iki dəfə) və vətənimizin şimalında separatçılıq meylləri yaratmağa çalışan ünsürlər (iki dəfə) AP-də keçirilmiş tədbirlərdə iştirak və hətta çıxışlar ediblər.

 

– Qətnamədə Aİ-yə Azərbaycanla “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığa yenidən baxmaq və maliyyələşdirməni kəsmək tövsiyə edilir. Bu, nə dərəcədə realdır? 

 

– Bir daha qeyd etmək istərdim ki, Avropa Parlamentində qəbul edilən sənəd nə Azərbaycan, nə də Aİ-nin Azərbaycanla əməkdaşlıq edən icra qurumları üçün hüquqi öhdəliklər daşımır. Ən əsas məqam isə ondan ibarətdir ki, Azərbaycanın Aİ ilə “Şərq Tərəfdaşlığı” proqramında iştirakı barədə qərarı yalnız Azərbaycan tərəfi verə bilər. Heç kəsin buna şübhəsi olmasın. Bu məsələdə son söz Azərbaycana aiddir.

 

Azərbaycan yeganə şərq tərəfdaşı ölkəsidir ki, Aİ-yə öz sərmayələri, öz genişmiqyaslı layihələri ilə gedir. “Şərq tərəfdaşlığı”nda iştirakından və Aİ tərəfindən asılı olmayaraq, Azərbaycan özünü təmin edən dövlət kimi çıxış edir və hətta digər, o cümlədən bir sıra Aİ dövlətlərinə öz köməyini əsirgəmir. Qətnamədə əks olunmuş bu “hədələr” Aİ-nin özü üçün heç bir pozitiv nəticə verməyən təkliflərdir. Bunu Aİ icraçı qurumları da yaxşı bilir. Mən, Avropa Komissiyası, Xarici Fəaliyyət Xidməti tərəfindən Azərbaycana aid hər hansı mənfi dəyişikliklərin həyata keçiriləcəyini gözləmirəm. Əksinə, Milli Məclisin qərarından sonra Aİ institutları ciddi tədbirlər görməlidirlər ki, Azərbaycan tərəfinin ittifaqla əvvəllər olmuş münasibətlərini tam bərpa edərək ölkəmizin tərəfdaş kimi qoruyub saxlanmasına, bizimlə hərtərəfli (parlamentlər daxil olmaqla) siyasi dialoqun yenidən başlanmasına nail olunsun.

 

– Belə çıxır ki, AP Azərbaycana dair hər hansı obyektiv münasibət bildirməyib?

 

– Avropa Parlamentinin əvvəlki tərkibdə 23 oktyabr 2013-cü il tarixində qəbul etdiyi qətnamədə Azərbaycanın ərazi bütövlüyü, erməni işğalçılarının  Azərbaycan ərazisindən çıxarılması, BMT-nin 4 qətnaməsinə tam dəstək və bir “Şərq tərəfdaşlığı” dövlətinin digərinin ərazisini işğal etməsinin qəbuledilməz olmasına dair xüsusi maddə əks olunub. Bu, Avropa Parlamentinin bütün sonrakı qətnamələrində də öz əksini tapıb. Lakin məhz buna cavab olaraq erməni lobbisi ilə əlaqəli qüvvələr münaqişənin həlli ilə bağlı mövqelərimizi zəiflətmək üçün AP-də müntəzəm olaraq Azərbaycanı insan haqlarını pozan bir ölkə kimi təqdim etməyə çalışırlar. Hazırkı AP tərkibində belə qüvvələrin sayı bir qədər çoxalsa da, sonuncu qəbul edilmiş qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü böyük səs çoxluğu ilə 2015-ci ildə bir daha təsdiqlənib. Bundan hiddətlənmiş adını çəkdiyim qruplar Azərbaycanda “demokratiya problemi”ni yenidən gündəmə gətirməklə məsələnin şişirdilməsinə, onun plenar iclasda təcili dinləmələrlə müzakirəyə çıxarılmasına və səsverməyə qoyulmasına nail olublar. Reallıq ondan ibarətdir ki, heç kəs, beynəlxalq hüquq normalarının tətbiqinin qarşısını süni şişirdilmiş mövzunun müzakirəsi ilə ala bilməz.

 

– Belə bir vəziyyətdə Aİ-Azərbaycan münasibətlərinin gələcəyini necə görürsünüz?

 

– Hazırkı vəziyyətdə Avropada müəyyən qüvvələr var ki, Azərbaycanla münasibətlərin inkişafını istəmirlər. Təsəvvür edin ki, ölkəmizin ticarət dövriyyəsinin 50 faizindən çoxu Aİ üzv dövlətlərinin payına düşür, xarici sərmayənin təxminən 50 faizi Avropa İttifaqından gəlir. Azərbaycan 50 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi ilə Avropa məkanına gedir. İqtisadi cəhətdən belə güclü əməkdaşlığa malik olan dövləti əlbəttə ki, bəzi xarici qüvvələr müəyyən siyasi texnologiyalar vasitəsilə gözdən salmağa çalışırlar. Bunu həm AP qətnamələri, həm müəyyən digər məsələlərlə bağlı şərhlərlə etməyə səy göstərirlər. AP-nin bu  qətnaməsi birinci qətnamə deyil. Azərbaycana qarşı keçənilki AP qətnaməsi 17 sentyabr, yəni Cənubi Qaz Dəhlizinin təntənəli təməlqoyma mərasimindən 1 gün öncə qəbul edilib. Avropa Parlamentində bu il təşkil olunmuş ilk anti-Azərbaycan dinləmələri 12 iyun, yəni Avropa Oyunlarının açılış günündə baş verib. Bunları təsadüf adlandırmaq olar?

 

– Qətnamədə islamofobiya meylləri özünü nə dərəcədə göstərir? Avropada islamofobiya varmı?

 

– Avropada islamofobiya meylləri bu gün, yaxud bu il başlamayıb. Bu proses çoxdan cərəyan edir. Mən Avropada artıq 8 ildir ki, fəaliyyət göstərirəm. Niderlandda səfir işləyərkən, qatı anti-İslam, dinimizi, millətləri təhqir edən irqçi partiya kifayət qədər səs toplayaraq Hollandiya hökumətində təmsil olundu. Bu gün onların rəhbər və təmsilçiləri Avropa Parlamentində təmsil olunurlar. Bu cür meyllər Aİ-nin bir sıra dövlətlərində artıq müşahidə olunmaqdadır – haradasa Niderlandda olduğu kimi, siyasi zəmində, digər yerlərdə ekstremist və kriminal formada. Hazırkı “qaçqınlar böhranı” bu problemi artıq qabarıq şəkildə beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.

Bu gün Aİ ölkələrinin hökumətlərində eşidirik ki, onlar yalnız xristian qaçqınları qəbul edə bilərlər. Təsəvvür edin, aparteidin ləğv olunmasından 25 il sonra Avropada selektiv yanaşma müşahidə edilir. Bu, islamofobiyadır ya yox? Bu o demək deyil ki, Aİ islam dünyasından gələn qaçqınlara yardım etmir, köməklik göstərmir. Lakin “qaçqın böhranı” Avropada kəskin diskussiyalara səbəb olub. Bu proseslər avropalılarda həm ürək yanğısı, humanizm, həm də narahatlıq, qorxu və hətta nifrət hissləri yaradır. Özlərini daim türk və islam dünyasının qurbanı kimi qələmə verən işğalçı qonşularımız bu vəziyyətdən istifadə edərək, Aİ institutlarının ictimai rəyini Azərbaycanın Avropa sivilizasiyasına, Avropa dəyərlərinə məxsus olmadığına yönəltməyə çalışırlar. Avropa Parlamentinin son qətnaməsi sözsüz ki, bu məqsədlər üçün də istifadə oluna bilər. Halbuki, multikulturalizmi, dünyəviliyi, tolerantlığı, dini və mədəniyyətlərarası dialoqu ən yüksək səviyyədə təmin edən Azərbaycanın təcrübəsinin öyrənib tətbiq edilməsi Avropa üçün məhz bu gün böyük əhəmiyyət kəsb edə bilərdi.

 

– Avropa İttifaqını Azərbaycanın xilaskarı kimi təqdim edən fikirlərə münasibətiniz necədir? 

 

– Azərbaycan heç vaxt heç kəsə xilas etmə ilə bağlı müraciət etməyib. Azərbaycan bütün tərəfdaşları ilə, Ermənistan istisna olmaqla, qonşuları ilə, beynəlxalq təşkilatlarla, Aİ, onun institutları, üzv ölkələri ilə bərabərhüquqlu münasibətlər yaratmağa çalışıb. Azərbaycan Aİ ölkələrinə yalnız enerji təhlükəsizliyi məsələsində deyil, terrorçuluq, qeyri-qanuni miqrasiya, ekstremizm, mütəşəkkil cinayətkarlıqla mübarizədə ciddi dəstək göstərir. Belə bir vəziyyətdə, Aİ-nin daxilində mürəkkəb böhran prosesləri getdiyi bir vaxtda, miqrantlarla bağla durumun humanitar faciə səviyyəsinə çatdığı bir halda, fikrimcə, Aİ sınaqdan keçmiş dostları qoruyub saxlamalıdır. Özü də yaxın qonşuluğunda. Azərbaycan Aİ ölkələrinin etibarlı tərəfdaşı kimi artıq sınaqdan keçib. Bu nöqteyi-nəzərdən Avropa özü təhlükəli vəziyyətdə qaldığı bir vaxtda AP tərəfindən qəbul edilmiş qətnamə nə dərəcədə Aİ-nin maraqlarına xidmət edir? Fikrimcə, bunun arxasında Avropanın özünün əleyhinə olan qüvvələr durur. Aİ tərəfdən Azərbaycanın itirilməsi, onunla münasibətlərinin pozulması ehtimalı birinci növbədə Aİ-nin öz marağında deyil. Bu reallığı Aİ-də, xüsusən də onun komissiyalarında, xarici əlaqələr xidmətində anlayan adamların sayı çoxdur. AP-də bunu dəstəkləyənlər də az deyil. Aİ-nin Azərbaycanla münasibətlərinin inkişafına marağı artmaqdadır və bu proses yalnız iqtisadi əlaqələr deyil, həm də siyasi dialoq vasitəsi ilə həyata keçirilə bilər. Lakin, hazırda parlamentlərarası dialoq təəssüf ki, AP tərəfindən yalnız tənqidedici monoloqa çevrilib. Bu yanaşmanı biz heç zaman qəbul etməyəcəyik. Avropa Parlamenti Azərbaycanla konstruktiv siyasi dialoq istəyini konkret əməllərlə nümayiş etdirəcəyi halda, Azərbaycan Aİ ilə, Aİ-nin bütün institutları ilə yalnız və yalnız bərabərhüquqlu əlaqələrə zəmin yaradan münasibətləri bərpa və inkişaf etdirməyə hazır ola bilər.

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles