Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Lap uzaqlarda qadın sesine oxşayan körpe çığırtıları eşidilirdi…” – ƏSİR DÜŞƏRGƏSİ

“Lap uzaqlarda qadın səsinə oxşayan körpə çığırtıları eşidilirdi...” – ƏSİR DÜŞƏRGƏSİ

16/09/2015

12:56


16.09.2015 / 12:51 xeber –

“Bu gün saat dörd tamamda bütün hərbçilər güllələnəcək”

“Əsir düşərgəsi”nin budəfəki sayında Xocalı sakini Nadir Hümbətovun hekayəsi ilə tanış olacaqsınız.

 

***

 

Goranboydayam…

 

Ağcakənddə “Əsir düşərgəsi” üçün müsahib axtarıram. Qəsəbənin küçələri bomboşdur. Tək-tük adamla rastlaşarsan.

 

Belə olanda iş çətinləşir…

 

İstidən öləzimiş ağaclar, kollar, cadar-cadar olmuş torpaq dil açsaydı, mənə çox şey danışardı…

 

Qəsəbə erməni tapdağından 1992-ci ildə azad edilib. Burada özünü güclü hiss edirsən: işğaldan qurtulmuş torpağın üzəriylə yeriməyin verdiyi fəxarət hissi heç nə ilə əvəz oluna bilməyən fövqəladə bir duyğudur. Qürurla, xəcalət çəkmədən addımlaya bilirsən…

 

Günün qızmar vaxtıdır. Qarşıdakı mağazaya daxil olub su istəyirəm. Məlum olur ki, burada bizim alışdığımızdan fərqli bir həyat yaşanır. Evlərin qapılarına nə qıfıl vurulur, nə də mağazalarda su satılır. Kim susasa, qarşısından keçdiyi həyətin qapısını ərklə aralayıb, su istəyə bilər. Ona görə də sualıma da sualla cavab alıram:

 

– Bakıdan gəlmisiniz?

 

– Bəli.

 

– Qonağa oxşamırsınız, işlə bağlı gəlmisiniz?

 

– Girovluqda olmuş xocalıları axtarıram.

 

– Hə, bu dəqiqə… – Yaşlı satıcı özünü küçəyə atıb əlini bir az aralıda, məktəbin qarşısındakı ağaca sarı uzatdı:

 

– Deee, elə biri oturub orda. Nadir, ay Nadir! Bakıdan gəliblər, Xocalıda girov düşənləri axtarırlar…

 

***

 

Camaatın səs-küyünü helikopterin uğultusu uddu. Havaya qalxan toz-torpağın içində göz-gözü görmürdü. Günlərdir qız-gəlini, körpələri, yaşlıları Xocalıdan çıxartmağa çalışan hər kəs onu gözləyirdi. Yerə enməsi ilə adamların ona tərəf qaçmağı bir oldu.

 

Heç bir yerdən kömək gəlməyən, hamının unutduğu xocalılar əsrin ən amansız qətllərindən birinin baş verəcəyini hiss edirmiş kimi necəsə helikopterə minib xilas olmağa can atırdılar. Bu, əsl yaşamaq uğrunda mübarizə idi, hamı xilasını o dar, balaca qapıdan içəri keçməkdə görürdü. Heç on dəqiqə çəkmədi ki, helikopter dolub, havaya qalxdı.

 

Doğmasını göndərə bilənlər əllərini göyə açıb, “bu dəfə ermənilər helikopteri vurmasınlar” deyə dua edir, bu dəfə də minə bilməyənlər nalə çəkib hökuməti söyürdülər: “Bizə niyə yiyə duran yoxdur? Bir belə adama bir helikopter göndərərlər?”

 

Hümbətov qardaşları diqqətlə helikopterə minə bilməyənlərə göz gəzdirib, dərindən nəfəs aldılar. Valideynlər, bacılar, gəlinlər və uşaqlar hamısı xilas ola bilmişdi. İndi dörd qardaş rahatca, evdən nigaran qalmadan Xocalının müdafiə batalyonunda xidmət edə biləcəkdilər.

 

Vaxt itirməyib, geri dönmək istəyirdilər ki, bir nəfərin qucağındakı körpəni göstərib, – bu  uşaq kimindir ortalıqda qalıb, – deyə soruşduğunu gördülər.

 

Dördü də birdən səsləndi:

 

– Məhəbbət!

 

Məhəbbət anası Hicranın qucağında idi. Hadisəni görənlər deyirdi:

 

– Hicran uşaq qucağında helikopterə minmək istəyəndə basabasda kimsə özünü irəli atdı və qismət… O ana ilə balanın arasından keçdi… Hicran “yavaş, uşaq var” deyərək helikopterin qapısına tərəf yıxıldı, Məhəbbət isə qapıya yaxınlaşa bilməyən dəstənin içinə düşdü. Hicran ayağa qalxmağa macal tapmamış, arxasındakılar onu itələyib, özləri ilə birlikdə helikopterə mindirdi.

 

Hicran “balam, oğlum qaldı, saxlayın, mən düşürəm” qışqırarkən helikopter artıq havaya qalxmışdı…

 

***

 

İndi Hümbətov qardaşlarının hər gün biri evdə qalıb, Məhəbbətə baxır, qalanları isə özünümüdafiə batalyonunda xidmət edirdilər. Onlar qısa zamanda uşaq yedirməkdən tutmuş, çimizdirməyə qədər hər şeyi öyrənmişdilər.

 

Həmin gecə Məhəbbətə baxmaq növbəsi Nadirin idi. Nadirin iyirmi bir yaşı var idi. Bir il idi ki, Rusiyada hərbi xidmətini başa vurub qayıtmış, ailə qurmuşdu. Bir neçə aya ata olacaqdı. Müharibənin insanlara ən gözəl duyğuları unutdurduğu bir vaxtda Məhəbbətlə keçən hər gün Nadirin ümidini üzməyə qoymurdu.

 

Axşam təxminən saat onu keçmişdi, Nadir nə qədər yatırmağa çalışsa da, Məhəbbət yuxuya getmirdi. Nadir onunla elə ciddi danışırdı ki, baxan elə bilərdi ki, yaş yarımlıq körpə ilə yox, tay-tuşu ilə söhbət edir:

 

– Kişi bala, sən o vaxt elə yaxşı eləyib burada qaldın! Düz elədin, vallah! Sən kişisən, kişilərlə qalıb, döyüşməlisən! Amma sən Allah, indi yat, yatmaq vaxtıdır! Bax, əlimizdə əlacımız olsa, biz də yatardıq… Yatmaq vaxtıdır axı! Yoxsa bu soyuqda, qarda, qiyamətdə ayrı neyləmək olar?

 

Məhəbbət Nadirin sözlərindən nə başa düşdüsə, bərkdən güldü. Nadir barmağından bərk-bərk yapışan uşağın əllərindən öpüb, pıçıldadı:

 

– Əmi sənə qurban! Sən olmasan bu bomboş evdə necə yaşayardıq? Qu deyirsən, qulaq tutulur…

 

Elə bu vaxt darvaza zərblə açıldı:

 

– Ay Nadir, tez ol, komandir çağırır! Ermənilər şəhərə girir, dörd tərəfdən mühasirədəyik! Daha çox döyüşçüyə ehtiyacımız var!

 

– Bu dəqiqə uşağı nənəsinə verib, gəlirəm!

 

Nadir bir göz qırpımında sırıqlısını geyinib, Məhəbbəti və silahını götürüb evdən çıxdı.

 

Hicranın anası Mələk arvad bir xeyli aralıda yaşayırdı. Nadir bu yolu necə qaçdı, bilmədi. Uşağı nənəsinə verib, posta yollandı.

 

***

 

Qüvvələri bərabər olmasa da, səhərə qədər döyüşdülər. Səhərə yaxın isə şəhəri tərk edib, Kətik meşəsinə çəkilməli oldular. Meşədə rastlaşdığı tanışlardan uşağı soruşurdu. “Mələk xala bizdən bir az qabaqdadır, qucağında uşaq var” dedilər. Hər şeydən, hətta qardaşlarından da əlini üzən Nadir, qarın içi ilə irəli qaçırdı.

 

Onları tapanda yaşlı, halsız Mələk arvad Məhəbbəti qucağında güclə saxlayırdı…

 

Meşədə gəzib, xilas olmaq üçün yol axtarırdılar. Hara getsələr qan içində çabalayan yaralılara, meyitlərə rast gəlirdilər. Uşaqlarını bu dəhşətdən uzaq tutmağa çalışır, ağlamamaqları üçün onların başını qatırdılar. Dəfələrlə uşaq səsini eşidən ermənilərin hücum edib atəş açdıqlarını, sağ qalanları isə əsir götürdüklərini görmüşdülər. İndi mümkün qədər sakitliyə riayət edib, Ağdama gedən yolu taparaq, necəsə ermənilərə bəlli etmədən oradan keçməli idilər. Amma aralarında heç kim Ağdama gedən yolu tanımırdı. Hamı təxmin edirdi, dəstə ilə həmin istiqamətə gedir, ermənilərin məskunlaşdığı kəndlərə yaxınlaşdıqlarını görüb, geri qayıdırdılar. Artıq iki gün idi ki, gecə, gündüz demədən yol gedirdilər. O qədər yorğun idilər ki, ayaqları bir-birinə dolaşırdı. Kişilərdən biri dilləndi:

 

– Onsuz da hara gedirik, axırda yenə də eyni yerə gəlib çıxırıq. Erməniyə rast gəlsək, qaçmağa heyimiz də qalmayıb. Qarda da yatsaq, donub öləcəyik. Qar az olan yer görsək, bir az uzanıb dincələk. Yoxsa taqətdən düşən ayaqlarımız özü bizi aparıb düşmən qapısına çıxardacaq…

 

Rastlaşdıqları yarğana az qar düşmüşdü. Fürsətdən istifadə edib, burada dayandılar. Nadir Məhəbbəti soyuqdan qorumaq üçün sinəsində gizlədib, uzandı. Körpəni qucaqlayan kimi yuxuya getdi…

 

***

 

Bir əl Məhəbbəti onun qucağından çəkib alanda yuxudan dik atıldı. Məhəbbət ağlayırdı. Hər şey bir göz qırpımında baş verdi. Nadir ağzını açmağa imkan tapmadı, hərbi geyimli adamlar dubinka ilə onu döyməyə başladılar. Yarğandan körpə çığırtısı ilə kişi qışqırıqları ucalırdı.

 

Bir az keçmiş qışqırıqlar zarıltı ilə əvəz olundu. Sonra zarıltılar da kəsildi. Ölənlər ölmüşdü, ölməyənlər isə ölümünü gözləyib, susmuşdular. Hətta körpələr belə kirimişdi. Uzaqdan yarğanın ətrafındakı yaralıların səsi gəlirdi. Lap uzaqlarda isə daha çox qadın səsinə oxşayan körpə çığırtıları eşidilirdi…

 

***

 

İşgəncədən üz-gözü partlayan girovlar əlləri boyunlarının arxasında, bir neçə erməni hərbçinin qarşısına düşüb addımlayırdı… Qarın çox olduğu yerlərdə gedə bilməyib yıxılanlar ayağa qalxana qədər avtomatın qundağı ilə döyülürdü…

 

Ətrafa səpələnmiş meyitlər elə görkəmdə idilər ki, girovlar insanların işgəncələrə dözməyib öldüyünü, yoxsa bu əzabların meyitlərin başına gətirildiyini müəyyən edə bilmirdilər.

 

Meyitlərin arasında qonşuları, qohumları, dostları, hətta bəzilərinin sevib hələ ürəyini aça bilmədiyi qızlar var idi… Əsirliyin ilk saatlarında hətta tanımadıqları meyitlər də o qədər doğma idi ki…

 

Hərbçilər tanınmaz hala düşmüş meyitlərin arasında qürurla addımlayırdılar. Hətta girovları aparan dəstəyə rəhbərlik edən erməni meyitləri təpikləyib, öldüklərindən əmin olandan sonra yanlarından keçib gedirdi.

 

Üç yaşlarında bir qız uşağı meyitlərdən birinin yanında oturub, durmadan eyni sözü təkrarlayırdı:

 

– Ana, qalx, qalx gedək… Ana, qalx, qalx gedək…

 

Həmin hərbçi meyitin qarşısında dayanıb, uşağa baxdı. Soyuqdanmı, qorxudanmı donmuş körpə, gözlərini anasının bədəninin açıq yerlərinə zilləyib, təkrar edirdi:

 

– Ana, qalx, qalx gedək…

 

Onun dayanması ilə o biri hərbçilər də ayaq saxladı. Hərbçi uşağın artıq heç nə ifadə etməyən sifətinə baxıb qışqırdı:

 

– Bunu hansı şərəfsiz edib?!

 

Hamı susdu. Bu sakitlikdə körpənin təkrar-təkrar dediyi sözlər aydın eşidilirdi:

 

– Ana, qalx, qalx gedək…

 

Hərbçi qəzəblə əsgərlərin üstünə bağırdı:

 

– Bu gün biz bu meşədə türklərin min il sonra da unuda bilməyəcəyi bir tarix yazırıq! Hansısa şərəfsiz isə belə gözəl türk qızını burada atıb gedir. Belə gözəli əldən verərlər? Götürün!

 

Hərbçilərdən biri yaxınlaşıb, qızcığazı qucağına aldı. O, hərbçinin qucağında da yerdə büzüşüb oturduğu kimi qalmışdı. Ayaqları, əlləri bükülü qalan qız, yenə eyni sözləri təkrarlayırdı:

 

– Ana, qalx, qalx gedək… Ana, qalx, qalx gedək…

 

***

 

Girovlar Kətik meşəsindən çıxıb, Naxçıvanik kəndinə girdilər. Nadir gözlərini Məhəbbəti aparan hərbçidən çəkmirdi. Uşaq sakitcə gözlərini qan qarışmış qara zilləmişdi. Hərbçi isə körpəni bir əşya kimi qoltuğuna vurub addımlayırdı.

 

Xeyli getdikdən sonra onları böyük bir pəyəyə saldılar. Hərbçilərdən biri qapının qarşısında dayanıb, yaxınlaşanları bir-bir içəriyə itələyirdi. Nadir üzü üstdə yıxıldı. Məhəbbəti gətirən hərbçi yaxınlaşıb onu Nadirin üstünə atdı:

 

– Al, zibilini!

 

Qalxıb ətrafına baxanda, buranın Xocalı camaatı ilə dolu olduğunu gördü. Qadın, kişi, yaşlı, uşaq, yaralı, ayaqları don atan, havalanan… hamı bir-birinə qarışmışdı.

 

Bir əl yerdə atılıb qalan Nadirə tərəf uzanıb, Məhəbbəti sığalladı:

 

– Can ay bala, nənən ölsün, səni də bura gətirdilər…

 

Yerindən qalxmağa halı olmayan Mələk arvad sürünərək onlara yaxınlaşmışdı…

 

***

 

Yaralıların zarıltısı, qadınların ah-nələsi, ac uşaqların çığırtısı kəsilmirdi. Qapılar qəfil açılır, erməni hərbçiləri içəri daxil olub uşaq, qadın demədən tapdayaraq, kişiləri seçib bayıra çıxardırdılar. Az sonra qışqırıq, çığırtı səsləri ucalırdı… Bəzən güllə səsi də eşidilirdi. Qadınlar səslərin arasından ərlərinin, oğullarının, qardaşlarının səsini ayırd etməyə çalışırdı.

 

Bir azdan qapı yenidən açılır, üz-gözü qana bulaşmış kişiləri sürüyüb içəri atırdılar. Qadınlar öz kişilərini axtarıb tapmağa macal tapmamış, onları sürüyüb pəyədən çıxardırdılar. Onlar doğmalarının qanı axıb bulaşdığı yerləri silib təmizləməli idilər…

 

Qadınlar qanları yuya-yuya qoxulamağa çalışır, sanki bu qanın qoxusundan onun kimdən axdığını, az əvvəl burada kimin öldürüldüyünü biləcəklərini sanırdılar…

 

***

 

İki gün sonra içəri girib hərbçi geyimində olanları seçməyə başladılar. Nadiri də sinəsindən dartıb, pəyədən çölə itələdilər. Nadir Məhəbbətin başını sırıqlısının içinə salmışdı ki, onu itələyib yıxanda, körpənin başı zədələnməsin.

 

Bir hərbçi Məhəbbəti onun əlindən alıb qışqırdı:

 

– Uşağı qaytar yiyəsinə!

 

– Onun məndən başqa heç kimi yoxdur!

 

– Ola bilməz, qaytar uşağı!

 

Nadir geri dönüb qapının arasından güclə nəfəs alan, gözlərini yerdən qaldıra bilməyən Mələk arvada baxdı. Gördüklərinə, yaşadıqlarına gücü çatmayan yaşlı qadın ölümcül idi.

 

– Heç kəsi qalmayıb. Bundan sonra ölsə də mənimlə öləcək, qalsa da.

 

Erməni hərbçi Nadirin çiynindən çəkib, maşına tərəf itələdi:

 

– Bu türkü sürüyüb atın maşına. Sonra da bu küçüyü verin qucağına – deyib, uşağı da əsgərlərə doğru atdı.

 

Üç əsgər geyimli Xocalı sakini və Məhəbbət olan UAZ yerindən tərpəndi. Təxminən beş kilometr yol getmişdilər ki, maşın dayandı. Ermənilər öz aralarında mübahisə edirdilər:

 

– Sən necə benzinin olmadan yola çıx bilirsən? Bilmirsən ki, dörd tamamda Dəhrazda olmalıyıq?

 

– Mən hardan alım benzini? Qurtardı də! Kral ailəsinə qonaq aparmırsan ki, olmasın dörd, olsun beş!

 

– Axmaq! Bu gün saat dörd tamamda Dəhrazda girovların içindəki bütün hərbçilər güllələnəcək. Bu zibilləri də dörd üçün ora çatdırmalıyıq!

 

– Onda niyə vaxt itiririk? Piyada da olsa, çatmalıyıq! Madam ki, bu zibillər öləcək, yanacaqla dəyişə bilməyəcəyik, heç onlara görə benzin sərf etməyə də dəyməz.

 

– Düz deyirsən! Biz hələ müharibəyə indi başlamışıq, qarşıda yanacağa çox ehtiyacımız olacaq!

 

Maşından enib, getməyə başladılar. Hər iki ayağı don atan Nadirin qollarından tutub, sürüyürdülər. Hərbçilərdən biri Məhəbbəti qoltuğuna vurub, zümzümə edə-edə irəliləyirdi…

 

***

 

Dəhrazda bir donuz fermasının qapısını açıb, onları içəri itələdilər. Qapılar örtüldü. Burda saxlanılan girovlar üzüütə yıxılan adamların üstünə qaçıb, kim olduqları ilə maraqlandılar…

 

Nadirin qayınatası Məhəmməd də burada idi:

 

– Kim var, kim yox, Məhəmməd əmi?

 

– Arvadla ikimiz idik, bala… Onu meşədə vurdular… Ay bala, ayağın nə gündədir… Məmməd həkim də buradadır, yazığın əlləri donub, amma dişi ilə yaralarımızı soyub sağaldır. Dayan, çağırım, sənin də ayağına baxsın…

 

Məmməd həkim Nadirin uzunboğaz çəkmələrinin ipini kəsib, ayağından çıxardanda, Nadir güclə soruşdu:

 

– Görən saat neçədi?

 

Məmməd həkim istehza ilə gülümsədi:

 

– Burada saat lazım olmur…

 

– Bizi gətirənlər dedilər ki, dörd tamamda Dəhrazda hərbçi geyimində olanları yığıb güllələyəcəklər…

 

– Onda beşə işləyib. Hardasa on beş dəqiqə əvvəl hamısını seçib apardılar… Düz on dörd nəfəri apardılar… Deey, o üzünü cırıb ağlayan anaların hamısının oğlunu apardılar…

 

Gecikmişdilər…

 

***

 

Dəhraza gətirildiklərinin ikinci günü bir hərbçi içəri girib elan etdi:

 

– Belə qərara gəlmişik ki, sizi buraxaq! Onsuz da bizə bir xeyriniz yoxdur! Boş yerə odun yandırırıq, yemək, çay veririk. Erməni xalqı sizə öz qonaqpərvərliyini, böyüklüyünü bu qədər göstərdi, kifayətdir! Azadsınız!

 

Oxucular Dəhrazda girov saxlanılan Arif dayının hekayəsindən onların necə qaytarıldığını bilir…

 

***

 

Yaxınlarından xəbər çıxmayan insanlar girovların gətiriləcəyini eşidib, Ağdamın Abdal Gülablı kəndinə toplanmışdılar. Hamı insan selinin arasında öz doğmasını axtarırdı…

 

Son gücü ilə Məhəbbəti qucağına sıxmış Nadiri qarşılayan qaynı ona qardaşlarının sağ-salamat gəlib çıxa bildiklərini, günlərdir Ağdamda girovların və meyitlərin arasında Nadirlə Məhəbbəti axtardıqlarını dedi…

 

Ağdam xəstəxanasında həkimlər Nadirin barmaqlarını kəsmək lazım olduğunu deyəndə, o israrla etiraz etdi:

 

– Mən hələ döyüşə yollanacağam! – deyirdi…

 

Aylarla xəstəxanada yatmalı oldu… Barmaqları kəsilmədi, amma bu günə qədər də hər qış gələndə, qar yağanda ayağının həmən donmuş yerləri suluq atır…

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles