Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Besti Ceferova: “Çirkin kampaniyanı Nureddin Mehdixanlı teşkil edir” – MÜSAHİBƏ

Bəsti Cəfərova: “Çirkin kampaniyanı Nurəddin Mehdixanlı təşkil edir” - MÜSAHİBƏ

16/09/2015

13:20


16.09.2015 / 13:17 xeber –

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Bəsti Cəfərovanın APA-ya müsahibəsi

 

– Bəsti xanım, Nurəddin Mehdixanlı müsahibəsində sizin də adınızı narazılar arasında çəkib. Bir müddət əvvəlki müsahibənizdə teatrdakı yaradıcılıq prosesindən razılıq edib demişdiniz ki, direktor İsrafil İsrafilovun fəaliyyətini təqdir edirsiniz. Bu, mövqe dəyişikliyidir?

 

– Əvvəla, mənim adımın narazılar içərisində çəkilməsi cəfəngiyatdır. Bir müddət öncə mən öz mövqeyimi açıq-aşkar bildirmişəm. Bütün bu kampaniyalar teatrımızın uğurunu həzm edə bilməyən adamların mənasız qalmaqal yaratmaq cəhdləri, əsassız iftiralarıdır.

 

– Akademik Milli Dram Teatrı ətrafında söz-söhbətlər səngimək bilmir. Səbəb nədir?

 

– Bu gün Akademik Milli Dram Teatrında sözün əsl mənasında yaradıcılıq prosesi gedir. Yaradıcılıqla məşğul olmaq istəməyən, ifa texnikasını, oyun prinsiplərini yeniləməyi bacarmayan ətalət basmış adamlar köhnəldiyini hiss edir və bununla heç cür barışa bilmirlər.

Dövlət başçısının Sərəncamı ilə təsdiq edilən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı Azərbaycan teatrının inkişafına imkanlar açır. Amma həmin prosesləri ləngitmək istəyirlər. Yeniləşmək istəməyənlər həmin proseslərə qənim kəsilirlər.

 

– Bir az konkret danışaq…

 

– Sadəcə, belə adamlar əvvəlki rahat mövqelərini itirməkdən qorxurlar. Ənənə hesab etdikləri və çağdaş estetik meyarlara cavab verməyən oyun tərzinin gərəksizliyini yaxşı başa düşürlər. Başa düşürlər ki, meydana yeni teatr düşüncəsinin praktik daşıyıcıları olan nəslin gəlməsi onların mövqeyini laxladır, ona görə də ən bədxah əməllərə, iftira və böhtanlara əl atırlar. Ümumi danışmaq istəmirəm. Söhbət konkret olaraq, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlıdan gedir. Çünki teatra qarşı olan çirkin kampaniya onun tərəfindən təşkil olunur.

 

– Nurəddin Mehdixanlının teatrın rəhbərliyinə qarşı radikal mövqeyinin səbəbi nədir?

 

– O aktyor qorxur, çünki köhnəldiyini, əvvəlki bacarığını itirdiyini etiraf etmək asan iş deyil. Həmişə qürrələndiyi ifa tərzinin artıq işə yaramadığı həqiqəti ilə barışmaq ona ağır gəlir. Sırf psixoloji qatda yaşadığı tərəddüdlər təklikdə və həmkarlarının əhatəsində ağrılı təəssüflərlə keçir. Ona görə də yeganə çıxış yolu kimi ancaq hər şeyi qaralamaq, hətta sənət yoldaşlarının belə səhnə işlərinin üstündən xətt çəkməklə yüngülləşməyə çalışır. Nurəddin Mehdixanlı tamaşaları uğursuz, aktyorları istedadsız elan edir, görülən işlərə səviyyəsiz möhürlər vurur. O adam hətta dünyasını dəyişmiş insanın adı ilə də möhtəkirlik etməkdən çəkinmir. Bütün hay-küylər, bağırtılar gülünc ittihamlar, məhz həmin qorxudan törəyir. Aktyor sözünü səhnədə deməli, mövqeyini, hünərini səhnədə göstərməlidir. Bu aktyor bunu bacarmadığı üçün dil pəhləvanlığını saytlarda nümayiş etdirir. Onun son illərdəki rolları ədəbi cəhətdən zəngin olsa da, ifaçılıq baxımından naqis və bəsitdir. Hər kəs onun ifasındakı ştampları, açıq-aşkar köhnəliyi yaxşı bilir.

Hüseyn Cavidin qəhrəmanı Əmir Teymuru, Samuel Bekketin Kreppini uğurlu rejissor yozumlarını pozub primitiv oynadı. “Oliqarx” tamaşasındakı ifasında isə  özfəaliyyət səviyyəli çıxışı ilə həvəskar aktyor təsiri bağışlayırdı. Təkəbbürü yerə-göyə sığmayan bu aktyor səhnə ilə həyatı qarışıq salıb. Bu adam indi “həqiqətpərəst” rolunu oynamağa cəhd edir. Amma bunu da son rolları kimi qeyri-peşəkar səviyyədə edir.

İlham Əsgərovun ölümü hamımızı sarsıtdı. Amma məni daha çox sarsıdan İlham Əsgərovun ölümünün şouya çevrilməsi cəhdləri oldu. Nurəddin Mehdixanlı mərhum aktyorumuzun ölümü ilə də spekulyasiya etməyə, onun əziz xatirəsini çirkin oyunlarının alətinə çevirməyə cəhd edir.

Guya İlham dünyasını dəyişən gün mənimlə Ramiz Novruz qırmızı geyinmişik. İnsan nə qədər prinsipsiz olmalıdır ki, belə bir dezinformasiyanı yaysın. İlham bizim düşmənimiz idi? Biz İlhamla birlikdə təhsil almışıq, uzun illər sənət yoldaşı olmuşuq. Belə şeylər məni incidir və danışmağa məcburam.

Çirkin iftiralar atmaq, suyu bulandırmaq üçün sənətkara və kişiyə yaraşmayan bütün alçaq vasitələrə əl atan, populist çıxışlarla, onun-bunun evinə zəng etməklə özünə havadar axtaran bu adamın sənət yoldaşının ölümündən də istifadə etmək, şou yaratmaq cəhdləri göstərir ki, onun üçün heç bir mənəvi dəyər mövcud deyil. Əslində, onun bu cür hərəkətləri teatrda nifaq salmağa, düşmənçilik yaratmağa, yaradıcılıq ahəngini pozmağa xidmət edir. Məni ən çox hiddətləndirən məqam odur ki, belə ucuz hərəkətlərlə o, tək özünü yox, bütünlükdə teatr sənətini nüfuzdan salır.

 

– Yəni Nurəddin Mehdixanlının narazılığının kökündə şəxsi motivlər dayanır?

 

– Bəli, Nurəddin Mehdixanlının bütün çirkin əməllərinin kökündə onun pozuculuq fəaliyyəti dayanır. Teatrın uğurlarını görmək istəməyən, hər şeyi qara rəngdə təqdim edən, məlumatsız auditoriya qarşısında teatrın təəssübkeşi rolunu oynayan bu adam əslində, teatrın fəaliyyətini pozmağa cəhd etməklə dövlətin mədəniyyət siyasətini pozmağa çalışır. Amma təbii ki, bunların hamısı xam xülyadır.

Azərbaycan teatrında böyük nüfuz sahibi olan rejissor Azər Paşa Nemət teatrımıza bədii rəhbər-baş rejissor təyin edilib. Bir zamanlar teatrın baş rejissoru olmadığını əlində bayraq edən Nurəddin Mehdixanlı yenə də öz pozuculuq fəaliyyətindən əl götürmür. Bu dəfə o, gündəmdə qalmaq, suyu bulandırmaq üçün başqa bəhanələr axtarır. İyrənc əməllərini həyata keçirmək üçün gah sənət yoldaşlarının adından istifadə edir, gah aktyorları bir-birinə qarşı qoyur, gah əlaltıları vasitəsi ilə ictimai rəyə dezinformasiyalar təsir etməyə çalışır, gah da sənət yoldaşının ölümünü şou predmetinə çevirir.

Maraqlıdır, doğrudanmı, çayxana populizmini ağıllı fikir çələngi hesab edir bu aktyor? O, ötən illər ərzində inkişafdan qalıb və sürətlə ötən zamanın yeni ahəngini qavraya bilmir. İşlədiyi teatra, onun sənətçilərinə, qazanılan uğurlara düşmən münasibəti bəsləyir. Əslində, bu aktyor susmalıdır. Səbəbi özünə də bəllidir, başqalarına da. İllərlə onun eyiblərini ört-basdır edib, ictimai rəydən gizlətməyə çalışan teatr kollektivinə qarşı çıxır.

Qəribədir, sərhədlərimizdən bir metr o yana kimsənin tanımadığı bu aktyor, dünyanın neçə-neçə ölkəsində tanınan və ölkəmizin layiqli teatr mütəxəssisi kimi dəyərləndirilən bir sənət və elm xadiminə ədəbsiz istehzalar edir. Uzun illər boyu neçə-neçə tamaşada tərəf-müqabil kimi çalışdığı, dost adlandırdığı, həmkarlarının rejissor qismində müstəqil tamaşa hazırlaması onda açıq-aşkar paxıllıq hissi yaradır. Görünür, burada düşüncə və tərbiyə qıtlığı özünü göstərir. Bəzi müsahibələrində az qala, hökumət adamlarına da teatra kimi rəhbər təyin etmək barədə məsləhətlər verir, naşı olduğu məsələlər barəsində “müdrik” mülahizələr söyləməyə cəhd edir. Heç vaxt yaddaşından şikayət etməyən bu aktyor başqalarına aid olan hər şeyi eşələyib axtarıb, tapıb, xatırladığı halda, özü ilə bağlı hadisələri, nədənsə, “unudub”, xatırlamır.

 

– Özü ilə bağlı məsələlər deyəndə nəyi nəzərdə tutursunuz?

 

– Teatra gəldiyi dövrü, xidməti qapını kəsdirən borcluların əlindən arxa qapıdan necə qaçdığını, teatrdan necə çıxarıldığını, sonralar həmin teatra kim tərəfindən, hansı şəraitdə işə qəbul olunduğunu, əvvəllər qarşısında müti dayandığı adamlara qarşı sonralar nankor ədəbsizliklərini, içkili halda törətdiyi əməlləri, həmkarlarını indi bəyənmədiyi müdiriyyətə necə pislədiyini, sifarişlə ona-buna qarşı “alovlu” çıxışlarını, kiməsə bir vaxtlar “Ulu Xaqan” deyib, qarşısında ayaq üstə durub, sonra arxasınca hədyanlar söylədiyini, tez-tez mövqeyini dəyişdiyini, boğazdan yuxarı irad etdiyi nitqlərini, lazım gələndə qatığa qara dediyini “unudub”. Onu da unudub ki, bütün bu olayların canlı şahidləri bu gün onunla bərabər teatrda çalışır. Əgər istəsə, həmkarları onun yaddaşını təzələyə bilərlər.

Milli teatr mədəniyyətimizin, o cümlədən Akademik Milli Dram Teatrının təəssübünü çəkən minlərlə teatrsevərdə onun hazırkı inkişaf tempinə, qazanılan uğurlarına namərdcəsinə xor baxılması ikrah hissi oyadır. Bu aktyorun teatrın son illərdəki fəaliyyətinə bu sayaq diş qıcamaları acı təəssüf doğurur.

 

– Nurəddin Mehdixanlı deyir ki, İsrafil İsrafilov direktor kimi yerində deyil…

 

– İsrafil İsrafilovun uzun illik pedaqoji, elmi, idarəetmə təcrübəsi bəhrəsini verməkdədir. Bunu görməmək mümkün deyil, dəyərləndirməmək nankorluqdur. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi İsrafil İsrafilovun teatr direktoru kimi fəaliyyətinə müsbət münasibətini bildirib.

Odur ki, aktyorun sırf peşə ilə məşğul olmaqdansa, çalışdığı kollektivin fəaliyyətini ləkələmək cəhdləri onun özünü hörmətsiz edir. Onun səhnədən gəlməli olan səsi sayt səhifələrindən gəlir. Hər bir müəssisə və təşkilatın daxili problemləri olur. Amma həmin problemləri şişirtməyi, xəstə hikkə ilə ictimai fikrə sırımağı özünə sığışdırmağa hər kəsin vicdanı yol verməz.

 

– Bəsti xanım, son vaxtlar yaranan vəziyyətlə bağlı adınız tez-tez hallanır. Qalmaqalla gündəmə gəlmək necə hissdir?

 

– Mən bir sənətçi kimi sözümü səhnədə deməyə öyrəşmişəm. Sənətdə olduğum 37 ildə heç vaxt qalmaqallarla gündəmə gəlməyə çalışmamışam. Amma son zamanlar mənə qarşı təzyiqlər, hücumlar artıb. Susduqca görürəm ki, haqqımda daha çox həyasız iftiralar yayırlar. Gah mətbuatda haqqımda “istedadsız” dedilər, gah tamaşa hazırlamağımı az qala, Azərbaycan teatrının bütün problemlərinin səbəbi kimi təqdim etdilər. Gah dedilər ki, mən gənclərə paxıllıq edirəm, guya kiməsə ayaqqabı atmışam. Bu iftiraların sayını artırmaq da olar…

Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu kimi xalq nağılları əsasında uşaq tamaşası hazırlayıb 10 istedadlı gənc aktyoru teatra qazandırdım. Hazırda həmin gənc tələbə-aktyorlardan bir çoxu teatrın müxtəlif tamaşalarında məşğuldur.

Görəsən, gənc aktyorlara dəstək olmaqla, kömək etməklə cinayətmi etdi Bəsti Cəfərova? Görəsən, həmkarlarının əldə etdiyi nailiyyətləri görməkdən niyə qorxur bu aktyor? Görəsən, gözəl işlərin xoş əks-sədası altında niyə əzilir?

 

– Özünüz bu suallara cavab verə bilərsiniz?

 

– Bu suallara dəqiq cavab vermək üçün gərək ya psixoloq, ya da psixiatr olasan. Bir rəvayəti xatırlayıram. Qədimlərdə bir vilayətdə qız və oğul övladı olan bir kişi yaşayırmış. Namuslu, müdrik olan bu kişinin övladları, nədənsə rəngləri qara, xasiyyətcə ətiacı olublar. Ona görə də heç biri ailə qura bilmir. Kişinin qızı hara baxırdısa ər, hər kəsdə kişi görürdü. Yuxusuna da cürbəcür cilddə, cürbəcür kişilər gəlirdi. Oğlu da qəribə idi, hara baxırdısa, hər şeyi və hər kəsi qara rəngdə görürdü. Kişi həmişə susur, gözlərini bir nöqtəyə zilləyib durur, nə haqdasa düşünürdü. Bir dəfə ondan düşüncələrinin səbəbini soruşanda köks ötürüb deyir ki, “qara qızın dərdi bəlli, bəs qara gədənin dərdi nədir?”

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles