17.09.2015 / 03:48 xeber –
Bu gecə 3 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə 17 yaşlı İman Səhman oğlu Cəfərov gətirilib. APA-nın məlumatına görə, həkimlər ona qarının və biləyin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.
Əməliyyat olunan xəstənin vəziyyəti stabil qiymətləndirilir. Faktla bağlı ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə xəbər verilib. Məlum olub ki, hadisə Qara Qarayev prospektində yerləşən parklardan birində baş verib. Hazırda cinayəti törədən şəxsin axtarışları davam edir.
Gecə saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanasına da bıçaq xəsarətləri almış yaralı gətirilib. Məlum olub ki, bıçaqlanan şəxs Abşeron rayonunun Quşçuluq massivində yaşayan 26 yaşlı Sahib Qiyamət oğlu Əliməmmədovdur. Ona sol budun yuxarı 1/3-nin deşilmiş yarası diaqnozu qoyulub. Abşeron polisi faktla bağlı araşdırmalara başlayıb.
mənbə :
lent.az
Şərh yaz.