Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Füzuli Hüseynovdan sert sözler: “Onları açıb danışsaq…” – MÜSAHİBƏ

Füzuli Hüseynovdan sərt sözlər: “Onları açıb danışsaq...” - MÜSAHİBƏ

17/09/2015

18:52


17.09.2015 / 18:49 xeber –

“Səhnəyə çıxmaqdan imtina edə bilərik”

 

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Füzuli Hüseynov sənət ocağında baş verən hadisələrlə bağlı Lent.az-a müsahibə verib.

 

– İsrafil İsrafilov yenidən Akademik Milli Dram Teatrının direktoru,  Azər Paşa Nemətov baş rejissor və bədii rəhbər təyin olundu. Bu qısa müddətdə teatrda hansısa dəyişiklik var?

 

– Təbii ki, dəyişməyib. Direktorumuzu işdən azad etsələr, bütün məsələlər öz həllini tapır. Biz davamlı olaraq deyirdik ki, teatrda baş rejissor, direktor müavini olmalıdır. Azər Paşa Nemətov baş rejissor, Natiq Gülməmmədov müavin təyin edildi. Baxmayaraq ki, bizim direktor gələn kimi onu işdən çıxartmışdı. Sonra üzr istədi. İsrafil İsrafilov etdiyi hər səhvə görə üzr istəyir. Şəxsən mən ona xəbərdarlıq etmişdim ki, bu, düzgün deyil. Mən demirəm ki, İsrafil İsrafilov teatrdan mütləq çıxarılsın. O, bütün günü kompüterdə oyun oynamağı və camaatı izləməyi sevir. Ona görə qapıda gözətçi vəzifəsi verilsin, lap gözətçilərin direktoru etsinlər. Ömrü boyu Tədris Teatrında, muzeydə direktor işləyib. Direktor sözündən xoşu gəlir. Otursun bizi güdsün, həm də kompüterdə oyunlarını oynasın. Əgər bu qədər lazımlı və vacib adamdırsa, nazirlik öz yanına işə götürsün. Hər yerdə sevinib deyir ki, “gördüz, məni heç kəs çıxara bilməz, mən nə qədər ki, dini qazilər şurasında varam, mənə heç kəs dəyə bilməz”. Çox yaxşı olardı ki, ora köçsün, artıq qazilər şurasında işini möhkəmlətmək yaşına çatıb. Qazilərin direktoru təyin olunsun. Əslində, biz başbilənlərimizin siyasətini də anlayırıq, onlar bizim dediklərimizi mütləq edə bilməzlər. Çünki teatrların çoxunda narazılıq var, onlar da ayağa qalxar ki, “Azdrama”nın aktyorları dedilər və etdilər, gəlin biz də ayağa qalxaq”. Amma əvvəl-axır səhnəyə biz çıxacağıq. Bunu teatrın naminə edirik. Heç kəsin şəxsi marağı yoxdur.

 

– Xalq artistləri Ramiz Novruzla Ramiz Məlikin münaqişəsindən sonra Bəsti Cəfərova və Nurəddin Mehdixanlı arasında gərginlik yarandı. Buna səbəb nədir?

 

– İsrafil İsrafilovun yeganə yolu qalıb ki, aktyorların arasında düşmənçilik toxumlarını daha çox etsin, hamını bir-birinə qırdırsın və sonra nazirlikdə, mətbuatda desin ki, – “bunlar bir-birini qırırlar, mənlik deyil”. Nurəddin Mehdixanlı haqqında yazılanlar böhtandır. O məqalənin mətni adı gedən aktrisaya məxsus deyil. Bu, onun dəsti-xətti deyil. O, oradakı sözlərin mənasını heç anlamır. Tam məsuliyyətlə deyirəm ki, o ifadə və cümlələr İsrafil İsrafilova məxsusdur. Onun cümlələrini biz yaxşı tanıyırıq, çünki neçə illərdir bir yerdə işləyirik. Bunu öz adından yazan xanım “populist” sözünün nə olduğunu, hətta tərcümeyi-halını yaza bilmir. Bu, özünün etirafıdır. Bunu hamıdan soruşa bilərsiniz. Bu intriqa “ilanı Seyid Əhməd əli ilə tutmaq” üsuludur. İsrafil İsrafilov belə şeyləri çox sevir. Onu yazan adam elə bilir ki, Nurəddin Mehdixanlı “mafiya” başçısıdır. Bu, kəsinliklə belə deyil. Nurəddin öz haqq səsini ucaldan bizlərdən biridir. O, qruplaşma yaratmır. Bilirəm ki, çıxışımdan sonra mənim haqqımda da yazacaqlar ki, Rusiyaya gedib, filan. Hər halda mən heç kimin pulu ilə getmirəm, çörək qazanıram. Mənə söz deyənlər bir anlıq özlərinə nəzər salsınlar. Bilsinlər ki, yalnız keçmişində qara ləkə olmayan adamın söz deməyə haqqı var. Öz başı boyda qara ləkəsi olan insanlar bizə çamur atmasınlar.

 

– Adını çəkmədiniz müsahibəsi dərc olunan sənət yoldaşınızın…

 

– Bəli. Biri də var, sarı oğlan. Onun da adını çəkmirəm. Onlar mənim üçün artıq yoxdular. Nurəddin Mehdixanlı teatrda ən çox, ən ağır yükü daşıya biləcək bir aktyordur. Ona şübhə edənin özünün anormallığı var. Bəli, hər kəsin bir nöqsanı var. Ola bilər ki, kimsə qapıda borc istəməyə gəlib. Bu, hər bir insanın başına gələ bilər, bunu bayraq etməyə ehtiyac yoxdur. İçkiyə qaldıqda, həmin xanımın vaxtilə içkili olduğu zaman onu həmin vəziyyətdən xilas edən hadisələri yada salmağı ar və ayıb bilirəm. Bu yazını onun adından vermək istəyəndə özü oxumalıydı. Hesab edirəm ki, oxusaydı da, anlamayacaqdı. Çünki orada direktorun deyimlərinə, elmi cümlələrinə rast gəlirik. Gün kimi aydındır ki, bunu özü yazıb və onun adından çap edib. Bunun özü riyakarlıqdır. Bunu başa düşməyən adamın aktrisalığına son qoymaq vaxtı çatıb. Hər kəs öz adından danışmalıdır. Biz öz adımızdan danışırıq. Nurəddin Mehdixanlı çaxnaşma, vəlvələ salan insan deyil. Sadəcə mənliyi və mövqeyi var. Bizim – yaşlı, gənc, orta yaşlı aktyorların istəkləri teatrın normal olması və işlədiyi yerin və özünün alçalmamasıdır. Bizim direktor bizdən əvvəl harada işləyibsə, oradan çıxdığı zaman işçilər qurbanlar kəsiblər, seviniblər. İşlədiyi yerlərin hamısında intriqalar, boş-boş dedi-qodular olub. Bu xanımın yerinə sadəcə utanırıq. Onun ailəsində olan problemin ortaya çıxmasını biz də istəməzdik. Hər halda qadındır. Qadınla da ağız-ağıza gəlmək bizə yaraşmaz. Sadəcə, ayıb olsun deyirik! Lazım olsa, şahidlər və detallarla açıqlama verəcəyik. Yazının axırında qara və sarı oğlan misalı çəkilib. Onlar özləridir. Bu xanım sarı oğlanla bərabər rejissor olduqlarını tez-tez gözə soxurlar. Direktor həmin rejissorluğu onlardan əvvəl bizə təklif etmişdi. Bizim abrımız olduğuna, bu işi gözəl, professional görə bilməyəcəyimizi anladığımıza görə belə şeylərdən kənara çəkildik.

 

– Doğrudanmı İsrafil İsrafilovun əleyhinə olan qruplaşmaya Nurəddin Mehdixanlı rəhbərlik edir?

 

– Bizdə heç bir başçı, klan, dəstə yoxdur. Sadəcə hər kəsin ürəyindən nə gəlirsə, sərbəst şəkildə fikirlərimizi bildiririk. Bizim bir fikir birliyimiz var. Bir yerdə oturub dərdləşirik, teatrımızın taleyindən danışırıq. İsrafil İsrafilov gələn gündən dedi ki, “mən burada iki nəfərə ümid olub gəlmişdim. Yoxsa mənim nəyimə lazımdır artistlərlə işləmək? Birini Allah aldı, o birisi də özü belə hadisə törətdi. Ona görə də mən qaldım belə”. Baxmayaraq ki, özü də aktyorluq fakültəsini bitirib. Lazım olsa onun haqqında tələbə yoldaşları danışa bilər. O iki nəfərin biri – Vaqif İbrahimoğlu teatrda rejissorluq edəcəkdi, ikincisi  – Rüstəm İbrahimbəyov da xarici səfərlərə getmək üçün idi. Mən ona dedim ki, əgər sizin bir konsepsiyanız yoxdursa, işləməyin. Dedi “fikrim də yoxdur, mən başqa böyük yerlərə getməliyəm”. Kimlərin yerinə getmək istədiyini də dedi. İnsanın gələcəyi, cavanlığı, idarəetmə imkanları olanda perspektivi də olur. Demək, yoxdur ki, başqa yerə getmir. Son duracağı buradır.

 

– Direktorla şəxsən görüşüb sizi narahat edən məsələləri ona bildirmisiniz?

 

– 4 il susdum, təklikdə dəfələrlə görüşdük. Məni narahat edən məsələləri açıq, kəskin şəkildə bildirmişəm. Əməkdar artistləri bir yerə yığaraq növbəti vədlərini verəndə mən sözünü yarımçıq kəsdim, durdum fikrimi bildirdim. Dedim ki, siz teatr tarixinə onsuz da ən çox töhmət verən bir direktor kimi düşmüsünüz. Amma bir şey də etsəniz, lap tarixdə oturacaqsınız. Özünüzə də töhmət verin ki, teatr tarixinə özünə töhmət verən yeganə direktor kimi düşəsiniz. Siz teatrda elə bir şərait yaratmısınız ki, artıq insanların bir-birini görməyə gözü yoxdur, düşməndirlər. Heç kim teatra gəlmir, bufet, teatr bomboşdur, yaradıcı işlər yoxdur, teatrda tamaşalar bərbad vəziyyətdədir, işlər çox pis gedir, adam teatra gəlmək istəmir, atmosfer pisdir. Sonra məni otağına apardı. Düz dediyimi bildirdi. Çay qoydu, oturub söhbət etdik. Dedim ki, əgər xətrinizə dəyirsə, bunu deməyim. Amma kollektivi yığın, Bədii Şura seçin, tək heç nəyi qəbul etməyin. Qərarlar birlikdə verilməlidir, bura teatrdır. Əgər istəmirsinizsə, mən heç nə danışmayım, sizə mane oluramsa, bu teatrdan çıxıb getməyə hazıram. Dedi “yox, nə danışırsan, sənin xətrini çox istəyirik, sən bizə lazımsan”. Dəfələrlə belə mehriban söhbət etmişik. Lakin mənim səbr kasam o zaman daşdı ki, Telman Əliyev kimi bir aktyoru müqavilə vaxtı bitdi deyə teatrdan uzaqlaşdırdı. Uğursuz aktyor olduğunu dedi. Sonra ondan da üzr istədi, sentyabrdan yenidən işə götürəcəyinə söz verdi. Amma götürmədi. İndi də bəhanə edir ki, prezidentə gedən məktuba qol çəkib. İşi-gücü yalnız intriqa salmaqdır. Cavanları çağırıb deyir, “qocalar sizi istəmir”, qocaları da cağırıb deyir “cavanlar sizi istəmir”. Nə qədər ki, o, bu teatrdadır, bu teatr heç zaman sakit olmayacaq. Bunu bilin! Biz çıxıb gedə, ölə də bilərik. Artıq uşaqların çoxunun əsəb, ürək xəstəlikləri yaranıb. Bu yaxınlarda qardaşımız İlhamı itirdik. İlham bir qarışqanı əzəcək insan deyildi. Amma onun necə əsəbiləşdiyinin, içində çəkdiyinin şahidiyik. Biz bunların hamısını sübuta yetirəcəyik.

 

– Bir aktyor kimi sizi qane etməyən nədir?

 

– Teatrın bufetindən tutmuş, içindəki atmosferə qədər hər şey. Heç bir şey düzgün getmir. Bizim cavanların əleyhinə olmağımız kökündən yanlış fikirdir. Biz hər zaman demişik ki, teatrda yenilənmə olmalıdır, cavanlar gəlməlidir. Amma bu adamın gətirdiyi cavanların əksəriyyətinin boyu özü və özündən də aşağı boydadır. O, hündür boylu adamları sevmir, kompleksi var. Hər yanda kamera qoyub. Kameralar onun otağında görünür. Rahat oturub-dura, çörək yeyə bilmirik. İki nəfər danışanda birini çağırıb nə danışdıqları ilə maraqlanır. Məni bir neçə dəfə yanına çağırıb əsərlər verib. Oxuyub bəyəndiyimi, bu əsərdə mənə rol verərlərsə, işləyəcəyimi demişəm. “Hə, yaxşı”, – deyib gedib. Bütün aktyorlara belə edir. Beləcə aldatmaqla gün keçirir. Kənardan kimlərisə dəvət edir, amma onlar da yarıtmır. Bizim cavan Elçin Əhməd var. Cavan oğlandır, boy-buxun, səsi – hər şeyi yerində. Niyə ondan istifadə etmir? Niyə onu qocaltmalısan? Mətləblə Rövşən Kərimduxt 40 yaşını keçiblər. Niyə qocalmalıdırlar? Lazım deyilsə, çıxart, lazımdırsa işlət.

 

 

– Bildirdiniz ki, bufetdə ab-hava pisdir. Aktyor bufetdən çox səhnədə vaxt keçirməli deyil?

 

– Yaradıcılıqda da vəziyyət bufetdəki kimidir. Yaxşı əsərlər seçilir, lakin professional rejissor olmayan adamlarla iş ucuz başa gəlir deyə, özünün istədiyi ilə oturub dururlar deyə onları dəvət edir. Bizimsə onlarla da işləməyimiz qeyri-mümkündür. Mən artıq professional aktyoram, heç nəyə ehtiyacım yoxdur. Mənə normal rejissor versin, əsərdə nə istədiyini başa salsın, onun istədiyini edəcəm. Amma iş metodu düzgün qurulmur. Rejissor ayrı şeydən danışır, aktyor ayrı şey edir. İki aya təhvil verilən tamaşa da uğursuz olur. Nəticədə teatrı, tamaşaçını itiririk. Direktor gələn kimi dedi ki, sizdə savad yoxdur, işə gələndə qol çəkmək qərarını verdi. Qəbuluna da düşmək olmurdu, onunla görüşə bilmirdik. Bizim teatrda belə hərc-mərclik heç vaxt olmayıb. Mən ona dəfələrlə dedim ki, düş bufetə, çay iç, camaatın dərdinə qulaq as. Ailə başçısı ailənin içərisində nə baş verdiyini bilmirsə, ailə dağılır.

 

 

– Direktorunuz sizin məsuliyyətsizliyinizdən, nizam-intizam qaydalarına əməl etməməyinizdən, icazəsiz teatrdan çıxmağınızdan, məşqlərə gecikməyinizdən şikayət edir. Bildirir ki, sizdən nizam-intizam tələb edir, sizsə əməl etmək istəmədiyiniz üçün gərginlik yaranır.

 

– Onun öz təbirincə desək, bu, tam cəfəngiyyatdır. Belə bir şey ola bilməz. Nurəddin Mehdixanlı indiyə qədər nə məşqə, nə də tamaşaya gecikib. Mən də həmçinin, eləcə də digər aktyorlar. Biz müəllimlərimizdən belə dərs almışıq. Teatrda nizam-intizamın pozulması anlamında heç bir şey yoxdur. Kameralar var, kim istəyir baxa, yoxlaya bilər. Heç kim icazəsiz çıxa bilməz, məşqə gecikməz. Ola bilər, kiminsə dərdi olub tamaşaya, məşqə gecikib, onlar da onun adamlarıdır, ona güvənərəkdən tamaşanın ikinci hissəsinə gəlirlər, yerlərinə düzgün çıxmırlar, kapriz edirlər, heç bir töhmət filan da almırlar. Tamaşanın gedişində elə atmosfer yaranır ki, artıq səhnəyə çıxmaq istəmirsən. Adam işindən, peşəsindən iyrənir. Hətta ölüsü olana bir gün əvvəldən ərizə yazdırır və həmin günkü maaşından tutur. Kimin yası, dərdi var gəlib truppa müdirinə deyib. Bizim əsas müdirimiz truppa müdiridir. Kiminsə ad günü olanda bufetdə yığışırıq, aktyor maaşı ilə pul yığıb kiçik bir hədiyyə alıb qeyd edirik. O da oturub otağında buna baxır, deyir içki içirik. Adamın məşqi, işi yoxdursa, bufetdə oturar. İstəyirdi ki, çıxaq küçədə oturaq, artıq çıxıb küçədə otururuq. Teatrın içində mən özümü sərbəst hiss etməyəcəmsə, o teatra necə gəlim? Teatr direktorunun kameralarla nə işi var? Kamera ilə gözətçilər məşğul olmalıdır ki, teatrı yandıran, oğurluq edən olmasın.

 

– Aktyorlar arasında qruplaşmada direktorun tərəfində olanlar da var. Niyə onlar onu dəstəkləyirlər?

 

– Əsas iki nəfər onun tərəfindədir. Çünki ikisinin də övladına teatrda şərait yaradılır. Onlardan biri – sarı oğlanın özü dəfələrlə hamının içində deyib ki, “balalarım ölsün, sizdən çox mən onun getməsini istəyirəm”. Şəxsən ondan soruşmuşam ki, başqa direktor gələndə nə deyəcəksən? Cavab verib ki, onun kimi adamlar bütün direktorlara lazımdır. Əvvəlki direktorlardan heç kim onu yaxın buraxmayıb, İsrafil İsrafilov buraxdı. Digər aktyorlar arasında qorxanlar var. Bizim direktor teatrın 70 faizi ilə küsülüdür. Onun  teatra hardan girib hardan çıxdığını heç kim bilmir. Onların içərisində müqavilədə olanlar, yaşlılar, təqaüd yaşında olanlar var. Buradan 200 manat maaş, 150 manat təqaüd alırlar. Qorxurlar ki, bunları da əlindən alarlar. Bəziləri var ki, başqa heç nələri yoxdur. Hətta texniki işçilər də bunu bizə deyir. Bəzilərini çağırıb hədə-qorxu gəlir, bəzilərinə nələrsə söz verir. Amma o, heç kimə heç nə etməyib və etməyəcək də.

 

– İsrafil İsrafilovun yerinə namizədiniz var?

 

– Biz kimik ki, namizədimiz olsun?! Bizim direktor təyin etmək hüququmuz yoxdur. Bir dəfə demişəm ki, bir neçə nəfər namizəd göndərilsin. Onlar gəlib öz proqramlarını kollektivə təqdim etsinlər. Axır-əvvəl kollektivi bir yerə yığsınlar, bu işi gizlin etməsinlər. Bura teatrdır, burada gizlin heç nə olmamalıdır.

 

– Səsvermə olsun?

 

– Xeyr. Kollektivin fikir nəzərə alınsın. Namizədlər ideyalarını desin, proqramlarını açıqlasınlar. Hər zaman demişəm ki, teatrın direktoru aktyor və rejissor məqsədi olmayan, amma teatrı, aktyorları sevən yaxşı bir iş adamı da ola bilər. 10-15 nəfərdən namizədlərin hansının yaxşı olmasını soruşsunlar. Biz də deyək ki, özünüz bilərsiniz, amma filankəs daha məsləhətlidir. Bizim direktor aktyorları sevmir. Çünki özü uğursuz aktyor olub. Aktyor kimi heç nə edə bilməyib. Ona görə də əzab verməklə heyf çıxır, deyir ki, “mən aktyor ola bilmədim, indi görün sizin başınızın üstündən nələr edəcəm?” Onu teatrda heç kim görmək istəmir, hətta texniki işçilər, qapıda duran gözətçilər də. Hamısı bunu bizə deyirlər. Amma bərkdən deyə bilmirlər. Adam var içində ağlayır, səsi çıxmır, biz səsimizlə ağlayırıq. Biz səsi çıxanlarıq, qalanlarsa səsi çıxmayanlardır.

 

– Baş rejissor və bədii rəhbər Azər Paşa Nemətov truppa ilə görüşdüyünü bildirdi. Görüşdə nələrdən danışmısınız?

 

– Şəxsən mən öz adımdan ona demişəm ki, sizinlə heç bir sözümüz yoxdur, nə qədər ki, normal işinizi görəcəksiniz, teatrda hər şey qaydasına gedəcək bizim heç bir iradımız yoxdur. Amma nə qədər ki, o direktor buradadır, bu teatrda davamlı olaraq problem,  narazılıqlar olacaq. Bunun yeganə yolu odur ki, o, başqa işə köçürülsün. Azər Paşa müəllim də dedi ki, bu teatra qılıncla gəlməyib və sülh, mehribanlıq tərəfdarıdır.

 

– Bu yaxınlarda facebook sosial şəbəkəsində İsrafil İsrafilovun əleyhinə səhifə yaratdınız. Bununla nəyə nail olmağa çalışırsınız?

 

– İctimaiyyətə daha çox yayılsın, ictimaiyyət anlasın ki, bugünkü teatrda nələr baş verir və biz nəyin mübarizəsini aparırıq, biz niyə səsimizi çıxarırıq.

 

– Sizcə, aktyor yalnız yaradıcılıqla məşğul olsa, münaqişə, narazılıq, gərginlik, problemlər daha az yaranmazmı?

 

– Əgər teatrda normal atmosfer varsa, mən özümü orada rahat, yaxşı hiss edirəmsə, niyə yaxşı işləməyim? Siz evinizə ona görə gedirsiniz ki, rahat olasınız. Rahat olmayan yerə heç kim getmək istəmir. Teatr da elədir. Bizim o teatra girib, çıxmaq istəmədiyimiz vaxtlar olub. O dövrü biz yaşamışıq. Səviyyəli tamaşalar, professional rejissorlar, iş olarsa və hamının taleyi, bu günü, sabahı haqqında güvəni olarsa, yaxşı işləyər. Məsələn, mən artıq qocalmışam, məni çıxın, Elçin Əhmədovun 30 yaşı var. O, bu gün nə oynayır, sabah nə oynamalıdır, 3 ildən sonra nə oynayacağını dərk edəcəksə, onun inqilabla nə işi var? Normal işini görər də. Teatra normal tamaşaçı gəlirsə, teatrın hörməti varsa və direktor aktyorları alçaltmırsa, hər kəs normal işini görəcək. Aktyorun nəyinə lazımdır direktor kimdir, nə edir? Bizim baş rejissorumuz, rejissorlar var, onlarla işləyirik. Direktor nəyə lazımdır, anlamıram. Təbii ki, təşkilati və təsərrüfat işləri-filan var. Onlarla məşğul olur. Hər kəs öz işini görməlidir. Aktyorun işi səhnəyə çıxıb tamaşaçılara gözəl rol təqdim edib, evinə getməkdir.

Artıq mənim beynimdən belə bir fikir keçir ki, səhnəyə çıxmaqdan imtina edək. Ötən il biz artıq dözməyib danışmağa başlayanda dedim ki, susmağımızla daha çox şey itirəcəyik. Kənarlar bura qoşulacaq, qoşuldu, dedim daha ağır itkilər olacaq, oldu. Teatrın həyətində dava oldu, polisə düşdük, biabır olduq. Sillə vurmaq istəyən adam sonra hər söyüşü özünə götürəcəkdisə, niyə vururdu? Yalandan kimə artistlik edirdi?

 

– Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, verilən qərarlara hörmətlə yanaşmaq lazımdır. Azərbaycan teatrı kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, öz fəaliyyətini davam etdirəcək.

 

– Hörmətlə yanaşmaq hər birimizin borcudur. Əbülfəs Qarayev şəxsən mənim nazir və şəxsiyyət kimi xətrini çox istədiyim insandır. Amma əminəm ki, Əbülfəs Qarayevdən tam asılı olmayan məsələlər var. Qıraqdan insanlar bu işə qarışdığı üçün buna son qoyula bilmir. Sadəcə olaraq bütün bunlardan, bu prinsiplərdən teatr uduzur. Mən, ya da başqa aktyorlar heç nə itirmir. Bunu əslində çox gözəl dərk edirlər. Hamımız çox gözəl bilirik ki, belə olmaz, belə getməz. Ayıbdır. Artıq səbr kasamız dolub-daşıb. Mümkün deyil, dözmək olmur. Doğrudanmı bu boyda dövlət bir adamın qarşısında aciz qalıb? Bu iş hətta məhkəmə, Mətbuat Şurasına gedib çıxdı. Bir nəfərin azad olunması hər şeyin yoluna qoyulması deməkdir. Qoy yanınızda çalışdıran, hara istəyirsiniz aparın, hara istəyirsiniz keçirin, prezident mükafatı, təqaüd, 10 min manat verin, ev istəyir ev verin, təki buradan getsin.

 

– İlham Əsgərovun ölümü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəksiniz?

 

– Bizim İlhamın ölümdən şou yaratmağımızı deyənlərin şüurunda anormallıq var. Onun ölümü hamının gözü qarşısında oldu. Biz İlhamın teatr, ya da Aktyor Evindən götürülməsini şou üçün demirdik. İlham bir aktyor, sənətçi idi. Ömrünün 33 ilini bu sənətə həsr edib. Onu işlədiyi yerə gətirmək lazım idi ki, buradan keçənlər dönüb dua etsinlər, rəhmət oxusunlar. Hətta mən maraqlandım ki, onun vida mərasimini keçirmək üçün kirayə pulu lazımdırsa verək. Onu niyə urvatsız götürdülər? İlham Əsgərov teatrın pillələrindən götürülməyə layiq deyildi? Onun ölümü ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikri reallaşacaq. Araşdırma aparsınlar. Bizim bəzi şübhəli qaldığımız anlar, məqamlar var. Azərbaycan hüquqi, demokratik dövlətdir. Aydınlaşdıraq ki, bir gün əvvəl Qubada tədbirdə iştirak edən, danışan, gülən normal adama birdən- birə nə oldu? Hətta bəlkə prezidentə də müraciət edəcəyik ki, bu işi xüsusi nəzarətdə saxlasın. Bizim prezidentə bundan əvvəlki müraciətimizin də nəticəsi oldu. Kiminsə əli, tapşırığı olsa da direktorun səlahiyyətlərinin bir hissəsi əlindən alındı. Bizim müvəffəqiyyətimiz bu oldu ki, teatra baş rejissor və bədii rəhbər təyin edildi. Lakin buna baxmayaraq o, özü çıxıb getməlidir.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website