Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Heyat yoldaşını dörd defe qaçıran Xan: “Sehere qeder meşede qaldım” – ƏYALƏTDƏ KİM VAR, KİM YOX

Həyat yoldaşını dörd dəfə qaçıran Xan: “Səhərə qədər meşədə qaldım” - ƏYALƏTDƏ KİM VAR, KİM YOX

18/09/2015

13:28


18.09.2015 / 13:25 xeber –

“Sonuncu dəfə dedim ki, güllələyəcəm”

Dəqiq yadımdadı, Sürət Hüseynovun qiyamı vaxtı idi, mən də Bakıda idim. Atam kənddən ismarıc göndərmişdi ki, təcili kəndə gəlim. Axşam qatara bilet alıb rayona getdim. Atam dedi, kiçik qardaşını Rusiyada dava üstündə tutublar, oralarda tanışın çoxdu, gedib uşağı çıxartmalısan.

Məlum oldu ki, kiçik qardaşım Xabarovskda ruslarla yumruq davasına çıxıb və onu tutub içəri basıblar. Gəncədən getmək mümkün olmadığından mən Bakıdan Moskvaya, ordan da Xabarovska uçası oldum.

Bakı hava limanında kəndçimiz Qara Aydınla rastlaşdım. Sən demə, kəndçim də mənim günümdə imiş, onun da qardaşını Xabarovskda tutublarmış. Səbəbini soruşdum, Aydın dedi, eşitdiyimə görə polislər qardaşım Ziyadxanın üstündə saxta pul tapıblar.

Uzun sözün kəsəsi, biz bir yerdə Xabarovsk şəhərinə gəlib çıxdıq. Baxdım ki, kəndimizin və qonşu kəndlərin cavanları bu şəhərin bazarında meyvə alveri ilə məşğuldular. Onların alverlərinin tipi belədi, səhər durub meyvə bazalarına gedir, ordan nisbətən ucuz aldıqları malları gətirib bazarda satırlar. Bazarlara meyvə-tərəvəz malları əsasən, Çindən, Özbəkistandan, Qazaxıstandan və Tacikistandan gətirilirdi.

Mən şəhərə çatanda kəndçilərim dedi, məhkəmə qardaşına yüksək cərimə kəsmişdi, yığıb verdik və azadlığa buraxdırdıq. Bu xəbərə çox sevindim. Aydının qardaşı Ziyadxan isə hələ “içəridə” idi.

Üç gündən sonra Aydın gəlib mənə söylədi ki, vəkillə danışmışam, qardaşımı yüksək cərimə ödəməklə xilas etmək olar. Sonra dedi, bazarda uşaqlardan siyahı ilə pul yığmaq istəyirəm, sanballı çıxsın deyə sənin adından istifadə etməliyəm, yəni siyahının başında birinci sənin adını yazmaq istəyirəm. Mən dərhal razılaşdım və kəndçilərimdən borc pul götürüb ona verdim.

Beləcə, Aydın bazarda tanışlardan pul toplayıb Ziyadxanı məhkəmə ilə azadlığa buraxdırdı.

O vaxtlar mən Ziyadxanı elə də yaxından tanımırdım. Azadlığa çıxan kimi dost-tanış yığılıb bir məclis qurduq və o gündən Ziyadxanla Rusiya günlərimiz başladı. Ondan sonra mən Xanla haralarda olmadım? Tümendə, İrkutskda, Çitada, Nijniy Vartovskda, Urenqoyda… Məndən bir neçə yaş kiçik olsa da, onun hərtərəfli dünyagörüşünün köməkliyi ilə istənilən çətinlikdən asanlıqla çıxa bilirdik. Xan çox baməzə adam olduğundan, ayrı-ayrı şəhərlərdə yaşadığımız kirayə evdə həmişə qonaq-qaramız olar, soydaşlarımız onun söhbətlərinə, “tamaşa”larına yığışardılar. Qanımızın qara vaxtlarında mahnı oxuyar, bizi şənləndirərdi. Kənddə olan əhvalatlardan söz salar, müxtəlif adamların roluna girər, hadisələri bəzəyib danışardı. Hər dəfə ən ağlagəlməz şeylərdən mərc gələr, məzəli oyunlar çıxarar, pozitiv enerji yayardı.

Bugünlərdə Ziyadxanla təsadüfən rayonda görüşdük, oturub keçmişləri yada saldıq, indiki güzəranımızdan söz açdıq.

– A Xan, saxta pul nə məsələ idi, kimdən almışdın o pulları?

– Yadındamı, o vaxtlar da danışırdım, demək, sən demə, bir dəstə rus saxta dollar alveri ilə məşğul imiş. Onlar saxta dolları nəyin bahasına olsun istənilən malla dəyişirlərmiş. Gəlib məndən də külli miqdarda mal aldılar və qeybə çəkildilər. Mən də gedib dolları xırdaladanda dedilər, bu  saxtadı. İkincini çıxartdım, dedilər, bu da saxtadı. Başa düşdüm ki, mənə beş min atıblar. Həmin məntəqədən bir az aralanmışdım, bir də gördüm, yanımda polis maşını dayandı, içərisindən iki polis üstümə atılıb qollarımı qandalladılar. Onda anladım ki, məni satıblar.

 

– Bayaq baxıram, deyəsən, yenə bir balaca axsayırsan, Rusiyadan qalmadır bu?

 

– Hə, qardaş. Yadındadımı, sən 1996-cı ildə kəndə qayıtdın, evləndin, elə o vaxtdan da Rusiyadan yığışdın. Onda mənim iki körpə övladım vardı. Sən Bakıya getdin, mən qaldım kənddə, neyniyim, nağayrım? Dolanışıq yox idi, əlacsızlıqdan qayıtdım yenə o xarabaya. Bilirsən ki, mənim başımdan sərgüzəşt əskik olmur. Ayağımı soruşdun. Qış vaxtı idi, Tümen vilayətində polislər arxamca düşdülər. Vəhşi kimi idim, mənim arxamca çatmaqmı olardı? Gördüm yox ee, təntidib tutacaqlar, özümü yaxınlıqdakı qarlı meşəliyə verdim. Şər qarışan vaxt idi, meşənin ortalarında qurşağıma qədər duran  qarlıqda qalıb gecəni gözlədim. Qar, su çəkmələrimdən içəri dolmuşdu. Fikirləşdim, yavaş-yavaş yola çıxmaq lazımdı, yoxsa burda qalsam ayı-zad gəlib məni parçalayacaq. Bu fikirlə meşədən yola tərəf gəldim. Şaxtadan ayaqlarım tamamilə keyimişdi. Gecədən xeyli keçmiş, meşə kənarından keçən yolda məni şübhəli adam zənn edib heç kim maşın saxlamırdı. Axırda məcburən şosse yolunun tən ortasında dayanıb  əllərimi yuxarı qaldıraraq bir yük maşınını əylədə bildim. İki nəfər idilər, xeyli söydükdən sonra məni maşına götürdülər. Şəhərin mərkəz küçələrindən birində düşüb bir taksiyə mindim və gecəykən tanış uşaqların yanına gəldim. Sabaha qədər ayaqlarım zoqquldadı, səhər tezdən məni xəstəxanaya yerləşdirdilər. Yüngülvari müalicədən sonra xəstəxanadan çıxıb Azərbaycana qayıtdım. İndiyə qədər də ayağımdakı fəsadlar bitmir, gah qabıq qoyur, gah şişir, gah ağrı verir. İndi fikirləşirəm, nə qədər axmaq olmuşammış, kaş elə onda polislərə təslim olaydım.

 

– Bəs, indi necə dolanırsan, nə ilə məşğulsan?

 

– Bilirsən ki, mənim atam usta idi, uşaqlıqdan ona fəhləlik eləmişəm. İndi özüm həmin sənətdəyəm. Bu boyda dünyanı hərləndim, axır yenə gəlib bənnalığa girişdim. Dövlətdən sosial yardım da alırdım, sonradan yardımı kəsdilər.

 

– Niyə?

 

– İkinci qızıma toy eləyəndə, bankdan kredit götürmüşdüm, həmin ay yardım fondundan dedilər, ta sənə pul verməyəcəyik. Soruşdum, niyə? Dedilər, kredit aldığına görə. Hələ də başa düşmürəm, kreditdə olmağın sosial yardım almağa nə dəxli var? Bankdan kredit almaq varlanmaq deməkdi bəyəm? Qardaş, səndən xahiş edirəm, bunu mütləq yazarsan…

 

– Yazacam, mütləq yazacam. Xan, sən canın, yadındamı, bir vaxtlar deyirdin ee, mən yeganə adamam ki, pitini boşqaba tökəndə küpün dibinə baxmıram, indi də eləsən?

 

– İnan ki, hələ də piti yeyəndə dibinə baxmıram. Həmişə ətrafımda piti yeyənlərə göz qoyuram, görürəm, hamısı işığa tutub qabın dibinə baxır. Ürəyimdə deyirəm, ay bədbəxt, onun dibində yapışıb qalmış üç dənə noxud olmasa qarnın doymayacaq?

 

-Bayaq toydan danışdıq, yadındamı, bir vaxtlar evlənməyin haqda danışanda deyirdin, həyat yoldaşımı dörd dəfə götürüb qaçırtmışam. Bu, necə olmuşdu?

 

– Həyat yoldaşım bacımın ərinin bacısıdı. Yeznəmiz bacımı götürüb qaçanda özümə söz verdim ki, bu heyfi səndə qoymayacam, mən də sənin bacını alacam. Özü də tərslikdən, getdikcə onun bacısını sevməyə başladım. Onda qız Bakıda texnikumda oxuyurdu. Bir gün eşitdim ki, Bakıdan evə gəlir. Səhər tezdən Qovlara qatarı qarşılamağa gəldim. Qızı evlərinə aparmaq adı ilə götürüb bir qohumumgilə qaçırtdım. Sonradan qardaşları axtarıb yerimizi tapdılar və gəlib qızı apardılar. İkinci dəfəsi belə oldu, demək, Rusiyaya getməli idim, gəldim ki, qızla sağollaşam. Söhbət əsnasında öyrəndim ki, qız sabah paltar almaq üçün rayona gedəcək. Beynim oynadı, fikirləşdim, qızı qaçırdım evlənək, sonra onu da özümlə Rusiyaya aparım. Sabah onların kəndindən rayona gedən avtobus sürücüsünə dedim, yolda o qızdan başqa heç kimi götürmə, pulunu mən verəcəm. Özüm də uzaqdan durbinlə izlədim avtobusu. Sonra dostumun “Jiquli”si ilə avtobusun qabağını kəsib qızı düşürtdük və onu ikinci dəfə qaçırtdım. Yenə özünün və qardaşlarının razılığı olmadığına görə qızı geri qaytarası oldum.

 

– Deyirsən, qız da səni sevirdi, bəs niyə evlənməyə razılaşmırdı?

 

– Birincisi, qız deyirdi, mən hələ ailə qurmağa hazır deyiləm, qoy heç olmasa, texnikumu bitirim. İkincisi də, bacım onların ocağında gəlin olduğuna görə qardaşları bu işə qəti  razılıq vermək istəmir, qıza təzyiq edirdilər.
Bütün qohum-əqrəba deyirdi, bu sevdadan əl çək. Ancaq artıq qız da məni sevirdi.

Üçüncü dəfəsi belə oldu, qız Bakıya getmək istəyən vaxt onu Tovuzun vağzalından            götürüb Qırıqlı kəndinə, qohum evinə qaçırtdım. Bu dəfə də qardaşları, qohum-əqrəbası yerimizi təxmin edib olduğumuz evi tapdılar və dava-dalaşla qızı alıb apardılar.

Nəhayət, sonuncu dəfə götürüb qaçanda dedim, ta boğaza yığılmışam, bir də bizə mane olanı tüfənglə güllələyəcəm. Bu dəfə mənə çox girişə bilmədilər, məhkəməyə verdilər. Qız öz razılığını rəsmi bildirdikdən sonra hamının bəhanəsi kəsildi. Yetim oğlan olduğuma baxmayaraq, özümə yaxşı bir toy elədim.

 

– Sağlıq olsun, bu dəfə oğlunun toyuna yığışarıq.

 

– Təki sağlıq olsun!

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website