18.09.2015 / 17:07 xeber –
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətlər Baş İdarəsi əməkdaşları jurnalist Şirin Abbasovun evində axtarış aparıb. Bu barədə Lent.az-a jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil bildirib ki, heç bir xəbər verilmədən Şirin Abbasovun yaşadığı mənzildə axtarış aparılıb. Axtarış zamanı bir stolüstü kompyuter, 2 fotoaparat və 1 noutbook götürülüb.
Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi Şirin Abbasovla görüşə bilmədiyini bildirib: “Müraciət etsəm də, hələ müraciətimə cavab ala bilməmişəm. Axtarış haqqında bizi məlumatlandırmayıblar”.
mənbə :
lent.az
Şərh yaz.