Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Bank of Baku"nun rehberi: "Bank sektorundakı prosesler bizi çevik olmağa vadar edir" – MÜSAHİBƏ

"Bank of Baku"nun rəhbəri: "Bank sektorundakı proseslər bizi çevik olmağa vadar edir" - MÜSAHİBƏ

21/09/2015

15:52


21.09.2015 / 15:49 xeber –

"Bank of Baku" ASC-nin İdarə Heyətinin Sədri Abbas İbrahimovun "APA-Economics"ə müsahibəsi:

 

– Siz cari ilin may ayından etibarən "Bank of Baku"nun İdarə Heyətinin sədri təyin edilmisiniz. İlk növbədə sizi yeni təyinatınız münasibətilə təbrik edirik. Zəhmət olmasa özünüz haqda bir qədər danışın. Neçə ildir bank sahəsində çalışırsınız, hansı uğurlarınız olub?

 

– Təbrikiniz üçün çox təşəkkür edirəm. Təhsilimi bitirib Azərbaycana qayıdandan sonra ilk iş yerim kimi artıq o vaxtlardan yenilikçi bir bank kimi parıldamağa başlayan "Bank of Baku"nu seçdim. Bankdakı ilk müsahibəmdən sonra anladım ki, axtardığım və işləmək istədiyim təşkilatı tapmışam. Çoxlarına məlumdur ki, "Bank of Baku" bir çox gəncin ilk iş yeri və bank məktəbi olub. Mən də həmin şanslı insanlardanam. 2005-ci ildə Biznesin inkişafı sahəsində ekspert kimi işə başladım, 9 ay sonra aparıcı ekspert, bir müddət sonra şöbə müdiri vəzifəsinə yüksəldim. 2008-ci ildə, yəni karyeramın 3-cü ilində Məhsulların Yaradılması və İnkişafı departamentinin müdiri, 5-ci ilində isə Pərakəndə sahə üzrə İdarə heyəti sədrinin müavini və İdarə heyətinin üzvü təyin edildim. Bu il sentyabrın 12-də "Bank of Baku"da fəaliyyət dövrümün 10-cu ilini qeyd etdim və bununla fəxr edirəm. Uğurla bağlı sualınıza gəldikdə isə, gözəl komanda olmadığı təqdirdə uğur da ola bilməz. Bu günə qədər iş həyatımdakı bütün uğurlarımı komandamıza borcluyam. Bankın Pərakəndə sahəsinə rəhbərliyim dövründə ən böyük uğurumuzun Azərbaycan kart bazarında yeni bir "trend" yaradan "Bolkart" layihəsi olduğunu düşünürəm.

 

– "Bolkart" layihəsinə irəlidə bir daha qayıdacağıq. İlk öncə isə Azərbaycan bank sektorundakı mövcud durum haqqında fikrinizi öyrənmək istərdik. Banklar indi əsas nəyə fikir verməlidir?

 

– Əslində çox geniş mövzudur, lakin qısaca olaraq əsas önə çıxan məsələləri sadalamaq istərdim: birincisi, son aylarda əhalinin kreditə olan tələbatının azalması ilə kredit portfellərinin düşməsi və faiz gəlirlərinin azalması, ikincisi, son illərdə əhalinin borc yükünün artması və manatın məzənnəsinin korreksiyası ilə bağlı kredit risklərinin və müvafiq olaraq ayrılan ehtiyat xərclərinin artması, üçüncüsü, Mərkəzi Bankın tövsiyyəsi ilə komissiya haqlarının və faiz dərəcələrinin azaldılması səbəbi ilə gəlir marjalarının azalması, dördüncüsü, əmanət portfellərinin dollarlaşması. Fikrimcə, bu gün banklar bu məsələlər barədə daha dərin düşünməlidir.

 

– Yuxarıda qeyd edilən tendensiya ilə bağlı "Bank of Baku" nə düşünür? Hansı addımları atmağa planlaşdırır?

 

– Mən bütün bu dəyişiklikləri bank sistemini daha çevik və effektiv olmağa çağırış kimi qiymətləndirirəm. Düşünürəm ki, banklarımız üçün hal hazırda ən optimal strategiya cari durumu operativ təhlil edib, sürətli və düzgün qərarlar verməkdir. Köhnə dönəm artıq geridə qaldı, indi biz dayanıqlılığımızı təmin etmək üçün aşağı faiz dərəcələri və aşağı gəlir marjaları ilə fəaliyyət göstərməyə hazır olmalıyıq. Bunun yeganə yolu şərtlərin imkan verdiyi ölçüdə dünya standartlarında bir bank olmaq və bu istiqamətdə hərtərəfli dəyişməkdir.

 

Sentyabr ayının sonunda "Bank of Baku" yeni persperktivlər vəd edən “Change” layihəsinə start vermək üçün hazırlıqlarını aktiv şəkildə davam etdirir. Əsas hədəfimiz layihə çərçivəsində dayanıqlı gəlirlilik və effektivliyimizi təmin etməkdir. 3 illik proqram çərçivəsində biznes proseslərə yenidən baxılması və sadələşdirilməsi, bankın filial şəbəkəsinin optimallaşdırılması, alternativ və texnoloji satış kanallarının müştəri xidmətlərində daha geniş istifadəsi, risk menecment alətlərinin təkmilləşdirilməsi, yeni və innovativ qeyri-kredit məhsullarının yaradılması, kredit portfellərinin diversifikasiyası və real sektorun inkişafı üçün layihələr, məhsul əsaslı xidmətdən müştəri əsaslı xidmətə keçid və digər mövzular ətrafında müxtəlif layihələr işlənəcək. Nəticədə daha çevik, daha innovativ, daha texnoloji və daha sağlam bank olmaq niyyətindəyik. Əminəm ki, müştərilərimiz də tezliklə bu dəyişiklikləri hiss edəcək və onlara təqdim edəcəyimiz üstünlüklərdən faydalanacaqlar.

 

– Sizə bu yolda uğurlar arzulayırıq. Yəqin ki, planlarınız arasında "Bolkart"a da yer ayırmısınız. 2011-ci ildə bazara daxil olan ilk hissə-hissə ödəniş kartı olan "Bolkart"ın belə uğurlu olacağını heç kəs gözləmirdi. Bu dönəmdə layihə barədə yenilik gözləməyə dəyər?

 

– Düzgün qeyd etdiniz ki, "Bolkart" ilk hissə-hissə ödəniş kartıdır və hazırda bazar lideridir. 4 il ərzində "Bolkart" yüzminlərlə müştərinin rəğbətini və sevgisini qazana bilib. Qeyd edim ki, son bir neçə ildə Mərkəzi Bank tərəfindən keçirilən müsabiqələrdə "Bank of Baku"nun nağdsız ödənişlər üzrə lider bank seçilməsinin əsas səbəblərindən biri də məhz "Bolkart"dır. Müştərilərimizin dəyişən istək və tələblərinə uyğun olaraq, məhsulumuzu yeniləmək yenilikçi strategiyasına riayət edən bankımızın daimi prioritetlərindəndir. Yəqin ki, bu günlərdə internetdə və şəhərdəki reklam daşıyıcılarında “birdən-birə 5 sürpriz” sloqanlı arımıza rast gəlmisiniz. Belə ki, çox yaxında "Bolkart"ımız hamını yenidən sevindirəcək. Tamamilə yenilənmiş, üstünlükləri bol və digər bənzər kartlardan tamamilə fərqlənən "Bolkart" yaxın günlərdə bazara təqdim olunacaq. Arımızın sürprizlərini pozmaq istəməzdim (gülür – red.), amma onu bildirim ki, 5 sürpriz dedikdə 5 yeni kart və 5 yeni xüsusiyyət nəzərdə tutulur. Bu yeniliklər sırf bir neçə ildir müştərilərdən aldığımız təkliflər əsasında hazırlanıb. Əminəm ki, "Bolkart"lılar bu yenilikləri çox bəyənəcək, "Bolkart"ı olmayanlar isə bu karta tezliklə sahib olmaq istəyəcək.

 

– Bəs texnoloji layihələrlə bağlı "Bank of Baku"nun planları nədir ? Bu yaxınlarda İnternet bankçılıq sisteminizin mobil versiyasını təqdim etdiniz. Bundan sonra bu sahədə hansı yeniliklər gözlənilir?

 

– Texnoloji inkişafı bank sistem və məhsullarına inteqrasiya edən pioner banklardan olduğumuzu iddia edə bilərəm. İlk dəfə kredit ödənişlərini terminallar vasitəsilə ödəməyə imkan verən, ilk dəfə onlayn kredit ödənişi xidməti təqdim edən, ilk taksit kart sistemini təqdim edən, SMS kredit məhsulunu ilk və yeganə təqdim edən bank məhz "Bank of Baku" olub. Bizi fərqləndirən bir cəhət də bütün bu yeniliklərin öz daxili İT komandamız tərəfindən reallaşdırılmasıdır. Qeyd etdiyim kimi növbəti dönəmdə alternativ kanallarımızı, xüsusilə internet və mobil bankçılıq sistemimizi daha müştəri yönümlü və funksional etməyi, müştərinin bu gün yalnız filialda edə biləcəyi bir çox əməliyyatların artıq internet bankinq vasitəsilə etməyini nəzərdə tuturuq. Misal üçün, ASAN imza vasitəsilə artıq pilot layihə çərçivəsində bir neçə korporativ müştəri öz köçürmələrini və hesab əməliyyatlarını banka gəlmədən edə biləcək. Bu yaxınlarda bu imkanı fiziki şəxs müştərilər üçün də təqdim etməyi planlayırıq. Hazırda intenet bankçılıq xidmətimizin 20 mindən artıq aktiv istifadəçisi var. "Bolkart" məhsulumuz üçün də xüsusi mobil əlavə təqdim etmişik. İnanırıq ki, o da istifadəçilər arasında sürətlə populyarlaşacaq. Qısaca bir daha qeyd edim ki, məqsədimiz müştərilərin rahatlığı və məmnuniyyəti məqsədilə, onların filiallarla fiziki təmasını qanunvericiliyin imkan verdiyi ölçüdə minimuma endirməkdir. Müştərilər ehtiyac olan xidmətləri 145 Məlumat Mərkəzi, İnternet bankçılıq, Mobil əlavələr, ödəniş terminalları və s. alternativ kanallardan edə biləcəklər.

 

– Bu yaxınlarda Mərkəzi Bank tərəfindən Banklarda Məsuliyyətli Kreditləşmə adı altında xüsusi Metodoloji Rəhbərlik təqdim olundu. Bu sənədin tətbiqi ilə bağlı fikirləriniz nədir?

 

– Hazırda bank sahəsində aktual mövzulardan biridir. Bir az əvvəlki sualınıza cavab olaraq da qeyd etmişdim ki, bank sistemində ciddi məsələlərdən biri də müştərilərin son illərdə aşırı borclanması və bunun da nəticədə problemli kreditlərin həcminə təsiridir. Biz Mərkəzi Bankın bank sisteminin sağlamlaşdırılması, əhali arasında maliyyə savadlılığının artırılması və istehlakçıların hüquqlarının qorunması istiqamətində atdığı addımları dəstəkləyirik. Bu cür tənzimləmələrin orta və uzun müddətdə sistemdə aktivlərin keyfiyyətini artıracağına inanırıq. Sənədin tövsiyyələrinə əsasən, “Məsuliyyətli kreditləşmə siyasəti” üzərində işləməyə başlamışıq və tezliklə sənədin rəsmiləşməsi baş tutacaq. Qəbul olunmuş daxili sənədimizdə müştərinin maksimum borclanma imkanlarının düzgün təhlil edilməsi və onların ödəniş imkanlarından əlavə borcla yüklənməməsi, müştəriyə faiz və komisyon haqqları barədə məlumatların şəffaf şəkildə açıqlanması, maliyyə savadlılığının artırılması istiqamatində tədbirlərin həyata keçirilməsi və digər mövzular öz əksini tapacaq. Müvafiq əməkdaşlarımız qısa müddətdə sənədlə tanış olub, qeyd olunan qaydaların tətbiqinə başlayacaqlar.

 

– Sonda oxucunun vermək istədiyi ən önəmli sual: “niyə məhz "Bank of Baku"nu seçməliyəm?"

 

– Mən çalışdığım bankla həmişə qürur duyuram, çünki hər yerdə – böyüdüyüm, yaşadığım yerlərdə, dost-tanış məclislərində daima bizim müştərilər çıxır və ən əsası onları həmişə Bankımızdan məmnun görürəm. Biz həmişə öz müştərilərimizə yaxın olmağa çalışmışıq, məhsullarımızda, xidmətlərimizdə, bütün yeni kampaniyalarımızda müştərilərimizin istək və ehtiyaclarını qarşılamağa səy göstərmişik. Çalışmışıq ki, hər bir yeniliyimizlə müştərilərimizə dəstək olaq. Məhz buna görə də bu gün bizə etibar edən 750 mindən artıq müştərimiz var. Kredit müştərilərimiz bizim çevikliyimizə və sürətimizə, kreditlərin ödənişi üzrə rahatlığa, davamlı kampaniyalarımıza və müştərilərlə iş üslubumuza daha çox qiymət verirlər. Əmanət müştərilərimiz isə ölkənin ən sağlam, ən dayanıqlı banklarından biri olduğumuz üçün öz vəsaitlərini bizə etibar edirlər. Həqiqətən də, bu gün Bankın sağlamlığını göstərən əsas rəqəmlərə baxsaq görərik ki, müştərilərimiz öz seçimlərində yanılmırlar. Bu günə bankın məcmu kapitalı 100 milyon manatdan artıqdır, likvid vəsaitlərin ümumi aktivlərə nisbəti 20%-ə yaxındır, ayrılmış ehtiyatların gecikən kreditlərə nisbəti 125%-dən çoxdur. Mən əminəm ki, biz bankın rəhbərliyi olaraq mövcud şəraitdə sürətli və düzgün qərarlar verməklə bankımızı daima Azərbaycanın ən sağlam, dayanıqlı və effektiv banklarından biri kimi saxlayacaq və müştərilərimizin bizə olan etibarını daha da artıracağıq.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles