Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Kitabi Dede Qorqud: gizledilen heqiqetler – ARAŞDIRMA – II YAZI

Kitabi Dədə Qorqud: gizlədilən həqiqətlər - ARAŞDIRMA - II YAZI

21/09/2015

17:42


21.09.2015 / 17:39 xeber –

Misir piramidalarından Vatikana qədər bağlı saxlanan böyük sirr

Bu gün elmə bəlli olan qədim türk dastanları, ədəbiyyatı, əlyazmaları və salnamələri iki dövrü əhatə edir: islamdan öncə və onun yaranmasından sonrakı dövr.

 

Birinci mərhələyə aid olan qədim türk dastanları əsas etibarilə e.ə. I minilliyin ortalarından eramızın I minilliyinin ortalarına qədər olan dövrləri əhatə edir. Bu dastanlar əsasən Saka, Hun, Göytürk, Uyğur tarixinə aid dastanlardır.

 

Bu dastanlar içərisində xüsusilə Kitabi-Dədə Qorqud xüsusi olaraq seçilir. O, türk toplumunun bir mükəmməl təfəkkürdən (mifologiya dövründən) digər mükəmməl təfəkkürə (tarixi dövrə) qədəminin yeni formasıdır. Kitabi Dədə Qorqud türk xalqlarının yaratmış olduğu milli mədəniyyət abidələri içərisində ən zəngin və ən möhtəşəm sənət əsəridir. Məşhur tədqiqatçı alim M.F.Köprülüzadənin dediyi kimi, “türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, Kitabi-Dədə Qorqud o biri gözünə qoyulsa, yenə də Kitabi-Dədə Qorqud tərəfi ağır gələr”.

 

V.V.Bartold dastanın coğrafi koordinatlarını məhz Qafqaz mühiti ilə əlaqələndirir və belə qənaətə gəlir ki, Dədə Qorqud adı ilə bağlı olan dastanın Qafqaz mühitindən kənarda yaranması qeyri-mümkündür (“Турецкий эпос и Кавказ. Книга моего Деда Коркута. М.-Л., 1962, стр.19-129).

 

Oğuzların tarixi coğrafiyası, Sibiri çıxmaqla, təxminən bugünkü türk dövlətlərini əhatə edir. “Türk sistemli dillərdə bulunan epik mahiyyətli və “Şahnamə” ilə, bizə görə, daha konkret və sıx əlaqə saxlayan əsərlərdən də qədim Azərbaycan türk dilində yazılmış olan “Dədə Qorqud” kitabıdır. Əvvələn, “Şahnamə” adının da göstərdiyi kimi, əsas etibarilə İran şahlarının dastanı olduğu halda, “Dədə Qorqud” oğuz xanlarının dastanıdır”. (Şahnamə və dünya epik ədəbiyyatı. İnqilab və mədəniyyət, 1934, N 9-10; səh.27-29).

 

“Dədə Qorqud” dastanının 2 orijinal nüsxəsi məlumdur. Bunlardan birini 1815-ci ildə alman şərqşünas H.F.Dits Drezden kitabxanasında, digərini isə 1952-ci ildə italyan alim Ettori Rossi Vatikan kitabxanasında ortaya çıxarmışdır. Berlində hər səhifəsində 34 sətir olan 37 səhifəlik başqa bir əlyazma da tapılmışdır. Berlin nüsxəsi kimi tanınan bu abidə əslində Drezden nüsxəsindən köçürülmədir.

 

“Dədə Qorqud”da xalq idrakı və təfəkkür tərzi, gözəllik və əxlaq kateqoriyaları, psixologiya və etnopsixologiya məsələləri, hərbi və sosioloji sistem, toponimiya və coğrafiya, arxitektura və s. məsələlər öz əksini tapmışdır.

 

E.Əlibəyzadə də dastanın VI-VII əsrin ədəbi yadigarı olduğunu və Dədə Qorqud tərəfindən yazıldığını iddia edir. Dastanda verilən qədim oğuz-türk adət-ənənələrinə, əxlaq normalarına əsaslanaraq, abidənin V-VI əsrlər və ondan əvvəlki əsrlərlə səsləşdiyini söyləyir. O, müəyyən faktlara əsasən Dədə Qorqudun tarixi şəxsiyyət olduğunu, VI-VII əsrlərdə yaşadığını və onun əfsanəvi bir şəxsiyyət olduğu haqda söhbətləri illüziya hesab edir.

 

Azərbaycan və türk dillərində Qorqud sözünün QorQurd kimi səslənməsinə çox rast gəlinir. Hətta Azərbaycanda qədim xalq mahnısı “Dədə qorqurd” da var.

Qoru Qurdu kimi izah edilən bu məna kitabənin lap qədim dövrlərə gedib çıxmasının göstəricisidir.

 

İ.Şıxıyevanın statistik hesablamalarına görə, “Dədə Qorqud”da işlədilən 77 şəxs adından 50-si türk, 24-ü ərəb və 2-si fars mənşəlidir.( İ.Şıxıyeva. Kitabi Dədə Qorqudda şəxs adlarının linqvostatistik xüsusiyyətləri. “Azərbaycan ədəbiyyatşünaslığı problemləri”. Bakı, 1993, s.111).

 

Yaxşı, bu ərəb adları tarixi islamın Qafqaza gəlişindən çox-çox öncəyə gedən kitabda necə əks olundu? Oğuz qəhrəmanlarının dilində məgər dini adlar, Məhəmməd, Həsən, Hüseyn və s. necə işlənə bilərdi?

 

Kitabi-Dədə Qorqud dastanından görünür ki, müxtəlif dinlərin hakim olduğu zamanlarda dastana yeni boylar əlavə olunub. Burada biz şamanizm, totemizm əlamətlərinə də rast gəlirik. Dastan X-XI əsrlərdə yazıya alınarkən islam dininin təsirinə məruz qalıb. Dastanda təsvir olunan adət-ənənələr, əxlaq normaları və s. də abidənin islam dininin qəbulundan əvvəl yaranmasını sübut edir. Məsələn, qızın ova çıxması, at çapıb ox atmaqda yarışması, gürz tutub güləşməsi, ərə getmək istədiyi oğlanı yoxlaması, döyüşdə ərinə kömək etməsi islamdan qabaqkı adətdir. Dastanın üzünü köçürən şəxslər islam dini ilə bağlı bəzi epizodlar əlavə ediblər. Hətta onlar Dədə Qorqudu daha çox diqqətəşayan etmək istədiklərindən onun Məhəmməd Peyğəmbərlə görüşməsi anından bəhs etmişlər. Onlar bunu etməklə Dədə Qorqudun əsl kimliyini gizlətmişlər.

 

Bir maraqlı məqam: Kitabi-Dədə Qorqud kimi ensiklopedik bir abidədə oğuzlar yalnız monoqamiya vəziyyətində təsvir edilmişdir. Kitabda çoxarvadlılıq yoxdur. Bizim əlimizdə olan on iki boydan heç birində heç bir oğuz igidi nə çoxarvadlı, nə də ikiarvadlıdır. Burdan sual meydana çıxa bilər: islam dövründə baş verən bir eposun qəhrəmanlarının nədən heç bircə nəfəri də islamın yaratdığı bu imkandan istifadə etmir?

 

Ərəb tarixçiləri yazır ki, guya Dədə Qorqud islamı qəbul edib və islam haqqında şeirlər yazıb, nəğmələr qoşub, Məhəmməd peyğəmbər haqqında xalq arasında dastan söyləyib. Bu qədər yanlış fikirləri tarixə yazan ərəblərin bir məqsədi var idi. Türkçü kimliyi, tenqriçilik ruhunu xalqda yoxa çıxarmaq. Dədə Qorqud dastanlarında Qurani-Kəri­min İxlas surəsinin bədii və müəyyən qədər sərbəst tərcü­məsinin yer alması ərəblərin türk dastanına birbaşa müdaxiləsinin göstəricisidir. Məlumdur ki, Kitabi-Dədə Qorqudun Vatikan nüsxəsi Qahirədə yaşamış Sidqi təxəllüslü müəllifin (əsl adı Seyid Əhməd bin Həsən Bali əd-Dəvədaridir) XVI əsrin ortalarında üzü köçürülmüş “Hekayəti-lətifeyi-ücubə və məhcubeyi-zərifə” adlı əsəri ilə eyni məcmuədədir (Adilov M. “Kitabi – Dədə Qorqud”un Vatikan nüsxəsinin bəzi paleoqrafik xüsusiyyətləri haqqında, Kitabi – Dədə Qorqud-1300, Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri, VI, “Örnək” nəşriyyatı, Bakı, 1999.).

 

Bu faktın özü Vatikan nüsxəsinin Misirdə (Qahirədə?) köçürülməsi barədəki bizim ehtimalımıza qüvvətli şəkildə dəstək verir. Yəni, bu gün bizə təqdim edilən Vatikan və Drezden nüsxələri əsl əlyazmalar deyil. Bu nüsxə Ağqoyunlular dövründə Uzun Həsənin tapşırığı ilə Aşıq tərəfindən qələmə alınıb. Vatikan nüsxəsində "Qorqud Ata Ağzından, Ozan Aydır" yazısının olması bunun sübutudur.

 

Dədə Qorqud nağıllarını qələmə alan Ağqoyunlu aşıq, hər halda, yüksək ədəbi biliyə və bacarığa malik idi. O, yeni dastan üzərində islam-türk sintezi formasında işləmişdir. “VII əsrdə yazıldığı iddia edilən bir əsərdə XIV əsrə aid məlumatlar hardandır?” kimi suallara da elə burada cavab tapılır. Dastanın bizə məlum olan nüsxələri Ağqoyunlular dövründə yazılıb. Bəs Kitabi-Dədə Qorqudun orijinal əlyazması hardadır? Dastanın tarixi ilə bağlı bilgili mütəxəssislərin iddiasına görə, orijinal əlyazma Misirdədir və hətta bəzi iddialara görə, piramidalardan birində ciddi-cəhdlə qorunur.

 

Prof. İ.Vəliyev Kitabi-Dədə Qorqudla Şumer tarixinin epik izləri, o cümlədən Şumer eposu “Bilqamıs” arasında süjet, ideya, fikir, poetik üslub, obraz paralelləri aşkarlamışdır. Bu fikri təsdiqləmək üçün deyək ki, adı çəkilən kitab dünyada yeganə kitablardan sayılır ki, türk kodu ilə işarələnmiş işarələr sistemi kimi qeyd edilir.  

 

E.Əlibəyzadə 2007-ci ildə işıq üzü görmüş “Türk-Azərbaycan bədii düşüncəsinin ilkin qaynaqları” kitabında “Bilqamıs” dastanı və Kitabi-Dədə Qorqud eposu arasında uğurlu paralellər aparıb, müqayisəli təhlillər verib, maraqlı nəticələr çıxarıb. Şumer və onun ətrafında yaranan ədəbiyyatın və mədəniyyətin gil lövhələrə köçürülüb saxlanılması, onların dövrümüzə qədər gəlib çıxması göstərir ki, xalq ədəbiyyatında yaşayan bir çox sözlərin, əsatir və mifik anlamların, əfsanə motivlərinin bizim minilliklərdə “Dədə Qorqud” boylarında, oğuznamələrdə və ümumən ozan-aşıq sənətində izləri, əlamətləri qalmışdır.

 

Alman şərqşünası Fridrix Dits yazır: “Homer Asiya səyahətində Təpəgöz əfsanəsini eşitmiş və Polifemin əsas həyatını oradan almışdır. Kim bilir, bəlkə o, əfsanəni hər hansı bir oğuz qəbiləsi arasından eşitmişdir? Çünki bu qəbilə Primanın müttəfiqləri olaraq yunanlara qarşı Troya müharibəsində hərb etmişdir”.

 

Məntiq ortadadır: Kitabi-Dədə Qorqud bizə təqdim edilən kimi islam dövründə deyil, eramızdan öncəki illərdə yaranıb.

 

Qədim türk inancında Günəş kultu vardı ki, bu da Azərbaycanın ən qədim kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi tapmışdı. Dədələr (atalar) kultu ortaya çıxandan sonra, dədələr də günəş qüdrətli, onun kimi himayəkar hesab edilir və ona görə də onların adı çox zaman günəş sözü ilə yanaşı çəkilirdi. Sonralar pir şəklinə düşmüş qədim abidənin (Dədə Günəş) hər iki kultun adı ilə adlanması göstərir ki, onlar çox yaxın və bir-birini əvəz edən ən qədim kultlar olmuşdur. Dədə Qorqudu Günəş Ata kimi də qəbul etmək olar. Dastanın Basatın Təpəgözü öldürdüyü boyunda onun adı Günəş Ata kimi gedir. Burada “Qorqud” adının etimologiyası haqqında bizdən əvvəl söylənmiş bəzi fikirlərlə öz fikirlərimizi bildirməyi də vacib sayırıq. O. Süleymenovun fikrincə, “Qorqud” sözü qədim Şumerlə bağlıdır ki, bu ad daha sonra Misirə və s. ölkələrə yayılmışdır. O, eyni zamanda bu adın qədimdən "Görgüt" şəklində söylənmiş olduğunu iddia edir. O. Süleymenov həmçinin "gör" sözünün izahın vermişdir. "Gör" sözü isə onun fikrincə, Şumer "hör" (günəş) sözündən törəmişdir: Günəşin səmadakı hərəkəti ilə bağlı müxtəlif şəkillər almasını Şumerlər heroqlifləri ilə göstərmiş, sonradan isə Türk kahinləri bu heroqlifləri "günəş" kimi izah ediblər. (O.Süleymanov. "Az-Ya". Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2007, 272 s. 213.)

 

Kitabi-Dədə Qorqudda Qorqud adındakı “qor” sözü ilə bağlı daha bir mülahizə. V əsrdə Albaniyada şimaldan Qor və Qazan adlı iki elbəyi öz tayfaları ilə gəlib Syuni əyalətində (indiki Zəngəzurda) məskunlaşmışlar. (Georec A. Bourkoutian. Eastern Armenia in the Lase Pekades of Persian Rule 1807 – 1828. A. Political and socioeconomic Studu of the khanate of Erevan on the eve of the Ryssian conquest. Undena pulecations. Malibu California, 1982, səh. 147 – 194.)

 

 

Hər iki elbəyin adlarının türk mənşəli olduğu şübhəsizdir. Albaniyada Qoroz qalasının olması faktı da var ki, bu qalanın adı indiyədək Ermənistanda Qoris (əslində Gorus) formasında qalmışdır. QOR-is isə QOR-ATA, türklər demişkən Dədə QOR QURDun yaşadığı yer kimi də qeyd edilə bilər.

 

Oğuz xaqanın, Bayandır xaqanın, Sunkur bəyin, Şəktur xanın, habelə Qıpçaq xanın və başqalarının fəaliyyət mərkəzi – onların əsas məkanları, başlıca oylaqları Göyçə gölü ətrafı, Qarabağ qışlağı, Alagöz yaylaqları, Əlincə qalasının olduğu yerlər, qədim Azərbaycan torpaqlarıdır. Hər iki bölgə tarix boyu oğuzların sıx-sıx yaşadıqları coğrafi məkan sayıldığından o yerlərdə Dədə Qorqud boylarına məxsus çeşid-çeşid adlar və ünvanlar dövrümüzdə də özünü qoruyub yaşatmaqdadır. Kitabi Dədə Qorqud eposunda Uruzbek adı çəkilir. Bu ad albanlarda geniş yayılmışdır və e.ə. I əsrin 60-cı illərində alban çarı Oroz, Oroys başqa qədim türkdilli xalqlardakı Oruz, Uruz, Orus şəxs adları ilə müqayisə oluna bilər.

 

V əsr Roma müəlliflərinin qeydlərində Albaniyanın köklü sakinləri abdallardan danışarkən onları mənşəcə Hun tayfalarından hesab edirdilər. Qədim türkcədə abdal “ov Tanrısı” anlamında işlənib. Kitabi-Dədə Qorqudda albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi təqdim olunur. Şərqşünas-alim Süleyman Əliyarov bu barədə yazır: “Türkiyəli tədqiqatçı Ergin “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsindəki əlyazmada hər iki halda “alpanlar” yazıldığını bildirmişdir. Kitabda “alpanlar” etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eramızdan əvvəl lV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır.

 

Kitab 24 boydan ibarətdir. Bu Albaniyada olan 26 tayfadan iki irandilli tayfanı çıxmaq şərtilə 24 türk tayfasının sayı ilə eynidir. 24 oğuz boyu Oğuz xaqanın bu 24 nəvəsinin adı ilə bağlıdır. Hər boyun öz onqonu, öz damğası varmış. Professor Qəzənfər Kazımov qeyd edir ki, Oğuz boyları “Sağ qanad”və “Sol qanad” deyilən iki qanada ayrılırmış. Bunlar Üç Oq və Boz Oq adlarını daşıyırmış. Sağ qanaddakı ilk boyun adı Qayı olmuş və bu boy öz əsasını Oğuzun böyük oğlu Gün xandan almışdır; Sol qanadda əsas boy Bayat boyudur. Bu boy öz əsasını Göy xandan götürmüşdür. Dastanlarda aparıcı şəxs Bayat boyundan Bayındır xandır.

 

Qəzənfər müəllim fikrimizi təsdiq edən “Bayındır tayfasının – Sol qanadın hakimiyyətini təsvir edir” fikirləri göstərir ki, Qayı türklərinin dastanları sayıla biləcək həmin 12 boy gizlədilib. Keçən yazımda (http://news.lent.az/news/210483) Məhəmməd Peyğəmbərin (s) nəslinin türk soylu Qayı boyuna gedib çıxması fikrini əsas tutaraq belə qənaətə gəlmək olar ki, məhz ərəblərin ciddi-cəhdlə gizlətdiyi 12 boy Qayı tayfasına da aid ola bilər.

 

Lakin bizə məlum olan 12 boydur. 13-cü boyu Bəkir Çobanzadə Leninqrad Şərqşünaslıq İnstitutunun arxivində tapıb. Sonradan bu hekayətin Azərbaycanda dərcinə izn verilməyib və onu gizli arxivə köçürüblər.

 

 

Misirli müəllif Əbu Bəkr ibn Abdullah Aybek Ed-Devadarinin “Dürerüt-Tican” adlı ümumi tarixində Dədə Qorqud hekayələri ilə bağlı çox vacib bir qeyd vardır. Əslən Səlcuq sülaləsindən olan alim yazır ki, Çingiz Xana məxsus müqəddimədə Oğuznamə haqqında məlumat verib. Oğuz Türklərinin yanında “Oğuznamə” (Dədə Qorqud dastanı) deyilən bir kitab var ki, əldən-ələ keçirdirlər. Çingiz xan bu kitabın bir nüsxəsini özündə saxlayardı. (Kırzıoğlu Fahrettin Neşri, Osmanlı Tarihleri, İstanbul 1949, s.388-389)

 

 

 

 

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles