22.09.2015 / 11:28 xeber –
Oğurluq edən şəxs yaxalanıb
Bakıda evdən killi miqdarda pul və qızıl oğurlayan qadın tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 12-də İ. Həmidov küçəsində yaşayan Bəyimxanım Əkbərbəyovanın evindən 50000 manat nağd pul və 100000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. BPİ TŞX, Nəsimi RPİ CAŞ və 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, S.Məmmədova B.Əkbərbəyovanın evində qulluqçu işləyirmiş.
Araşdırmalar davam etdirilir.
mənbə :
lent.az
Şərh yaz.