22.09.2015 / 13:22 xeber –
Yardımlıda İran vətəndaşından külli miqdarda narkotik maddə aşkarlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Yardımlı rayonu ərazisində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Səlmani Sula Behzadandan 11 kiloqram 415 qram tiryək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az
Şərh yaz.