22.09.2015 / 14:56 xeber –
AzTV-də yayımlanacaq “Səs Azərbaycan” layihəsinin münsifləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, yarışmanın münsiflər kürsüsündə xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze, Tünzalə Ağayeva əyləşəcək. Onlar “Görmədən dinləmələr” turu zamanı öz komandalarını formalaşdıracaq.
Qeyd edək ki, “Səs Azərbaycan” yarışmasının ilk buraxılışı oktyabr ayının ikinci yarısına planlaşdırılıb.
mənbə :
lent.az
Şərh yaz.