Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Bakının yegane qadın bağban-dizayneri: “Bezen gülleri ağsaqqallar yonur” – YOL YOLDAŞI

Bakının yeganə qadın bağban-dizayneri: “Bəzən gülləri ağsaqqallar yonur” – YOL YOLDAŞI

23/09/2015

16:02


23.09.2015 / 16:00 xeber –

“Keçən il universitetə bərpa oldum”

Xoşbəxtin 36 yaşı var. Quliyeva Xoşbəxt Zülfəli qızı illər əvvəl Qaxdan Bakıya oxumaq üçün gəlib. Azərbaycan Memarlıq Universitetinin menecment fakültəsində Tikintinin idarə edilməsi ixtisasında. Universiteti bitirə-bitirdə ailə vəziyyəti ilə bağlı təhsili yarımçıq qalıb. Daha sonra ailə həyatı da uğursuz alınıb. Ərindən ayrıldıqdan sonra işləməli olub. Hazırda Zərifə Əliyeva adına parkda bağban-dizayner işləyir. Hər gün səkkizdən əlində qayçısı parkın o başından bu başına kolları, dekorativ ağacları qayçılayır.

 

– Yoldaşımdan ayrılandan sonra iş axtarırdım. Hansı qapıya getdim diplom istədilər. Bir gün oturmuşdum parkda. Gördüm qadınlar gül əkirlər. Maraqlı gəldi, həvəsləndim. Güllərə, ağaclara qulluq eləməkdən xoşum gəlir. Dedim, elə hamısından təmiz, namuslu iş budu. Birinci işə götürmək istəmədilər. Hüseyn Cavid parkına bağban düzəldim. Söz vaxtına çəkər, 5 il əvvəl, sentyabrın 7-də ilk işimə başlamışam. Bağban kimi. Bir az işləyəndən sonra qayçını götürdüm əlimə, ağacların dibindəki otları kəsdim. Elə bil maşın otu biçəndən sonra ağacların dibi qalırdı. Qayçını götürüb “kant” vurdum. Gördüm yaxşı alınır. Sonra Tuya kollarını şar vurdum. Eləcə meylləndim qayçı işinə. İlk gün gecə qollarımın ağrısından yata bilmədim. Səkkiz ay sonra iş yerini dəyişdim. Evimə yaxın olsun deyə Zərifə Əliyeva adına parka gəldim. Beş ildi artıq. Ağır işdi. Kişi işidir, qadın üçün deyil. Təzə vaxtlar əlimi də çox kəsərdim.

 

 

-Ümumiyyətlə, sizdən başqa qadın bağban-dizayner var?

 

 

– Xeyr. Bağban var, amma dizayner yoxdu. Tək qadın mənəm!

 

 

– Qayçı ağırdı?

 

– Bir kilo olar. Nazik budaqları bununla qayçılayıram. İki kiloluğu da var. Zeytun ağaclarını ancaq onunla qayçılamaq olur.

 

“Muskul” yığmışam”, deyib qollarını göstərir.

 

– Artıq vərdiş eləmişəm. Səhər işə gələn kimi qayçımı götürüb işimə başlayıram. İşimi, gülləri, ağacları çox sevirəm. Gərək biləsən ki, necə qulluq eləmək lazımdır. Rayonda olanda da həyətimizdə gül becərirdim.

 

 

Nəsə yadına düşüb. Gülür.

 

– O gün Qaxa getmişdim. Səhər tezdən oyandım, gördüm darıxıram. Qayçını götürdüm heyva ağacını qayçıladım. Qardaşım yuxudan oyanıb dəli oldu. Onu görsəydiniz…

 

Gülür.

 

– Elə pis alınmışdı?

 

– Yooo, sadəcə ağaca forma verəndə daha bar vermir. Tumurcuqlar budanıb gedir. Kənddə bar verməyən ağac nəyə lazımdı? Olsun! Bar verməsə də, gözəllik verəcək.

 

 

-Tək şar vura bilirsiniz?

 

– Bütün növ ağaclara ziqzaq, kvadrat, şar, stəkan forması verə bilirəm. Burda əsasən şar vururam.

 

– Stəkan?!

 

– Hə, stəkan. İstəyirsən gedək göstərim.

 

Gedirik Liqustr ağacının yanına. Parkı gəzdikcə gah qalxırıq, gah atlanırıq. Bu işdən xəbərsiz adam kimi ətək geyinmişəm. Xoşbəxt şalvarda olduğundan məndən daha kilolu olsa da, cəld tərpənir.

 

– Gərək şalvar geyinərdin.

 

– Bilmədim ki…

 

– Məni burda “yubka”da görən olmayıb. Əyilirəm, qalxıram deyə daim şalvardayam. Şalvar rahatdı.

 

Başımla təsdiqləyirəm.

 

 

– Bayaq dediniz hər ağaca forma vermək olar.

 

– Hə. Ancaq körpə vaxtında. Fidan olanda. Meyvə ağaclarında heyvaya.

 

 

“Heyva” deyib, yenə gülür. Deyəsən, qardaşı yadına düşdü.

 

 

– Hər dəfə yadıma düşəndə gülməyim tutur.

 

 

– Mən bu tərəflərdə qalıram. Yazda bura çox gözəl olur. Parkdakı güllər əsasən hansı ölkələrdən gətirilir?

 

 

– Subtropik ölkədən gələn güllər də var, amma əsas Hollandiyadan. Dibçək güllərimiz 3 aylıq olur. İndi solublar. Havalar sərinləsin yeniləri əkiləcək.

 

 

– Hər gün bu parkı abadlaşdırır, gözəlləşdirirsiniz. İnsanlar bu gözəlliklə necə davranır?

 

– Qoruyanlar əsasən yaşlı nəslin adamlarıdır. Bəzən görürsən, şlanqı əlinə alıb gülləri sulayırlar. Eləsi də var, yolub tökür. Bir dəfə bir yaşlı kişiydi, gülləri yolurdu. Yaxınlaşıb deyirəm ki, ağsaqqal, niyə qırırsan? Bunu sənin üçün qoymuşuq, parkda istirahət edəndə zövq alasan. Kobud cavab verir ki, sənə nə? Qarovulsan?! Baxa-baxa qalırsan.

 

 

Şənbə günündən başqa hər gün axşam dördə qədər burda işləyir. Qayçılamağa gündəlik 2 saat vaxt ayırır.

 

 

– Nə qədərdən bir qayçılayırsınız?

 

 

– Sulamaqdan asılıdı. Elə ağac var iki ayda bir dəfə vurulur, eləsi də var ayda bir dəfə. Liqustrlar, zeytun ağacıdı ayda bir dəfə qayçılanmalıdır. Özü də zeytunu qayçılamaq çox çətindi. Zoğları bərk olur. Onları vuranda çox əziyyət çəkirəm. Gücə-gündüz qollarım ağrıyır.

 

 

– Qayçı işini 2 saata bitirdiniz. Bəs sonra?

 

 

Uzaqdakı zeytun ağaclarını göstərib.

 

 

 – Bax, o zeytun ağaclarının kölgəsində çay içirəm. Dincimi alandan sonra güllərin dibini təmizləyirəm, ağaclara qulluq edirəm. Saat dörddə də çıxıb gedirəm o biri işimə.

 

 

– Ayrı yerdə də işləyirsiniz?

 

 

– Bəs nə? Bir işlə dolanmaq olar?! Oğlum rayondadı. Anam baxır. Ona pul göndərirəm. Özüm kirayənişin qalıram. 200 manatla çatdırmaq olmur.

 

 

Deyir və başlayır şükür etməyə.

 

 

– Bu günümə şükür! Elə günlərim olub ki, çörək almağa pulum olmayıb. Yoldaşımdan təzə ayrılmışdım. Qucağımda uşaq bilmirdim nə edim, hara gedim. Burayla paralel üç il də villada işləmişəm. Orda ancaq xarici ağaclar idi. Evlərini satıb Türkiyəyə köçdülər. Özümə yaraşdırmasam da, indi balamın xətrinə bura yaxın şadlıq evinə düzəldim. Soyuq qəlyanaltılara bəzək vururam. Evə elə yorğun gedirəm. Artıq demək olar, qadınlığımı itirmişəm. Ancaq istəyirəm hardasa işləyim, evə pul aparım. Çox şükür, indiyə qədər oğlum nə istəyib almışam. Ayrılandan sonra da uşağımı atalı uşaqlar kimi saxladım. Qoymadım nəyisə əskik ola.

 

 

“Böyüdükcə, istəkləri də artır”, deyir və dərindən köks ötürür.

 

 

– Gördüyünü istəyir.

 

 

– Atası bəs?

 

 

– Ayda əlli manat aliment verir.

 

 

Kədərlənir.

 

 

– O gün uşaq telefonda görüb ki, atası “WhatsApp”a o biri oğlunun şəklini qoyub. Yaman pis oldu. Ha başa salıram, xeyri yoxdu. Üzülür.

 

 

Elə danışdıqca, Xoşbəxtin üzüldüyü də gözlərindən görünür. Qadınlığını itirdiyini, deyir.

 

 

– Niyə ayrıldınız?

 

– Bir-birimizi başa düşmədik. İndiki ağlım olsaydı…

 

 

Fikrini tamamlamır. Amma nə demək istədiyini başa düşürük. Bunun adı peşmanlıqdır.

 

– Evimdə xanım idim. Dözüb oturmaq yaxşıdır. Ailə elə bir şeydir ki, onun yerini heç nə vermir.

 

 

Və yarım qoyduğu fikrini tamamlayır.

 

 

– Ayrılanda otuz yaşım vardı. İndiki ağlım olsaydı, ailəmi heç vaxt dağıtmazdım. Qadın nə qədər qazanırsa, qazansın, onun qiyməti yoxdur. Kişinin qazancının bir manatı da qadın üçün dəyərlidir. Yoldaşım elə də pis adam deyildi. Çox qısqanc idim. Qadının qısqanclığı kişini bezdirir. Gərək kişini qısqanmayasan. Heç vaxt istəmərəm ki, qadınlar ayrılsın. Ayrılanda qadın çox əziyyət çəkir, kişiyə heç nə olmur. Üstəlik uşaq da varsa. Oğlumun on iki yaşı var. Yaydan yaya Bakıya gəlir. Özümlə işə gətirirəm ki, necə zəhmət çəkdiyimi görsün. Həm qədrimi bilsin, həm də yaxşı oxusun.

 

 

– Nə əcəb öz yanınızda saxlamırsınız?

 

– Səhər gedib axşam gəlirəm evə. Nəzarətsiz qalıb pis uşaqlara qoşulacağından qorxuram. Orda nənəsinin yanındadı. Qardaşım da nəzarət edir.

 

 

– Siz niyə getmirsiniz ora?

 

 

– Oğlum üçün. Rayonda qalsa, oxuya bilməz. İstəyirəm oğlum ya polis olsun, ya Fövqəladə Hallar Nazirliyində xilasedici. Nə qalıb ki?! İnşallah, bir neçə ilə o da gələcək Bakıya oxumağa. Ona qədər istəyirəm ona güzəran düzəldəm.

 

 

– Bəs öz təhsiliniz nə yerdə qalıb?

 

 

– Yaxşı. Keçən il universitetə bərpa oldum, işləyə-işləyə bir il də oxudum. Diplomumu götürəcəm.

 

 

Yaşadığı bütün bu çətinliklərə rəğmən o ümidlidir. Diplomu alar-almaz özünə daha yaxşı iş tapacağına inanır. Hətta indidən bir neçə yerə CV də göndərib.

 

 

Xoşbəxtlə ancaq bağçılıqdan danışacaqdıq. Danışdıqca gördük ki, onun həyatı bir çoxları üçün nümunə ola bilər. Odur ki, yazmaq bizdən, nəticə çıxarmaq sizdən. 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website