26.09.2015 / 18:30 xeber –
Müğənni Səidə Sultan bir müddət əvvəl canlı efirdə sinəsindən paltarının düşməsindən danışıb. Lent.az-ın məlumatına görə, “İncə maraqlar” verilişində qonaq olan ifaçı bildirib ki, başına gəlmiş bu hadisəyə görə çox tənqid olunub: “Canlı efirdə paltarımla bağlı problem yaşadım. Heç kəs istəməz ki, belə bir hadisə başına gəlsin. Kim özünü çöldə qoyub ki? Amma çoxu məni qınadı ki, özü bilərəkdən edib. Sadəcə mənim daşım çox ağırdı. Bilmirəm niyə? Xarici telekanallarda belə bir hadisə olanda, ayıb görülən hissəni bulanlıq verirlər. Amma bizdə belə olmadı. Mən azərbaycanlıyam, erməni deyiləm ki… Deməli videonu yayıblar, ayıb görülən hissəyə də qırmızı rəngdə dairə çəkiblər və nöqtəni də göstərirlər ki, bax burda bundandır. Kimisə qınamaq üçün obyekt axtarırlar. Bəziləri var ki, onların ailəsini araşdırsan, hər şey çıxar”.
mənbə :
lent.az
Şərh yaz.