05:03 xeber – Serbiyanin Presova şəhərində qeydiyyat üçün uzun növbədə gözləməli olan qaçqınların sənədlərini qaydasına saldıqdan sonra Qərbi Avropa ölkələrinə sərbəst keçidinə şərait yaradılacağı bildirilir.
Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, ABŞ və Avropadan olan könüllülər qaçqınlara humanitar yardım məqsədilə Presovaya gəlib.
Havanın getdikcə soyumasına baxmayaraq Türkiyədən Yunanıstanın Lesbos adasına rezin qayıqla son dərəcə təhlükəli dəniz səyahətinə çıxan insanların ardı-arası kəsilmir. Adaya uğurla çatan yüzlərlə miqrant və qaçqın gecəni elə sahil yaxınlığlında müvəqqəti çadırlarda keçiriblər. Bəzilər hələ yaş olan paltarlarını və ayaqqabılarını ocağın ətrafında qurutmağa çalışıb. Bugün yeni gələn miqrantların yerli hökümətin göstərişi əsasında qeydiyyatdan keçiriləcəyi gözlənilir.
Miqrant böhranından çıxış yolu Avropa Birliyi ölkələrinin rəhbərlikləri arasında ziddiyyətli mövzuya çevrilib. Almaniya qaçqınlara sərhədini açdığı halda, Macarıstan əksinə onların qarşısını almaq üçün Serbiyayla sərhəddə tikanlı məftillər qurur.
Almaniyanın kansleri Angela Merkel isə Avropa Parlamentində etdiyi çıxışda qaçqın və miqrant axının qarşısını almaq üçün Avropanın özünü ətraf dünyadan təcrid etməsinin düzgün olmadığını dilə gətirib:
“Başa düşməliyik ki, insanların sərhədlərimizdə əziyyət çəkdiyi bir vaxtda Avropa sərhədlərini tamamilə bağlasaq belə bu, heç bir tərəfə xeyir gətirməyəcək. İnternet erasında ölkə sərhədini tam bağlamaq və hasarlamaq illüziyadan başqa bir şey deyil. Bununla problemi çözmək mümkün olmayacaq”.
Merkel əlavə edib ki, mütləq qapanma olsa belə qaçqınlar Avropaya dolayı yolla daxil olmağın yolunu tapacaq.
mənbə :
anspress
Sorry, comments for this entry are closed at this time.