09.10.2015 / 18:20 xeber –
Gəncə Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən spirtli içkilərin realizə olunmasının qarşısını alıblar.
Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Gəncə sakini Zərgərov Sərhad Bəndalı oğlu saxlanılıb. Onun idarə etdiyi “VAZ-21074” markalı, 20-BN-960 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin salonundan və yük yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 110 ədəd “Vodka TALKA” adlı 0,7 litrlik spirtli içki aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
lent.az