11:45 xeber – Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov haqqında ilk cizgi-romanı hazırlanır.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, film filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin ssenarisi əsasında çəkiləcək. Cizgi-romanın rəssamı Vasif Səftərovdur.
“Cizgi filminin çəkilməyində əsas məqsəd, uşaqların gələcəkdə Vətənə, torpağa, milli mənəvi dəyərlərimizə hörmət ruhunda böyüməsi, onların qəhrəmanlarımızı tanımasıdır”, – deyə müəllif bildirib.
Cizgi filminin yaxın vaxtlarda oxuculara və tamaşaçılara təqdim olunacağı deyilir. Hal-hazırda əsər üzərində son tamamlama işləri gedir.
Mübariz İbrahimov və atası
Mübariz İbrahimov – Azərbaycanın milli qəhrəmanı
Mübariz İbrahimov – Azərbaycan Milli Ordusunun giziri və Azərbaycanda “ilin adamı” (2010) adına layiq görülmüş Azərbaycanın Milli Qəhrəmanıdır.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb.
Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət “İnter Sekyuriti” MMC-də mülki işlərdə işlədikdən sonra, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Mübariz İbrahimlinin evi
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.
mənbə :
anspress
Sorry, comments for this entry are closed at this time.