01:47 xeber – Bu gün “AVRO-2016″nın seçmə mərhələsinə yekun vurulacaq.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, son oyun günündə 3 qrupda 9 qarşılaşma baş tutacaq.
A qrupunda 3-cü yerin sahibi müəyyənləşəcək. Hazırda bu pillədə qarşılaşan Türkiyə İslandiyanı, onları izləyən Hollandiya Çeхiyanı qəbul edəcək. Türkiyəyə “pley-off”a vəsiqə üçün bir хal da sərf edir. Həm İslandiya, həm də Çeхiya Avropa çempionatına vəsiqəni təmin edib. Qrupun digər oyununda Latviya Qazaхıstanı qəbul edəcək.
B qrupunda hər iki vəsiqənin sahibi müəyyənləşdiyindən üçüncü yerin sahibinə aydınlıq gələcək. Hazırda bu pillədə qərarlaş Bosniya və Hersoqovina 5-ci pilləni tutan və “pley-off” şansını davam etdirən Cənubi Kiprin, 4-cü yeri turan İsrail Belçikanın qonağı olacaq. Qrupun digər oyununda Uels Andorranı qəbul edəcək. Bu qrupdan Belçika və Uels “AVRO-2016″ya vəsiqə qazanıb.
Türkiyə millisi
Millimizin yer aldığı H qrupunda İtaliya Avropa çempionatına vəsiqəni təmin edib. İkinci yer uğrunda mübarizə aparan Norveç İtaliyanın, Xorvatiya Maltanın qonağı olacaq. Heç bir iddiası qalmayan millimiz Bolqarıstanın qonağı olacaq.
“AVRO-2016″ya birbaşa vəsiqə qazanacaq 19 komandadan 18-nin adı müəyyənləşib. Meydan sahibi Fransa ilə yanaşı, A qrupundan İslandiya və Çeхiya, B qrupunda Belçika və Uels, C qrupunda İspaniya və Slovakiya, D qrupundan Almaniya və Polşa, E qrupunda İngiltərə və İsveçrə, F qrupundan Şimali İrlandiya və Rumıniya, G qrupundan Avstriya və Rusiya, H qrupundan İtaliya, İ qrupundan Portuqaliya və Albaniyanın Avropa çempionatında iştirakı dəqiqləşib. Son vəsiqənin sahibi millimizin qrupundan olacaq.
Xorvatiya millisi
Qalan 5 vəsiqədən biri ən yaхşı üçüncü komandaya veriləcək. 4 vəsiqənin sahiblərinə isə “pley-off” mərhələsindən sonra aydınlıq gələcək. Ukrayna (C qrupu), İrlandiya (D qrupu), Sloveniya (E qrupu), Finlandiya (F qrupu), İsveç (G qrupu) və Danimarka (I qrupu) “pley-off”da iştirak hüququ qazanıb. A, B və H qruplarından “pley-off”çuların adına bu gün aydınlıq gələcək.
AVRO-2016
Seçmə mərhələ
13 oktyabr
A qrupu
23.45 Türkiyə – İslandiya 1:0
Qol: Selcuk İnan, 89.
Qırmızı vərəqə: Gökhan Töre, 78 (Türkiyə).
23.45 Hollandiya – Çexiya 2:3
Qollar: Klaas-Jan Huntelaar, 70. Robin van Persi, 83 – Pavel Kaderabek, 24. Jozef Sural, 35. Robin van Persi, 66 (avtoqol).
Qırımızı vərəqə: Marek Suçi, 43 (Çexiya).
23.45 Latviya – Qazaxıstan 0:1
Qol: İslambek Kuat, 65.
B qrupu
23.45 Belçika – İsrail 3:1
Qollar: Dries Mertens, 64. Kevin de Bruyne, 78. Eden Hazard, 84 – Tomer Hemed, 88.
23.45 Uels – Andorra 1:0
Qol: Aaron Ramsey, 50.
23.45 Cənubi Kipr – Bosniya və Herseqovina 2:3
Qollar: Kostas Çaralambidis, 32. Nestor Mitidis, 41 – Vedad İbişeviç, 13. Haris Medunyanin, 44. Milan Curiç, 67.
H qrupu
23.45 Bolqarıstan – Azərbaycan 2:0
Qollar: Mixail Aleklsandrov, 20. Dmitar Rangelov, 56.
23.45 İtaliya – Norveç 2:1
Qollar: Alessandro Florenzi, 74. Qraziano Pelle, 82 – Aleksander Tettey, 23.
23.45 Malta – Xorvatiya 0:1
Qol: İvan Perişiç, 25.
mənbə :
anspress
Sorry, comments for this entry are closed at this time.